“Yeni Tərtər” qəzetinin redaksiyasına
90 illik yubileyinizi təbrik edirəm. 90 il mətbuat salnaməsində özünə yer tutmaq böyük uğurdur. Tərtər rayonunun 90 illik dövrü qəzetin səhifələrində tarixin yaddaşında qorunub saxlanılır. Əvvəllər “Qızıl Bayraq” adlanan qəzetin 1981-ci ildə çap olunmuş nömrələrindən birində Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin sonuncu kursunda oxuyanda mənim haqqımda “Qartal zirvədə uçar” başlıqlı böyük bir yazı çap olunmuşdu.O vaxtdan qəzetin daimi oxucularından biri oldum.
Qəzet bu gün çətin və mürəkkəb bir şəraitdə öz işini davam etdirir. Qarabağ müharibəsi dövründə “Yeni Tərtər” qəzeti müharibənin bütün ağrı-acılarını, tərtərlilərin qəhrəmanlıq mübarizəsini öz səhifələrində əks etdirdi.
Qəzetin işinə böyük uğurlar arzulayıram.
Hörmətlə:
Vəkil Səfiyar oğlu Həsənov, Azərbaycan
Dövlət İqtisad Universitetinin
“Humanitar fənlər”kafedrasının müdiri,
tarix elmləri doktoru, professor, Əməkdar müəlli