2022-2023-cü tədris ilində Tərtər rayonunda 11-ci sinfi 662 məzun bitirib. Onlardan 362 nəfər ali məktəblərə sənəd verib, 255 nəfəri tələbə adını qazanıb. Rayon üzrə 2 nəfər 600-dən yuxarı, 8 nəfər isə 500-dən yuxarı bal toplayıb.
Ali məktəblərə qəbul olan bütün gəncləri, onların valideynlərini və təhsil aldıqları məktəblərin kollektivlərini ürəkdən təbrik edirik!
Tələbəlik illəriniz uğurlu və faydalı keçsin. Yüksək zirvələrə aparan yolda hər birinizə cansağlığı, səbr və iradə arzulayırıq.
Qarabağ qazisinin qızı ADA universitetinin tələbəsidir
Bu günlərdə I Qarabağ müharibəsi veteranı Qurban Əhmədovun ailəsində böyük sevinc yaşandı. Ailənin ikinci övladı, şəhər 2 saylı məktəb-liseyin məzunu Aysel Əhmədli 621 bal toplayaraq, ADA Universitetinin Hüquqşünaslıq fakültəsinin tələbəsi oldu. Ayselin böyük qardaşı Kənan Atatürk Universitetinin İqtisadiyyat fakültəsinin III kurs tələbəsidir. Kiçik qardaşı isə hələ məktəblidir.
Redaksiyada olarkən Aysel bildirdi ki, bu uğuruna görə həm valideynlərinə, həm də müəllimlərinə çox minnətdardır. Tələbə qız elmin çətin yollarında onun əlindən tutub aparan müəllimlərinə möhkəm cansağlığı arzuladı. O dedi:
– Biz gənclər çəkilən zəhmətin əvəzini yalnız ölkəmizin layiqli vətəndaşı olmağımızla qaytara bilərik. Bundan ötrü var qüvvəmlə çalışacağam.
Aysel onu da bildirdi ki, ali məktəbə qəbul barədə xəbəri anbaan gözləyirdi, ancaq yenə də rəfiqəsi Dilarə Ağazadə ondan irəli düşdü və hər ikisinin tələbə adını qazandığını ona Dilarə söylədi. Rəfiqəsi də yüksək balla Azərbaycan Tibb Universitetinə daxil oldu. Daha ətraflı »


II Qarabağ müharibəsinin başlanmasından üç ilə yaxın vaxt ötür. Üç ildir ki, xalqımız başıuca yaşayır. Zaman keçdikcə, əldə etdiyimiz Qələbənin sevinci daha da artır. İşğaldan azad edilən torpaqlar abadlaşdıqca, bu yerlərə qan tökən oğulların qəhrəmanlığı əbədiləşir.
6 nömrəli tam orta məktəbin məzunu Aysun Vəliyeva 605,3 balla Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinə daxil olub.
2022-2023- cü tədris ilində Sabir Paşayev adına Umudlu kənd tam orta məktəbin 11-ci sinfini 8 nəfər şagird bitirmişdir. Hər biri ali məktəbə sənəd vermiş, onlardan 6 nəfəri ali məktəblərə daxil olaraq tələbə adını qazanmışdır. Bu da ümumilikdə məktəbi bitirən şagirdlərin 75 % i deməkdir.
Tərtər şəhər Əsəd Məmmədov adına 1 nömrəli tam orta məktəbin 11-ci sinfini 93 nəfər şagird bitirib. Onlardan 51 nəfəri ali məktəbə sənəd verib, 44 nəfəri qəbul olub.
Sovet dönəmində “Qızıl Bayraq” adlandırılan bu qəzetdə ilk məqaləm 1983-cü ildə dərc olunmuşdu. Məktəbdəki bir tədbirdən bəhs etmişdim. Açığı, ağlıma gəlməzdi ki, dərc olunsun. Amma iki gün sonra yazımı səhifədə görəndə sevincim bir dünya oldu. Bu, mənə böyük həvəs, hədsiz stimul verdi. Az sonra daha bir məqalə yazdım və… Bir də gördüm ki, həftədə 3 dəfə dərc olunan qəzetdə hər həftə azı bir məqaləm işıq üzü görür.
Mürşüd Məmmədov rayonumuzun sayılıb-seçilən ziyalılarından olub. Uzun müddət böyük tikinti təşkilatına rəhbərlik edib. Həm camaat arasında, həm də rəhbər orqanlar arasında xüsusi nüfuza malik insanlardan biri idi. Rayon iqtisadiyyatının inkişafında öz yeri olan bir ziyalıydı. Bu gün onun ailəsində böyüyən nəvəsi Nərgiz Məmmədzadə babasının ziyalılığından bəhrələnərək ona layiq olmağa çalışır. O, öz üzərində daim çalışan və tələbkar gənc müəllimdir. Onun çoxlu arzuları var. Ən əsası gələcəkdə babası kimi dürüst, xətir-hörmətli, xalqın etimadını qazanmış, vətənpərvər bir şəxsiyyət olmaq arzusundadır.
Payızın gəlişi ilə infeksion xəstəliklərin də “mövsümi” başlayır. Tibb mütəxəssislərinin fikrincə, adətən fəsil keçidləri zamanı insan orqanizmində müəyyən dəyişikliklər yaşanır. Xüsusilə yaz-payız aylarında xroniki xəstəliklərin özünü qabarıq büruzə verməsi faktdır. İmmuniteti zəif olan insanlarda bu dəyişiklik özünü daha qabarıq göstərir. Bu sırada soyuqdəymə, qrip, mədə-bağırsaq, ürək-damar sistemi və allergik xəstəliklərin, vitamin çatışmazlığının doğurduğu patoloji halları qeyd etmək olar. Mütəxəssislərin sözlərinə görə, payız mövsümündə orqanizmdə xəstəliklərin yaranmasına səbəb olan bir neçə faktor var: havanın temperaturu, atmosfer təzyiqi, küləyin gücü və sürəti, elektromaqnit sahəsi və sair.
Yeni ismarıclar