Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və Bölgə Təcrübə Stansiyasının təşkilatçılığı ilə YAP rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda “dəyirmi masa” keçirilib.
“Dəyirmi masa”da Tərtər rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının nümayəndələri və Bölgə Təcrübə Stansiyasının kollektivi iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin xatirəsinə ehtiram əlaməti olaraq onun abidəsi önünə gül dəstələri düzüblər.
Sonra “dəyirmi masa” ətrafında davam edən tədbirdə Ümummilli Liderin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Dəyirmi masa”da iştirak edən Tərtər RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev rayonda Ulu Öndərin 100 illik yubileyi ilə bağlı keçirilən tədbirlərdən danışıb. Daha ətraflı »
-
28AprDigər “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” üçün şərhlər bağlıdır
-
28Aprİdman Tərtər İdman Olimpiya Kompleksində kütləvi idman tədbirləri keçirilib üçün şərhlər bağlıdır
Ümummilli Liderin 100 illik yubileyi münasibəti ilə Tərtər rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Təhsil sektorunun, Gənclər və İdman İdarəsinin və Tərtər Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə rayon ərazisində yerləşən N. saylı hərbi hissələrin hərbçiləri və ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında Tərtər Olimpiya Kompleksində kütləvi idman tədbirləri keçirilib.
Yarışdan öncə Ümummilli Liderin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə hörmət və ehtiram əlaməti ola-raq onların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə iştirak edən Tərtər RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev, N. saylı hərbi hissənin polkovniki Seymur Həbibullayev, Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov, Tərtər Olimpiya İdman Kompleksinin müdiri Emin Dadaşov, Uşaq Gənclər İdman-Şahmat məktəbinin direktoru Emin Quliyev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə rayonda keçirilən tədbirlərdən, idman yarışlarından, “dəyirmi masa”, elmi konfranslar və sair tədbirlər haqqında məlumat verib və id-mançılara uğurlar arzulayıblar.
Yarışda 40 nəfər hərbçi, 25 nəfər məktəbli, 15 nəfər həvəskar idmançı iştirak edib. Daha ətraflı » -
28AprDigər Təşəkkür üçün şərhlər bağlıdır
MÜALİCƏLƏRLƏ YANAŞI MƏNƏVİ QAYĞI SƏHHƏTİMİZİ YAXŞILAŞDIRDI
Hər bir ana övlad böyüdür, bəhrəsini görmək üçün. Vətən də anadır. Biz şəhid analarının övladları ana Vətən yolunda canlarını fəda etdilər. İndi onların yeri evimizdə deyil, milyonların ürəyindədir. Biz bunu göstərilən qaygıdan, münasibətdən hiss edirik.
Bu günlərdə Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi və Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun təşəbbüsü ilə “Heydər Əliyev İli” çərçivəsində Tərtər rayonundan olan biz şəhid anaları akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi müayinələrdən keçdik.
Otuzdan çox şəhid anası kardioloji, endokrinoloji, şüadiaqnostika və nevroloji müayinələrdən keçdi. Bizə EKQ, ExoKQ və USM müayinələri və müasir beynəlxalq standartlara cavab verən laborator müayinələr də aparıldı.
Müayinələrin nəticələrinə əsasən müvafiq müalicələr təyin edildi, digər patologiya aşkar olunanlar isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndirildi. Daha ətraflı » -
28AprXəbərlər TALIŞDA İLK TOY SEVİNCİ üçün şərhlər bağlıdır
Prezident İlham Əliyevin hər bir sözünün arxasında konkret, real işlər dayanır. Torpaqlarımız işğaldan azad ediləndən sonra onun xalqa verdiyi növbəti vədi bu yerlərə tezliklə Böyük Qayıdışın başlanması olmuşdu. İndi budur, erməni vandallarının viran qoyduqları doğma yurdlara qayıdış başlayıb. Bu torpaqlarda irimiqyaslı layihələr həyata keçirilir, evlər tikilir, vətəndaşlarımızın rahat yaşaması üçün infrastruktur yaradılır. Belə yaşayış məntəqələrindən biri də rayonumuzun Talış kəndidir.
Doğma ocaqlarına köçən ailələrə gözəl şərait yaradılıb və həyat getdikcə öz axarına düşür. Bu yaxınlarda isə Talışda ilk toy sevinci yaşanıb.
Kənd sakini Anar Camalov deyir:
–Çox istəyirdik ki, övladlarımızın kiçik toy məclisini məcburi köçkün kimi deyil, öz ocağımızda, öz evimizdə qeyd edək. İndi arzumuza çatmışıq. Məclisimizdə hörmətli qonaqların – Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun, Milli Məclisin deputatı Sahib Alıyevin iştirak etmələri sevincimizi daha da artırdı.
Bu toy Talışda ilk xeyir iş oldu. Ancaq gələcəkdə belə toyların sa-yı çox olacaq. Çünki insanlar öz torpaqlarına qayıdıblar. Bu qayıdışı təmin edən, bizə sevincli günləri yaşadan isə müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevdir. Daha ətraflı » -
28AprDigər ULU ÖNDƏR HEYDƏR ƏLİYEV VƏ HUMANİTAR DİPLOMATİYA üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və “Qızıl Aypara” Cəmiyyətinin Tərtər rayon bölməsinin təşkilatçılığı ilə YAP rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev və humanitar diplomatiya” mövzusunda “dəyirmi masa” keçirilib.
“Dəyirmi masa” da Tərtər rayon İcra Hakimiyyəti Başçısı aparatının, YAP rayon təşkilatının əməkdaşları, “Qızıl Aypara” cəmiyyətinin rayon bölməsnin sədri Etibar Heydərov və könüllülər, cəmiyyətin Bərdə rayon bölməsinin sədri Rəfael Vəliyev iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin xatirəsinə ehtiram əlaməti olaraq onun abidəsi önünə gül dəstələri düzüblər.
Sonra “dəyirmi masa” ətrafında Ümummilli Liderin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tərtər rayon İcra Hakimiyyəti Başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Svetlana Əzizova tədbiri açaraq rayonda Ulu Öndərin 100 illiyi münasibəti ilə keçirilən tədbirlər haqqında iştirakçılara məlumat verib, müstəqillik dövründə AzQAC-ın itirilmiş hüquqi bazasının formalaşdırılmasında və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının bərabərhüquqlu üzvlüyünə qəbul edilməsində Ulu Öndərin xüsusi rolunu vurğulayıb. Daha ətraflı » -
28AprDigər BİR ŞƏHİD ANASI TANIYIRDIM… üçün şərhlər bağlıdır
Birinci Qarabağ müharibəsi şəhidi Xəlil Əzimovun
anım günü münasibəti ilə20 il öncə Qaynaq kəndindən bir şəhid anası ilə tanış olmuşdum.İndi Tanrı dərgahında haqq dünyasına qovuşub.
“Bir vaxt körpə idi, qucağımda gəzdirirdim, indi də şəklini qoynumda gəzdirirəm,”- deyib, oğlunun şəklini çıxarıb göstərmişdi, kövrələ-kövrələ:”Mənim 7 oğlum, 1 qızım var. Oğlanlarımı elə tərbiyə etmişəm ki, düşmənin qarşısına ürəklə çıxıblar.
Xəlil mənim böyük oğlum idi. Erməni “dığa”ları “Qarabağ bizimdir,”- deyəndə könüllü cəbhəyə getdi, kişi kimi döyüşdü, Şıxarx kəndi uğrunda gedən döyüşlərdə kişi kimi də həlak oldu. ”- demişdi.
O vaxt bir yazı yazmışdım, onun şəhid oğlundan…
…Xəlil Əzimov 1958-ci ildə Qaynaq kəndində dünyaya göz açmışdı. Doğulduğu kənddə 8-ci sinfi bitirdikdən sonra Sumqayıtda 35 saylı orta texniki peşə məktəbini bitirmiş, sonra hərbi xidmətə yola düşmüşdür.
Xəlil hərbi xidmətdən qayıtdıqdan sonra kolxozda işləyir, ailəsinə kömək edirdi…
…Torpaq uğrunda canından keçdi, şəhidlik zirvəsinə ucaldı, elə doğulduğu kənddə də torpağa tapşırıldı.
Ondan sonra əkiz qardaşları İlham və İlqar cəbhəyə getdilər, vuruşdular, düşməndən qardaşlarının qisasını aldılar. Müharibədən hər ikisinin bədənində güllə, qəlpə yarası yadigar qaldı.
Mayın 11-i Xəlil Əzimovun şəhid olduğu gündür. Dünyasını dəyişənə kimi Pakizə xala ürəyində bu dərdi daşıdı, təskinliyi tək onda tapırdı ki, oğlu vətən yolunda şəhid olub. Vaxtilə Xəlilin oxuduğu Qaynaq kənd ümumi orta məktəbi indi onun adını daşıyır. Daha ətraflı » -
28AprDigər Dövlət Rəmzləri Muzeyinə ekskursiya üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin, N. saylı hərbi hissənin və rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə N. saylı hərbi hissənin hərbçiləri Ulu Öndərin 100 illik yubileyi münasibəti ilə “Dövlət Rəmzləri Muzeyi”nə ekskursiya ediblər.
Ekskursiya çərçivəsində hərbçilərə muzey haqqında ətraflı məlumat verilib. Bildirilib ki, istənilən dövləti onun mövcudluğunu, çoxəsrlik dövlətçilik və tarixi-mədəni dəyərlərini təcəssüm etdirən dövlət rəmzləri olmadan təsəvvür etmək mümkün deyil. Xalqımızın qədim tarixinin öyrənilməsində, gənclərdə vətənpərvərlik ruhunun formalaşmasında və inkişafında onların xüsusi əhəmiyyəti var.
Hərbçilər muzeydə Azərbaycanda xanlıqlar dövrü-nün xəritəsi, müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin bayraqları, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövründə qəbul edilmiş konstitusiyalar, gerblər, bayraqlar, Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin andiçmə mərasimlərindən fotolarla tanış olublar. Onlara “Heydər Əliyev” ordeni ilə bağlı ətraflı məlumat verilib. -
28AprDigər TƏRTƏR QADINLARI üçün şərhlər bağlıdır
ONU YAŞADAN EL MƏHƏBBƏTİDİR
Məhəbbət Paşayeva rayon mərkəzi xəstəxanasının baş həkimi vəzifəsinə Tərtər üçün unudulmaz olan 1992-ci ildə təyin olunmuşdu. Həmin vaxt Tərtər od içində yanırdı. Belə dəhşətli günlərdə nəinki qadın, hətta ən cəsarətli kişi belə rayonun baş həkimi kimi ağır bir yükü öz çiyinlərinə götürməyə cürət etməzdi. Axı, o zaman Tərtər düşmənlə üz-üzə dayansa da, burada hələ hərbi hospital formalaşmamışdı. Odur ki, bütün ağırlıq xəstəxananın üzərinə düşürdü. Xəstəxana isə ermənilərin ən çox atəş altında saxladığı nöqtələrdən biri idi. Həm də ixtisaslı həkimlər, cərrahlar çatışmırdı. Amma buna baxmayaraq, hər gün onlarca yaralı və şəhid qəbul olunurdu. Texniki işçilərdən tutmuş həkimlərədək hər bir işçi yaralılara kömək edirdi.
Düzü, bu yükü Məhəbbət həkim vəzifə ilə bərabər qəbul etmirdi. Rayonumuza ilk top mərmisi atılan gündən o, bu işlə məşğul olur, nə qorxu bilir, nə də çətinliklərdən qaçırdı. Yeni vəzifə isə onun mövqeyini daha da möhkəmləndirirdi.
1992-ci ilin ağır günlərindən biri idi. Məhəbbət həkim azacıq dincəlmək üçün evə gəlmişdi. Qəfil atılan top səsindən diksindi. Tez həyat yoldaşının üzünə baxdı. Akif onu sözsüz başa düşdü.Partlayış səsi xəstəxana tərəfdən gəlirdi. O, heç bir söz demədən həyətdəki maşına yaxınlaşdı. Məhəbbət də artıq hazır idi. Küçəyə çıxanda onlar vahimə içində qaçan qadınları,uşaqları gördülər. Hamı Tərtər çayı üzərindəki körpüdən o tərəfə keçməyə can atırdı. Təkcə Məhəbbətgilin maşını əks istiqamətə, xəstəxanaya tələsirdi. Onlar yaxınlaşanda gördülər ki, yanılmayıblar. Düşmən mərmisi xəstəxananın lap yaxınlığında partlamışdı, çoxlu dağıntılar vardı. Məhəbbət həkim ən əvvəl doğum evinə tələsdi. Bir az əvvəl bura xəstə qadın gətirmişdilər. İndi növbətçi həkim nə qədər çalışsa da, qadın qorxudan özünə gələ bilmirdi. Məhəbbət həkimin gəlişi lap yerinə düşdü. Onun təmkinli hərəkətləri, daxildən gələn möhkəm iradəsi, mehriban sözləri əzab çəkən qadını sanki yenidən həyata qaytardı. Bir azdan partlayış səslərinə dünyaya yeni gəlmiş körpənin səsi qarışdı. Daha ətraflı » -
28AprDigər Tərtər rayon qəzetinin 90 illiyi qarşısında üçün şərhlər bağlıdır
Qəzetin tarixi Tərtərin tarixidir
Əziz tərtərlilər, hörmətli oxucularımız!
Bildiyiniz kimi, ayrı-ayrı illərdə müxtəlif adlarla –“Kolxozçuların varlanması yolunda”, “Qızıl bayraq”, “Tərtər” və hazırda “Yeni Tərtər” adı ilə nəşr olunan bizim rayon qəzetinin bu ilin aprelində 89 yaşı tamam oldu.
90 illik yubileyimizə cəmi bir il qaldı. Qəzetin tarixi Tərtərin tarixidir. Yubileyə hazırlıq ilində biz bu tarixi vərəqləməyə çalışacağıq.
Bu işdə oxucularımızın köməyinə ehtiyacımız var. Məsələn, bilirik ki, 1934-cü ildə “Kolxozçuların varlanması yolunda” adı ilə çap olunan qəzet Tərtər rayon MTS-in siyasi şöbəsinin orqanı idi. Şöbənin rəisi Nazim Məmmədovun imzası ilə çıxırdı. 1934-cü ildən 1937-ci ilin sentyabrınadək qəzetin redaktoru Xəlil Şəfizadə, 1937-ci ildən 1939-cu ilədək Qənbər Nəbiyev olub. Sonrakı illərdə Əli Ağayev, Aydın Məmmədxanov, Əmiraslan Qurbanzadə, Zöhrab Məmmədov, Hilal Bayramov, Təvəkkül Nəcəfov və Tofiq Yusif redaksiyaya rəhbərlik ediblər.İlk redaktorla bağlı məlumatımız çox azdır. Nazim Məmmədov, Xəlil Şəfizadə barədə bilgiləriniz varmı? Yəqin ki, onların qohumlarından kimlərsə indi də rayonumuzda yaşayır. Daha ətraflı » -
28AprDigər Şagirdlərin fəallığı şəraitində keçən “açıq dərs” üçün şərhlər bağlıdır
Bu günlərdə Həbib Hüseynov adına Mamırlı kənd tam orta məktəbində coğrafiya fənni üzrə “açıq dərs” keçirilib. Fənn müəllimi Səbuhi Kərimovun “Bitki və heyvanlar aləminin müxtəlifliyi” mövzusunda hazırladığı “açıq dərs”də şagirdlər böyük fəallıq göstəriblər.
Dəvət edilən qonaqlar–rayon təhsil sektorunun metodisti Gülxar Abbasova, alim-aqronom Məhəmməd Şirinov, Ələsgərli kənd tam orta məktəbinin direktor müavini Bahar Hüseynova, şəhid bacısı, təqaüddə olan müəllim Havva İbrahimova, məktəbin rəhbərliyi və müəllimlər dərsin gedişini maraqla izləyiblər.
Dərsdən sonra qonaqlar “Təbiətə qayğı” və “Ekoklub” dərnəyinin üzvləri ilə görüşüblər. Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar məktəbin həyətində ağac və gül kolları əkilib. Məhəmməd Şirinov şagirdlərə akademik Həsən Əli-yevin “Təbiətə zülm edənin yaşamağa haqqı yoxdur” sözlərini xatırladıb. Deyib ki, məktəbi himayəyə götürəcək, onları dekorativ ağaclarla təmin edəcək və bu ağacların becərilməsində uşaqlara öz köməkliyini göstərəcəkdir.
Həmin gün həmçinin məktəbin 2005–ci il məzunu Gündüz Səfərovun uşaqlara göndərdiyi hədiyyələr təqdim olunub.
Şagirdlər maraqlı görüş üçün öz təşəkkürlərini bildiriblər.“YENİ TƏRTƏR”
Yeni ismarıclar