Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
Ata döyüşdüyü yerləri oğlu qarış-qarış gəzdi
I Qarabağ müharibəsi veteranı Akif Lalayev danışır ki, oğlum Ruslan kiçik yaşlarında olanda üzümdəki çapıqları görüb soruşurdu: “Bunlar nədir, ata?” Mən də bildirirdim ki, ermənilərlə döyüşlərdə olub, bu, onların mənə vurduqları yaraların izləridir. Onda Ruslanı qəzəb bürüyür və deyirdi: “Mən sənin intiqamını onlardan alacağam, ata! Bütün Lalayevlər nəslinin qisasını alacağam”. Cavabında oğluma başa salırdım ki, düşmən yalnız bizim ailəyə zərbə vurmayıb, milyonlarla azərbaycanlı nankor qonşularımızın zülmünə məruz qalıb və böyüyən nəsil şəhidlərimizin, yaralıların, ev-eşiklərindən didərgin düşənlərin, əsirlikdə saxlanılanların qisasını almalıdır.
Vaxt yetişdi, Ruslan böyüdü. Gözəl idmançı, “Qara kəmər ustası oldu”. Əvvəlcə müddətli həqiqi xidmətini böyük müvəffəqiyyətlə başa vurdu. Gözəl əl qabiliyyəti, bacarığı vardı, sənətlərin bir çoxuna mükəmməl yiyələnmişdi. Saat-sazlığı, reklam işini, maşın təmirini öyrənmişdi. Halal zəhmətilə ailəsinə kömək edir, gələcəyilə bağlı planlar qururdu.
Lakin hər zaman atasının üzünə baxanda, körpə vaxtı ol-duğu kimi, yumruqları düyünlənir və qəlbini bürüyən hisslə-ri cilovlaya bilmirdi.
Beləliklə də Ruslan dinc həyatı kənara qoyub, yenidən hərbiyə qayıtdı. Hazırlıq kurslarını keçdikdən sonra, xüsusi təyinatlı komandonun döyüşçülərindən biri oldu. Özü də necə döyüşçü! Tabeliyində olan 10 nəfərlə kəşfiyyata gedir və heç vaxt oradan əliboş qayıtmırdı. Düşməni məhv edib, lazım olan məlumatları gətirirdi. Deyirlər ki, belə döyüşlərin birindən sonra axırıncı sağ qalan düşmən zabiti onu öldürməməyi xahiş edib. Ruslan isə cavabında deyib:
–Bəs mənim atamın övladları yox idi, minlərlə azərbaycanlının – körpələrin, qadınların nə günahı vardı ki, siz on-ları sərsəm xülyalarınızın qurbanına çüvirirdiniz? Daha ətraflı »


Abbaszadə Emin Faiq oğlu 15 may 1998-ci ildə rayonumuzun Kəngərli kəndində dünyaya gəlib. Kəngərli kənd tam orta məktəbini bitirdikdən sonra 2017-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb və xidmətini uğurla başa vurub. 2019-cu ilin yanvarında evlərinə dönüb.
Qaradağlı kəndində bir ana var. 15 il ona hərbçi anası, komandir anası deyiblər. İndi şəhid anası kimi çox ağır, ağır olduğu qədər də şərəfli adı var Zümrüd xanımın.
Cavid Səfərov 24 yanvar 2005-ci ildə rayonumuzun Seydimli kəndində dünyaya gəlib. 5-ci sinfə qədər bu kənddə təhsil alıb. Sonra isə təhsilini şəhər 1 saylı tam orta məktəbində davam etdirib.
Allahın seçdiyi bəzi insanlar var – yaşlarının hər dönəmində yaşıdlarından fərqlənirlər, lap uşaqlıqdan davranışlarıyla nümünə olurlar. Sahiblənmə duyğusu yüksək olan bu insanlar özlərindən çox ətrafını düşünür, hər kəsə kömək etməyə cəhd edir, vətəninə, xalqına faydalı olmağa çalışırlar. Beləliklə, bir ailənin deyil, bir elin, bir xalqın övladı olurlar. Xalqın oğlu, xalqın qardaşı, xalqın atası olan, nur verən çırağımız, Azərbaycan elminin və təhsilinin ən önəmli simalarından Vaqif Abbasov kimi. O, sadəcə Tərtərin deyil, bütövlükdə Azərbaycanın fəxridir. Oktyabrın 5-də kimya üzrə elmlər doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru Vaqif Abbasovun 71 yaşı tamam oldu. Vaqif Abbasov 1952-ci il oktyabr ayının 5-də Tərtər rayonunun Cəmilli kəndində müəllim ailəsində anadan olub. 1968-ci ildə Cəmilli kənd orta məktəbini bitirib. 1969-cu ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Kimya fakültəsinə daxil olub və 1973-cü ildə institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra doğma kəndində orta məktəbdə (sentyabr-dekabr) kimya müəllimi kimi əmək fəaliyyətinə başlayıb.
Yolu bizim qəzetdən keçən insanlardan biri də Qədir Tərtərlidir (Qədir Hüsü oğlu Allahverdiyev).
Beynəlxalq Müəllimlər Günü ərəfəsində rayonumuzun bir qrup təhsil işçisi fəxri adlarla və döş nişanları ilə mükafatlandırılıb. Əsəd Məmmədov adına 1 saylı tam orta məktəbin riyaziyyat müəllimi Sevda Vəliyevanın da adı mükafatlandırılanlar arasındadır. Bununla əlaqədar məktəbdə müəllimlə görüşdüm. Əvvəlcə qısa tərcümeyi-halını soruşdum. Öyrəndim ki, 1963-cü il mayın 17-də Tərtər şəhərində doğulub. 1969-cu ildə rayonun ən qabaqcıl ümumtəhsil məktəblərindən olan, həm də özündən böyük qardaş və bacılarının təhsil aldığı 1 nömrəli tam orta məktəbin birinci sinfinə gedib. 1979-cu ildə orta məktəbi bitirib. Elə həmin il ali məktəbə qəbul olub. 1983-cü ildə keç-miş V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini bitirib və təhsil aldığı orta məktəbdə riyaziyyat müəllimi olaraq fəaliyyətə başlayıb.
Prezident İlham Əliyev 15 oktyabr tarixində Xankəndi şəhərində Azərbaycan xalqına müraciət edib. Dövlət başçısı deyib ki, 15 oktyabr 2023-cü il tarixi bir gündür. 15 oktyabr tarixində Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Tərtər rayonuna səfər edib.
Yeni ismarıclar