Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,155
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 01Sen

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtər şəhərində Birinci Qarabağ müharibəsinin II dərəcə əlili İsmayılov İsmayıl Əmirxan oğlunun yas mərasimində iştirak edib, mərhumun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

    Məlumat üçün bildiririk ki, Birinci Qarabağ müharibəsinin II dərəcə əlili İsmayılov İsmayıl Əmirxan oğlu 1971-ci ildə Tərtər şəhərində anadan olub. O, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün qarşısının alınmasında fəal iştirak edib, polis əməkdaşı kimi Ağdərə istiqamətində gedən ağır döyüşlərdə şücaət göstərib. Döyüşlər zamanı aldığı xəsarətlərə görə ona II dərəcə əlillik təyin olunub və dövlət tərəfindən mənzillə təmin edilib.

    Mərhumun yaxınları şəhid ailələrinə, müharibə əlillərinə və veteranlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

     

    Müəllif: Redaktor, 08:44

İsmarıclar bağlıdır.