Saytın ümumi statistikası:
Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0
Arxiv
-
20Fev
Dilim, dinsən şirinlik qat sözünə,
Acı sözü ox sanarlar, ya da daş.
Hədəfə at, atar olsan “söz daşı”
Toxunmasın bir yaxına, yada daş. |
Kənkan demə hər quyunu qazana,
Uyma ucuz şöhrət dolu qazana.
Ad qazanan gərək eldən qazana–
Ya “Dədə”di, ya “Ustad”dı, ya “Dadaş”. |
Təb bulaqdı, “vergi” olmaz arxasız,
Qoyma bata, misra-misra arxa sız.
Sızqa da bir qənimətdi arxa, sız,
Demirəm ki, çaytək çağla, ya da daş. |
Seyrana çıx təbiətin yazında,
Bahardan yaz, ətir saçsın yazın da,
Daş mövzusu vardı axı yazında,
Talıb, yenə hardan düşdü yada, daş?! |
Müəllif: Redaktor, 08:57