Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20May

    Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında diplomatik əlaqələr hələ Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu müddətdə  yaradılmışdır.  Azərbaycan müstəqillik qazandıqdan sonra Belarusla dost ölkə kimi münasibətlərini daha da gücləndirdi.

    İki ölkə arasında olan  mehriban dostluq və qardaşlıq münasibətləri onları  strateji tərəfdaşlığa gətirib çıxarmışdır. Yəni Belarus və Azərbaycan  istənilən  məsələlərin müzakirəsində  tərəfdaş dövlətlər kimi bir-birinin yanıda olurlar.  Məhz bu onun nəticəsidir ki, hər iki ölkənin liderləri düzgün xarici siyasət aparırlar.

    Bu gün aydın şəkildə görünür ki, İlham Əliyev cənabları  hakimiyyətə gəldiyi ilk günlərdən Azərbaycanın beynəlxalq aləmdə  digər dövlətlər ilə  əlaqələrinin formalaşdırılmasında apardığı  diplomatiya strategiyası uğurlu dostluq  və qardaşlıq münasibətlərinə gətirib çıxarmışdır. Bu  siyasət  digər dövlətlərlə uğurlu dostluq və qarşılıqlı əməkdaşlıq münasibətlərinin bünövrəsini təşkil edir. Elə bu səbəbdəndir ki, Azərbaycanın istər regional, istərsə də beynəlxalq səviyyədə digər dövlətlərlə qurduğu qarşılıqlı və çoxtərəfli əməkdaşlığa əsaslanan əlaqələrin dairəsi günü-gündən genişlənir.

    Azərbaycan və Belarus Prezidentləri arasındakı səmimi dostluq əlaqələri, yüksək səviyyəli siyasi dialoq və qarşılıqlı anlaşma dövlətlərin  dostluğunda  mühüm rol oynayır. Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun  cari ilin mayın 16-da Azərbaycana dövlət səfəri də böyük əhəmiyyət kəsb edir. Birmənalı olaraq demək olar ki, bu səfər çərçivəsində aparılmış müzakirələr, imzalanmış sənədlər iki ölkə arasında münasibətlərin daha dinamik inkişafına önəmli təsir edəcək. Möhtərəm  Prezidentimiz  İlham Əliyev cənablarının ali qonağın ölkəmizə səfəri ilə bağlı mətbuata verdiyi bəyanatda da qeyd olunduğu kimi, aparılan danışıqlar, təkbətək və geniş tərkibli formatda keçirilmiş görüşlər ölkələrimizin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirir. Dövlət başçıları ölkələrarası münasibətlərin son illərdə inkişafını  hərtərəfli  təhlil edərək, bu inkişafın dinamikasını məmnuniyyətlə qeyd etdilər.

    Qarabağda aparılan abadlıq, quruculuq işləri Prezident İlham Əliyev cənablarının rəhbərliyi ilə sürətlə həyata keçirilir. Təbii ki, ölkəmizə səfər edən ölkə rəhbərləri Azərbaycanın sülhsevər, humanist bir dövlət olmasını bir daha canlı şəkildə müşahidə edirlər. Bütün bunlar müstəqil dövlətimizin günü-gündən siyasi, iqtisadi cəhətdən güclənərək regionda söz sahibinə çevrilməsini sübuta yetirir .

    Azərbaycan dövləti ilə güclü sənaye inkişafına  malik olan  Belarus dövləti  arasında  maşınqayırma, nəqliyyat, tikinti, kənd təsərrüfatı və digər istiqamətlərdə əməkdaşlıq genişlənir. Bir sıra sahələrdə həyata keçirilən birgə layihələr, xüsusən, qeyri-neft sektorunda əməkdaşlıq iqtisadi əlaqələrin inkişafına müsbət təsir göstərir. Belarusun Azərbaycanın azad edilmiş ərazilərində birgə layihələrin reallaşdırılması qarşılıqlı faydalı əməkdaşlığı daha da gücləndirə bilər.

    Azərbaycanın beynəlxalq münasibətlər sahəsində əldə etdiyi uğurlar və onun bariz nümunəsi kimi digər dövlətlərlə formalaşdırılan və qarşılıqlı əməkdaşlığa və dostluğa söykənən, həm  Azərbaycanın, həm də onun tərəfdaşlarının siyasi və iqtisadi cəhətdən güclənməsinə hesablanmış İlham Əliyev diplomatiyası dövlətimiz üçün mayak rolunu oynamağa davam edir.

    Eldar Əsədov,

    YAP Tərtər rayon təşkilatının sədri

     

    Müəllif: Redaktor, 11:11

İsmarıclar bağlıdır.