Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 17May

    Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə rayonumuzda keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin baş-çısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının, rayon Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələri, qazilər, veteranlar, idarə, müəssisə, təşkilatların kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin 101-ci ildönümünə həsr edilmiş kitab sərgisinə, məktəblilərin əl işlərindən və rəsmlərindən ibarət sərgiyə baxıblar.
    Sonra Ümummilli Liderin abidəsi ziyarət olunaraq, önünə gül dəstələri düzülüb.
    Gülqoyma mərasimindən sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlara baxıb və Ulu Öndərin 101-ci ildönümü münasibəti ilə keçirilən rəsm müsabiqəsində yer tutan məktəblilər rayon rəhbəri tərəfindən Fəxri Fərnanla təltif ediliblər.
         * * *

    Biz isə “Yeni Tərtər”çilər olaraq əllərində gül dəstələri tutmuş rayon sakinlərindən bir neçəsinə yaxınlaşıb, ürək sözlərini söyləməsini xahiş etdik:
    Ədalət Məmmədov, Tərtər rayon Statistika İdarəsinin rəisi:
    – Xalqımız, o cümlədən tərtərlilər son illərdə bugünkü kimi xoşbəxt və qürurlu olmayıb. Ulu Öndərin müəyyən etdiyi yolu uğurla davam etdirən, ata vəsiyyətini şərəflə yerinə yetirən Ali Baş Komandan, möhtərəm Prezident İlham Əliyevin və müzəffər Azərbaycan Ordusunun, şəhidlərimizin, qazilərimizin, hər bir Azərbaycan zabit və əsgərinin şücaəti sayəsində ölkəmiz suverenliyini tam bərpa etdi, qara buludlar üzərimizdən götürüldü.
    Fitat Əliyeva, Qapanlı kənd tam orta məktəbinin direktoru:
    – Müstəqilliymizi əbədi edən, bizi ağ günlərə çıxaran Ulu Öndəri bu gün böyük məhəbbət hissi ilə anırıq. Uzun illər ermənilərlə qonşu olan kəndimiz indi rahat nəfəs alır. Bunun üçün Heydər Əliyev yolunu davam etdirən möhtərəm Prezidentimizə, şəhidlərimizə borcluyuq.
    İlqar Qasımov, Həsənqaya kənd İƏD üzrə icra nümayəndəsi:
    – Bu gün azad Umudlu kəndinin sakini olaraq necə xoşbəxt olduğumu sözlərlə ifadə etməkdə çətinlik çəkirəm. Artıq kəndimizi gedib görmüşük. Yuxularımız gerçək olub. Allah Ulu Öndərə, şəhidlərimizə rəhmət eləsin, Allah fəxr və qürurumuz olan Prezident İlham Əliyevi qorusun, qazilərimizə cansağlığı versin.
    Qorxmaz Aslanov, Ortakənd kənd İƏD üzrə icra nümayəndəsi:
    – Xalqımız Ümummilli Liderimizin doğum gününü bayram kimi qeyd edir. Bu gün biz abidə önünə bahar çiçəklərilə yanaşı ürəyimizdəki sonsuz sevgi hisslərilə gedirik.
    Bu, hər bir tərtərlinin ürək sözləridir.

    “YENİ TƏRTƏR”

    Müəllif: Redaktor, 11:42

İsmarıclar bağlıdır.