
Prezident İlham Əliyevin cari ilin 1 fevral tarixində Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edib. Qəbul zamanı dövlətimizin başçısı çıxış edib.
Prezident ilham Əliyev bildirib ki, Minsk qrupu 28 il ərzində münaqişənin həlli prosesi ilə məşğul olsa da heç bir nəticə əldə edilmədi. Azərbaycan torpaqları işğaldan azad olunmadı və məcburi köçkünlərin geri qayıtması təmin edilmədi. Minsk qrupu tərəfindən Ermənistana təzyiq göstərilmədi və müvafiq sanksiyalar tətbiq olunmadı.
2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib.
Amma Ermənistan tərəfindən buna adekvat reaksiya verilmədi. Ona görə də Azərbaycan sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürüb ki, bunun əsasında da sülh müqaviləsi üzrə danışıqlar prosesinin təşəbbüskarı Azərbaycan olub.
2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra üçtərəfli Bəyanat çərçivəsində Ermənistanın üzərinə düşən bir sıra öhdəliklər yerinə yetirilmirdi. Son 3 il ərzində rəsmi İrəvan Azərbaycanın Qarabağ bölgəsində separatizmi maliyyə, hərbi və digər vasitələrlə dəstəkləməyə davam edirdi.
Dövlət başçısı deyib ki, ötən il sentyabrın 2-də Ermənistan rəhbərliyinin qondarma “Dağlıq Qarabağ respublikası”nın “müstəqilliyi” münasibətilə göndərdiyi təbrik, həmçinin sentyabrın 9-da keçirilmiş dırnaqarası “prezident seçkiləri” sülh prosesinə ciddi zərbə vurmuşdur.
Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur. İki ölkənin sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür. Amma bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır. Daha ətraflı »




Çoxdan idi ki, səhər tezdən bir yerə səfər etmirdim. Buna görə də Medianın İnkişafı Agentliyinin təşkil etdiyi Şuşa səfərinə sevindim. Səhərin sazağı, alatoranlıq heç vəchlə xoş ovqatımıza mane olmurdu. Ona görə ki, arzu qanadlarında, doğma Qarabağımızın tac şəhərinə yol alacaqdıq. Bir azdan qış günəşi çıxacaq, qırmızı şəfəqləri yolumuzu işıqlandıracaqdı. Zəngin mədəniyyət beşiyimiz olan Zəfər şəhərini ziyarət etmək, bulaqlarından su içmək, hər qarış torpağına müqəddəs şəhidlərimizin ruhu hopmuş müstəqil Azərbaycan Respublikasının alınmaz qalasını görmək çoxdankı arzum idi. Düzdür, düz 40 il əvvəl anamla Şuşaya yaxın yerə – Ağdamın Şahbulağına, qardaşım Ənvərin yanına gedəndə bunu arzulamışdım, amma gedə bilməmişdim. İndi gedirəm. Bakı, Gəncə və Lənkəran şəhərlərindən jurnalistləri Şuşaya aparmaq üçün 3 avtobus yola düşmüşdü. Dan yeri söküləndən sonra Füzuli rayonunun Qaraxanbəyli kəndinə çatdıq. Bu, həmin Qaraxanbəylidir ki, işğal dövründə “keçilməz” Ohanyan səddi və neytral zona burada yerləşirdi. Təsəvvür edin ki, Azərbaycan torpağında düşmən səddi… Düşdük, baxdıq. Televiziya ekranlarından gördüyümüz dağıdılmış kəndlər, viranə evlər də elə buradan başlanır. Bir az qabaqda, yolun sağında qəbiristanlıqdakı məzarlara qırmızı lentlər bağlanmışdı. Yəni ki, sakinlər doğmalarının məzarlarını ziyarət ediblər. Bundan qabaqkı Alxanbəyli kəndindəki postda polislər sənədlərimizi yoxlayıb, bizim Şuşa səmtinə getməyimizə xoş niyyət göstərdilər. Qrupumuzun rəhbəri, MEDİA nümayəndəsi Elşən Ağayev bu yerlərdə bir neçə dəfə olduğundan Qarabağın qədim tarixi, yaşayış məskənləri, 44 günlük Vətən müharibəsində işğaldan azad edilmiş yerlər haqqında məlumatlar verir, suallarımızı cavablandırırdı. Elşən müəllim Qaraxanbəylinin Füzulinin işğaldan azad edilmiş ilk kəndlərindən olduğunu, ermənilərin Ohanyan səddinin müzəffər ordumuzun gücüylə qısa müddətə dağıdıldığını xatırlatdı. Dedi ki, strateji və sosial obyektləri, qəbiristanlıqlar, daşı daş üstə qalmamış binaları, yolu, cığırları belə tanımaq olmur. Düşmən ağlasığmaz vandallığı ilə “Qafqazın Xirosiması” adlı acınacaqlı bir tablo yaradıb. Füzuliyə çatanda ürəyimiz bir qədər toxdadı. Şəhər müasir standartlara uyğun şəkildə bərpa olunur. İrəlilədikcə abad yolları görürdük. Yolun hər iki tərəfində quruculuq işləri gedir, ucu-bucağı görünməyən torpaqlarda müasir traktorlar işləyir, taxıl əkilirdi. Adamın sevincdən köksü qabarırdı…
Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər Heydər Əliyev gənc nəslə qayğını əsirgəməyib. Ümummilli Liderin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqətin göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi.
7 fevral 2024-cü il tarixə təyin olunmuş növbədənkənar Prezident seçkilərində 97 saylı Tərtər-Naftalan-Goranboy seçki dairəsi üzrə dairənin tərkibində 59 seçki məntəqəsi fəaliyyət göstərir. Mövcud seçki məntəqələrinin 2-si işğaldan azad olunmuş ərazilərdə – Ağdərə və Suqovuşanda yaradılıb.

Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 34 il keçir. Keçən bu illər ərzində xalqımız hər il 20 Yanvar–Ümumxalq Hüzn Gününü kədər və böyük qürur hissi ilə qeyd edir. Çünki 20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı törədilmiş qanlı cinayət olsa da, həm də Azərbaycan xalqının qəhrəmanlıq manifesti, azadlıq mücadiləsidir.
Ağdərə həsrəti çox uzun çəkdi. Bu illər ərzində agdərəlilər doğma yerləri xatirələrində, yuxularında yaşatdılar. 2023-cü ilin 19-20 sentyabr günlərində isə bir möcüzə baş verdi: Ağdərənin, bütün Qarabağımızın azad olması haqqında xəbəri eşitdik. Əvvəl eşitdik, sonra isə Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ağdərədə, erməni terrorcularından azad edilmiş digər ərazilərdə bayraq ucaltdı-ğının şahidi olduq. Həmin gündən yalnız ağdərəlilərin deyil, hər bir azərbaycanlının həyatı dəyişdi. Hər kəs bütöv bir Vətənin vətəndaşı olmağın qürurunu yaşadı.
30 illik işğal dövründən sonra ilk dəfə olaraq Azərbaycanın bütöv ərazisində Prezident seçkiləri keçiriləcək. Uzun illərin həsrətindən sonra doğma torpaqlarına qayıdan, burada lazımi şəraitlə təmin edilən insanlar məhz bu yerlərdə təşkil olunan seçki məntəqələrində səs verəcəklər. Belə məntəqələrdən biri də 58 saylı Suqovuşan seçki məntəqəsidir.
7 fevral 2024-cü il tarixdə keçiriləcək Prezident seçkilərində YAP-ın sədri möhtərəm Prezidentimiz İlham Heydər oğlu Əliyevin namizədliyinin irəli sürülməsi cəmiyyətimizin yekdil rəyi və xalqın iradəsinin ifadəsidir.
2024-cü il öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş müsttəqil Azərbaycan Respublikasının həyatında parlaq səhifələrin açılması ilə başladı.
Məlum olduğu kimi, 7 fevral 2024-cü il tarixdə növbədənkənar Prezident seçkiləri keçiriləcək. Mən bu seçkilərlə bağlı YAP Tərtər Rayon Təşkilatında yaradılmış təbliğat-təşviqat qrupunun üzvüyəm və bununla qürur duyuram. Qürur duyuram ki, Qalib Liderin təbliğat-təşviqat işlərində yaxından iştirak edirəm. Vətəndaşlarla görüşlərimiz zamanı seçicilərdə Ali Baş Komandana olan sevgi, dəstək insana qürur verir. Hər bir görüş zamanı eyni bir fikirlə rastlaşıram: Biz Ali Baş Komandandan başqa namizəd tanımırıq.
Yeni ismarıclar