Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 02May

     Sovet dövründə Azərbaycanın hər rayonunda bir qəzeti vardı. Qəzetlər bəzi rayonlarda daha aktiv, maraqla oxunurdu. Hətta regional qəzetlər mərkəzi qəzetlərdən daha fəal idi. Füzuli rayonunda “Araz”, Zərdabda “Əkinçi”, Qazaxda “Göyəzən”, Zəngilanda “Zəngilanın səsi” kimi qəzetlərin adını çəkərdim. Sovetlər İttifaqının dağılması mətbu sistemin də dağılmasına gətirib çıxardı. Mətbuatda bir düzən, sistem vardı. O mətbuat da çökdü. Ancaq yerli mətbuat yerli camaat arasında ünsiyyət vasitəsi idi. Kolxozlar, sovxozlar,  təsərrüfatlar dağıldı. Gəlir gətirəcək sahələr dağıldı, qəzetlərin abunə sistemi pozuldu. Bu da sirayət elədi rayon qəzetlərinin çöküşünə. Bu qəzetlərdən biri də “Tərtər” qəzeti idi. 1934-cü ildə “Kolxozçuların varlanması yolunda” adı ilə fəaliyyətə başlayan qəzet 1937-ci ildən “Qızıl Bayraq” adı ilə nəşr olunmuşdur. 1963–1965-ci illərdə Tərtər rayonu Bərdə rayonu ilə birləşdiyinə görə, “Qızıl Bayraq” qəzeti Bərdə rayonunun “Kommunizm yolu” qəzeti ilə birləşdirilmiş, 1966-cı ildən yenidən “Qızıl Bayraq” adı ilə nəşr edilmişdir. 1998-ci ildən fəaliyyəti dayanan qəzet 2005-ci ildən etibarən “Yeni Tərtər” adı ilə nəşr edilməyə başlamışdır.

    Beynəlxalq Avrasiya Mətbuat Fondu olaraq taleyimiz Tərtər bölgəsi ilə bağlıdır. 2000-ci illərin əvvələrində BAMF-ın regionda layihələri fəaliyyətə başlamışdır. Bu minvalla Tərtər Regional Peşə Təlim Mərkəzinin əsası da qoyuldu. Regiona ilk gələn vaxtlarda Tərtər rayon qəzetinin durumu ilə maraqlandım. 2005-ci ildə Vidadi İsayev Tərtər rayonu İcra hakimiyyətinin başçısı təyin edildi. Onunla görüşüb qəzetin vəziyyəti ilə bağlı müzakirələr apardıq. Vidadi müəllim  qəzetin işə düşməsində yardımcı oldu. Bundan sonra qəzetin fəaliyyəti başladı. Tofiq Yusifov da redaktor vəzifəsini icra etdi.

    2014-cü ildə isə Müstəqim Məmmədov Tərtər rayonu İcra hakimiyyətinin başçısı seçildi. İcra başçısı qəzetin qayğısına qaldı, diqqət və dəstək göstərdi. Bu gün qəzetin baş redaktoru Svetlana Bağırovadır. O, imzası, sözü olan, “Qızıl Qələm” mükafatı laureatı  jurnalistlərimizdən biridir.

    “Yeni Tərtər” qəzeti bu gün 90 illik yubileyini qeyd edir. Qəzet çətinliklər yaşasa da ömrünü davam etdirir, ayaqda durmağı bacarır. Mətbuatın inkişaf şərtləri, informasiya sərhədləri hər gün dəyişir, yenilənir. Sosial şəbəkələr, elektron media günü-gündən inkişaf edir. Bu mənada, günümüzdə qəzetlərin üzərinə daha böyük məsuliyyət düşür. “Yeni Tərtər” qəzetini yubiley münasibətilə, o cümlədən qəzetin rəhbərliyini və heyətini təbrik edir, onlara böyük-böyük uğurlar, çoxlu oxucu arzu edirəm.

    Umud Mirzəyev,

     BAMF-ın ptezidenti

     

    Müəllif: Redaktor, 15:25

İsmarıclar bağlıdır.