Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 17May

    BİR AİLƏ KİMİ YAŞAYIRIQ

    Azərbaycan çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan ölkədir. Burada əsrlər boyu ruslar, ukraynalılar, beloruslar, yəhudilər və digər millətlərin nümayəndələri azərbaycanlılarla birlikdə qardaşlıq mühitində yaşayırlar. Bunun bariz nümunəsi bizim Mozqovoylar ailəsidir.
    Babam Jakov Mozqovoy bir əsr əvvəl ailəsilə birlikdə Rusiyadan Tərtərin Zolgörən kəndinə köçüb, burada məskunlaşmışdı. Sonralar o, Tərtər şəhərinin özündə ev almış və uzun illər şəhərin yeganə fotoqrafı kimi işləmişdi. Babam öz peşəsini oğlu Viktora öyrətmişdi. Köhnə tərtərlilər atamı həm də o zamankı “Qızıl Bayraq” qəzetinin fotomüxbiri kimi xatırlayırlar. Həmin dövrdə rayonumuzun kəndlərində və şəhərin özündə onun tərəfindən çəkilmiş yüzlərlə əmək qabaçılının şəkilləri rayon qəzetinin səhifələrin-də dərc olunub.
    Ailəmiz həmişə ətrafdakılardan isti və mehriban münasibət görüb. Azərbaycan doğma vətənimizdir. Dünyanın müxtəlif nöqtələrində müharibə ocaqları, dini və milli ayrıseçkilik alovlandığı bir dövrdə, ölkəmizdəki tolerantlıq mühitinin, multikultural dəyərlərin qorunması təqdirəlayiqdir. Bu, Ulu Öndərin layiqli davamçısı, möhtərən Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir. Bu, hamımızın sevimlisi Mehriban xanım Əliyevanın ayrı-ayrı xalqların nümayəndələrinə göstərdiyi humanist münasibətdən irəli gəlir.
    Onu da qeyd edim ki, mən və qardaşım Aleksey Azərbaycan Ordusunda müddətli həqiqi hərbi xidmətimizi başa vurduqdan sonra, müddətdən artıq hərbi qulluqçu kimi fəaliyyətimizi davam etdirmişik. 44 günlük Vətən müharibəsi başlayanda, hər ikimiz ordudaydıq. Döyüş yoldaşlarımızla birlikdə ən qaynar nöqtələrdə düşmənə qarşı mübarizədə fəal iştirak etmişik. Fəxr edirik ki, torpaqlarımızın işğaldan azad olunmasında bizim ailəmizin də payı var.
    Prezident İlham Əliyevin Sərəncamı ilə hər ikimiz “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişik. Həmçinin Baş Nazir Əli Əsədovun Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalına layiq görülmüşük.
    Çıxışlarının birində Prezident İlham Əliyev deyib: “Azərbaycanda yaşayan insanlar, müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Onlar Azərbaycanın dəyərli vətəndaşlarıdır, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır”.
    Bizə verilən yüksək dəyərə görə öz Prezidentimizə təşəkkürümüzü bildiririk.

    Andrey MOZQOVOY,
    Elman Hüseynov küçəsinin sakini
    (“Azərbaycan” qəzeti)

    Müəllif: Redaktor, 11:10

İsmarıclar bağlıdır.