YAP Tərtər rayon təşkilatında Xocalı soyqırımının 32- ci ildönümündə “Xocalıya ədalət!” adlı tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları tərəfindən Xocalı soyqırımının qurbanları və Azərbaycanımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev Xocalı soyqırımında ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi vəhşilikdən danışıb. Qeyd edilib ki, erməni terrorçularının xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırım siyasəti nəticəsində törətdikləri qanlı cinayətlər, qətliamlar arasında Xocalı faciəsi xüsusi amansızlığına görıə seçilir.
Digər çıxış edənlər Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri, erməni millət-çilərinin xalqımıza qarşı iki yüz il ərzində apardığı etnik düşmənçiliyin növbəti mərhələsi olduğunu diqqətə çatdırıblar. Çıxışlarda vurğulanıb ki, soyqırımı qurbanlarının xatirəsi xalqımız tərəfindən daim əziz tutulacaqdır.