Cari ilin 10 dekabr tarixində Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi olub. Prezident İlham Əliyev açılış mərasimində çıxış edib.
Dövlət başçısı qeyd edib ki, Serbiya-Azərbaycan əlaqələri sürətlə və dinamik şəkildə inkişaf edir.
İmzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə əməkdaşlıq əlaqələrinin yüksək statusundan xəbər verir.
İnterkonnektorun fəaliyyəti ölkələrin sənaye inkişafına böyük töhfə verəcəkdir.
Prezident İlham Əliyev bildirib ki, münasibətlərimiz çox dinamik, dostluq və strateji tərəfdaşlıq üzərində qurulub.
Hazırda təbii qazımız səkkiz ölkəyə ixrac edilir. Serbiya doqquzuncu ölkədir. Bu doqquz ölkənin yeddisi Avropa ölkəsidir.
İnterkonnektorun fəaliyyətə başlaması Avropanın enerji təhlükəsizliyinə önəmli töhfə verəcəkdir.
Keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır və bu memorandum effektiv şəkildə icra edilir. Bu memoranduma görə, Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır. Daha ətraflı »


Azərbaycan beynəlxalq aləmdə nüfuzlu dövlət kimi, ictimai-siyasi sabitliyin təmin olunduğu ölkə kimi tanınır. Ölkəmizin bu cür inkişaf etməsinin səbəbi dövlət başçısı tərəfindən aparılan praqmatik daxili və xarici siyasət kursudur. Heç şübhəsiz, müasir müstəqil Azərbaycan dövləti hazırkı inkişaf mərhələsinə asan yolla çatmayıb. Tarixin müxtəlif dönəmlərində ayrı-ayrı problemlərlə qarşılaşan Azərbaycan xalqı əzmkarlıq nümayiş etdirərək dövlətçilik ənənələrimizin əbədiliyini, müstəqil Azərbaycanın tərəqqisini təmin edib.
Xalqımız 12 dekabrı Ulu Öndər Heydər Əliyevin anım günü kimi böyük el məhəbbəti, minnətdarlıq hissi ilə qeyd edir. Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmişdir. Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Heydər Əliyevin həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir. Onun ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub.
Azərbaycanda əlilliyi olan şəxslərin cəmiyyətimizin həyatında tam hüquqlu üzv kimi iştirak etməsi üçün dövlətimiz tərəfindən geniş tədbirlər həyata keçirilir. Bu siyasətin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər deyirdi: ”Biz əlillər üçün, onların yaşaması üçün, əmək fəaliyyətinə cəlb olunması, öz daxili imkanlarından, istedadlarından istifadə etmələri üçün daha da geniş şərait yaradacağıq.”
Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı münasibətilə rayon icra hakimiyəti başçısının birinci müavini Elvin Umudov, rabitə və telekommunikasiya qovşağının işçiləri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.

Şəhid valideynlərinin həmişə gözü yoldadır. Bu yolla onlar öz övladlarını Vətənin müdafiəsinə göndəriblər. Son dəfə görüşüb, ayrılıblar. Bu, yalnız cismani ayrılıqdır. Çünki illər keçsə də, qəhrəman övladlar xalqımız tərəfindən unudulmur. Şəhid ailələrinin tez-tez rayon rəhbəri, ictimaiyyət nümayəndələri, məktəblilər tərəfindən ziyarət olunması da bunun əyani sübutudur.
Ağayev Kənan Vahid oğlu 2002-ci il sentyabr ayının 9-da Oğuz rayonunda dünyaya gəlib. Valideynləriinə 30 il müddətində məcburi köçkün statusu daşımaq qismət olub. Onlar əslən Ağdərə rayonunun İmarət Qərvənd kəndindəndilər.
Bu günlərdə şəhər 1 saylı tam orta məktəbində cəsur döyüşçü, Vətən müharibəsi şəhidi Fuad Məhərrəmlinin adını daşıyan sinfin şagirdləri onun ailəsində olub, Evoğlu kəndindəki Şəhidlər xiyabanını və Fuad Məhərrəmlinin məzarını ziyarət ediblər. Şəhidin doğum gününə həsr olunmuş görüşdə şagirdlərlə birlikdə məktəbin direktoru Amil Hüseynov, müəllimlərdən Ramilə Heydərova, Aliyə Balakişiyeva, valideynlər, şəhid anaları və kənd sakinləri iştirak ediblər. Şagirdlərin ifasında Vətənimizin azadlığı, torpaqlarımızın işğaldan təmizlənməsi uğrunda mübarizədə canlarını fəda edən oğullara həsr olunan şeirlər səslənib. Qeyd olunub ki, Fuad Məhərrəmli vətənpərvər insan, qorxmaz döyüşçü idi. Onlar üç dost idilər – Fuad, Şəmil və Elşən. Üçü də eyni gündə şəhadətə yüksəlib.
İntiqam Sarıyev Hacallı kəndində böyüyüb. Söylən kənd tam orta məktəbinin məzunu olub. Həqiqi hərbi xidmətə rayonumuzun Səfərbərlik və hərbi xidmətə çağırış məntəqəsindən yola düşüb. Bakı şəhərində daxili qoşunlarda xidmət edib. 2010-cu ildə hərbi xidmətini çavuş rütbəsi ilə bitirib doğma kəndinə qayıdıb. Ailəsinə təsərrüfat işlərində kömək etməyə başlayıb. Doğmalarının arzusu və özünün istəyi ilə toy çaldırıb, ailə həyatı qurub.
Xankəndi şəhəri, 3-cü Paralel küçəsi, 62. Bu, Tahir Süleymanovun 1988-ci ildə tərk etdiyi evinin ünvanıdır. O vaxtdan bu evi hər gecə yuxularında görüb, darıxıb, kövrəlib. Əlinin zəhmətilə tikdiyi xoşbəxt yuvasını xatirələrində yaşadıb.
Yeni ismarıclar