Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov birinci Qarabağ müharibəsi şəhidi-Nuruyev Rafiq Əli oğlunun anası Bəsirə xanımla onun ad günü ərəfəsində görüşüb, şəhid anasını 85 illik yubileyi münasibəti ilə təbrik edərək ona səmimi arzularını bildirib. İcra başçısı bütün şəhid analarının baş tacımız olduğunu, Vətənə layiqli, vətənpərvər oğullar böyütdükləri üçün onların da Vətən qədər əziz olduqlarınını vurğulayıb, anaya rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və gül dəstəsi təqdim edib, ailənin qayğıları ilə maraqlanıb.
Şəhid Nuriyev Rafiq Əli oğlu 1969-cu il may ayının 26-da Tərtər şəhərində anadan olub. Tərtər şəhər 6 nömrəli orta məktəbdə təhsilini başa vurduqdan sonra 1987-ci ildə Sovet Ordusu sıralarına hərbi xidmətə gedib. 1989-cu ildə hərbi xidmətdən qayıdaraq Bakıda Səttarxan adına zavodda işləməyə başlayıb. Qarabağ hadisələri başlanan vaxtdan erməni işğalçılarının torpaqlarımızda törətdikləri vəhşiliklərə dözməyərək düşmənə qarşı döyüşmək əzmi ilə 1991-ci ilin noyabr ayında könüllü olaraq milli Ordu sıralarına yazılıb. İlk Azərbaycan batalyonunun tərkibində Kərkicahan və Malıbəyli kəndlərinin müdafiəsi uğrunda döyüşlərdə iştirak edib. 1992-ci il yanvar ayının 26-da Daşaltı əməliyyatında şəhid olub. Subay idi.
Bəsirə Nuruyeva ona, bütün şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.


Cari ilin 22 iyul tarixində “China Global Television Network” televiziya kanalında Prezident İlham Əliyev müsahibəsi yayımlanıb.
Cari ilin 21 iyul tarixində “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumu keçirilib. Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxış edib.
22 iyul-Milli mətbuat günü münasibəti ilə Tərtər rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov “Yeni Tərtər” rayon qəzetinin redaksiyasında qəzetin kollektivi ilə görüşüb, onları peşə bayramları münasibəti ilə təbrik edərək, iş şəraitləri ilə tanış olub. 
Tərtər Rayon İcra Hakimiyyətinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə Tərtərdə media işçiləri Milli Mətbuat gününü qeyd ediblər.




Azərbaycanla Türkiyə arasındakı münasibətlərin tarixi çox qədimlərə söykənir. Sovetlər birliyi dönəmində məqsədyönlü şəkildə türk xalqlarının qəddar, qaniçən obrazı yaradılaraq dünya ictimaiyyətinə təqdim olunurdu. Lakin həmin dönəmlərdə də Azərbaycan və türk xalqlarının ürəyi bir döyünürdü. Əsasən Ulu Öndər Heydər Əliyevin rəhbər vəzifələrdə çalışdığı zamanlarda, saxta sovet ideologiyasının tüğyan etdiyi bir vaxtda Ulu Öndərin Türkiyəyə sevgisi sonsuz olmuşdur. Bu gün Ümummilli Liderin söylədiyi “Türkiyə-Azərbaycan bir millət, iki dövlətdir” kəlamı dillər əzbəridir. Hazırda vəzifəsindən, yaşından asılı olmayaraq istər türk, istər Azərbaycan vətəndaşları aramızda olan yüksək qardaşlıq, dostluq münasibətindən qürur duyur.
Azərbaycan jurnalistikasının əsası 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən “Əkinçi” qəzeti ilə qoyulub. İnsanların maariflənməsinə xidmət edən bu mətbu orqan o zamankı cəmiyyətdə şüurlara işıq saçan bir vasitəyə çevrilib və, təbii ki, bu, çar Rusiyasının xoşuna gəlmədiyi üçün, qısa müddətdən sonra qəzet bağlanıb. Ancaq elə qısa müddət kifayət etmişdi ki, insanlar mətbu sözünün gücünü və qüdrətini duysunlar. Bundan sonra Azərbaycanın o zamankı işıqlı dühaları Həsən bəy Zərdabinin yolunu davam etdirərək, bir-birinin ardınca müxtəlif qəzet və jurnalların çapına başlamışlar.
Heydər Əliyevin müəyyən etdiyi siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyev öz fəaliyyətində daim mətbuata geniş yer ayırır, qəzet və jurnalların, onlayn medianın müasir dövrə uyğun inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Ölkəmizdə “Media haqqında” Qanunun qəbul edilməsi də bunun bariz nümunəsidir.
Mən Goranboy rayonunun Tapqaraqoyunlu kəndində anadan olmuşam. Hal-hazırda Köçərli kənd tam orta məktəbində işləyirəm. Keçirilən sertifikasiya imtahanında 59 bal toplamışam. Bu nəticəni gözləyirdim, çünki çalışmışdım və özümə güvənirdim. Sertifikasiya imtahanının keçirilməsini alqışlayıram. Ona görə ki, bu imtahanda biz şagirdlərimizin gələcəyini düşünürük. Suallar çox asan idi. Mən belə asan olacağını gözləmirdim. Bu cür suallara cavab verə bilməyən müəllimlərin bugünkü gündə şagirdlərimizə dərs keçməyə haqqı yoxdur, düşünürəm. Biz bir şəxsiyyət olaraq öncə şagirdlərimizin gələcəyini düşünməliyik. Mən də gələcək fəaliyyətimdə şagirdlərimin daha savadlı, vətənpərvər, tərbiyəli bir şəxsiyyət kimi formalaşmasında səylə çalışacam.
Elm və Təhsil Nazirliyinin təşkil etdiyi müəllimlərin sertifikasiya imtahanı, mənim fikrimcə, təhsil sisteminin inkişafı və gələcək nəslin daha yaxşı təhsil ala bilməsi üçün çox önəmli və mütərəqqi bir ideyadır.
Yeni ismarıclar