Tərtər rayonunda nəşr edilən “Tərtər” ictimai-siyasi qəzetinin və eyni adlı saytın Baş redaktoru Svetlana xanım Bağırovaya.
Şəxsiyyətinə hörmət bəslədiyim, şəxsən tanıdığım, həmkarım, yorulmaz jurnalist Svetlana xanım.
Bu yaxınlarda mətbuatdan öyrəndim ki, “Yeni Tərtər” qəzetinin 90 yaşı tamam olacaq.
Qeyd edim ki, Sovet dövründə də, indinin özündə də “Yeni Tərtər” qəzetinin hər nüsxəsi Bakı şəhərində çap olunduqdan sonra bizim də redaksiyaya göndərilir. Təbii ki, rayonda görülən işlər, tədbirlərlə qəzet vasitəsilə tanış oluruq. Artıq Masallının “Yeni həyat” qəzeti redaksiyasında Svetlana xanım, Sizin qəzetin qovluğu vardır. Verilən materiallar səlistdir, jurnalistikanın tələblərinə cavab verir, operativdir, oxunaqlıdır. Hiss olunur ki, Tərtər rayonunun qəzet əməkdaşları redaksiyada işini günün tələbləri səviyyəsində qurublar. Bu, yaxşı haldır, müasir oxucunu sevindirir, əhvalını xoş edir.
Təbiidir ki, Masallıda olduğu kimi, Tərtər rayonunda da Tərtər Rayon İcra Hakimiyyətinin başçısı cənab Müstəqim Məmmədovun dəstəyi ilə “Yeni Tərtər” bu gün də ayda üç dəfə çap olunur. Sevindiricidir, ürəkaçandır. Haçan Svetlana müəllimlə zəngləşəndə, ya görüşəndə, bütün bu müsbət keyfiyyətlər haqqında məlumat verir. Əvəzində mən də Masallıda mətbuata önəm verildiyini, rayon İcra Hakimiyyətinin başçısı çoxhörmətli Araz Əhmədovun redaksiyamıza köməkliyini, qəzetlə maraqlandığını söyləyirəm. Əlbəttə, biz dahi deyilik; Azərbaycan Pespublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, rayonlarda, doğma Qarabağımızda gedən abadlıq-quruculuq işlərinin salnaməçiləriyik, yazılı mətbuatı nəsillərə ötürürük. Necə ki, lap bu yaxınlarda, 7 fevral 2024-cü il tarixdə növbədənkənar prezident çeçkilərində xalq səsini 92,12 yüksək faiz çoxluğuyla İlham Heydər oğlu Əliyevə verdi. İndiyə kimi Azərbaycanın tarixində belə bir seçki coşğunluğu, vətəndaş həmrəyliyi olmamışdı. Masallıda da vətəndaşlar sübh tezdən seçki məntəqələrində uzun növbələrə durmuşdular. Yaxşıdır ki, vətəndaşlarımızın bu birliyini qəzetlərimiz də geniş şəkildə işıqlandırmışlar.
Hörmətli həmkarım Svetlana xanım, Sizi çalışdığınız qəzetin 90 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, uzun ömür, cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Siz ölkə Prezidentinə, Dövlətimizə sədaqətli, onun bütün atributlarını sevən bir şəxssiniz.
Mübarəkdir! Gün o gün olsun ki, 100 illiklərinizi qeyd edəsiniz…
Əlihüseyn ŞÜKÜROV,
Masallıda çıxan «Yeni həyat» ictimai-siyasi
qəzetinin və eyni adlı saytın Baş redaktoru,
Azərbaycan Jurnalistlər Birliyinin və
RF Jurnalistlər İttifaqının üzvü