Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 12Mar

    Hörmətli şəhid anaları!
    Əziz qadınlar, ana və bacılar!
    Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı, səadət və gələcək işlərinizdə uğurlar arzulayıram.
    Qadınlar tariximizin bütün mərhələlərində milli-mənəvi dəyərlərimizin nəsildən-nəsilə ötürülməsində əhəmiyyətli rol oynamış, onların arasından müdrik hökmdarlar, istedadlı şair və yazıçılar, dövlət xadimləri çıxmışdır.
    Xalqımızın hər şeydən çox sevdiyi torpaq, vətən, dil anlayışına ana torpaq, ana vətən, ana dili deyilməsi anaya olan məhəbbətimizin ən böyük təcəssümüdür.
    44 günlük Vətən müharibəsində Şanlı Zəfər gününü–Qələbəni bizə analarımızın tərbiyə edib böyütdüyü, gücünə-qüvvəsinə inandığı Milli Ordumuzda xidmət edən oğullar yaşatdı. Vətən müharibəsində, işğaldan azad olunmuş ərazilərdə aparılan lokal xarakterli antiterror əməliyyatlarında şəhidlər versək də, qazilərimiz olsa da onların qisasını düşməndən aldıq. Allah bütün şəhid oğullarımıza rəhmət eləsin! Şəhid analarına, həyat yoldaşlarına Ulu Tan-rıdan səbr diləyirəm. Qarşılarında baş əyirik. Onlar bizim qürur yerimiz, başımızın tacıdırlar!
    Bu gün Azərbaycan qadını daha şəfqətli, daha qürurlu, daha işgüzardır. Bu gün Azərbaycan qadını bütün sahələrdə–yüksək ali dövlət qurumlarında, xarici ölkələrdə müstəqil Azərbaycanımızı layiqincə təmsil edirlər. Biz bunu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın timsalında daha aydın görürük. Onun rəhbərliyi ilə həyata keçirilən çoxsaylı layihələr öl-kəmizi bütün dünyada tanıdır.
    İnanıram ki, zəngin mənəviyyatlı Azərbaycan qadınları qarşıdakı illərdə də qurub-yaratmaq şövqləri ilə cəmiyyət həyatına yüksək dəyərlər bəxş edəcək və müstəqillik salnaməmizə yeni, işıqlı səhifələr yazacaq, vətənpərvər gənclərin yetişdirilməsinə, ictimai-mənəvi mühitimizin zənginləşməsinə, milli-mənəvi dəyərlərimizin qorunub nəsildən-nəsilə ötürülməsinə öz layiqli töhfələrini verəcəklər.
    Əziz qadınlar!
    Bir daha Sizi təbrik edirəm! Ulu Tanrı sizi və sevdiklərinizi qorusun!
    Bayramınız mübarək!

     

    Müəllif: Redaktor, 11:51

İsmarıclar bağlıdır.