


10 may 2024-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər. Dövlətimizin başçısı görüşdə çıxış edərək bildirib: “Otuz iki ildən sonra şuşalılar doğma Şuşaya qayıtdılar. Bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən gənc nəslin nümayəndələri olub. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər. Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər. Çünki biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşmişdi. Şuşa bizim əyilməz ruhumuzun rəmzidir. Şuşa hər bir Azərbaycan vətəndaşının qəlbində elə bir böyük iz buraxıb ki, Şuşasız müharibənin uğurla başa çatması mümkün deyildi. Antiterror əməliyyatı nəticəsində biz tarixi, əzəli torpaqlarımızı işğalçılardan azad etdik. Dövlətimizin gücünü və siyasi iradəsini göstərdik. Heç kimlə hesablaşmadan, heç nəyə baxmadan, heç kimdən qorxmadan lazım olan əməliyyatı böyük peşəkarlıqla, məharətlə və fədakarlıqla keçirdik”. Daha ətraflı »



Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana səfəri çərçivəsində Mətbuata bəyanatında Azərbaycanın enerji diplomatiyasının uğurlarından geniş bəhs edən Prezident cənab İlham Əliyev çoxtərəfli əməkdaşlıq sahəsində atılan addımları və uğurlu nəticələri diqqətə çatdırdı. 
Prezident İlham Əliyevin cari ilin 8 may tarixində Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata bəyanat vermişdi. Ölkə rəhbəri bəyanatında bildirmişdir ki, Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar. Bu illər ərzində əlaqələrimiz sürətlə və uğurla inkişaf edib. Ölkələrimiz arasında fəal siyasi dialoq imkan verir ki, bütün istiqamətlər üzrə əlaqələrimiz genişlənsin, dərinləşsin və yeni nəticələr əldə edilsin. 

Ümummilli lider Heydər Əliyevin 101-ci ildönümü münasibəti ilə Tərtər şəhərində Ulu Öndərin adını daşıyan meydanda rayonun Köçərli kənd tam orta məktəbinin 9-cu sinif şagirdi Həsənli Minayə Adil qızının rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının, rayon Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələri, qazilər, veteranlar, idarə, müəssisə, təşkilatların kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
May ayının 3-də – Dünya Mətbuat Azadlığı Günündə “Yeni Tərtər” qəzetinin 90 illik yubileyi təntənəli şəkildə qeyd olunub.
tirak ediblər.





Ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların nümayəndələri Ermənistanın işğalından azad edilən Suqovuşan qəsəbəsində və Talış kəndində səfərdə olublar. Səfər Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə reallaşıb.
Mingəçevir şəhərində “YAŞAT” Fondunun, “ASAN xidmət”in, “İnnovasiyalar Mərkəzi”nin, “Bilim Bakı” mərkəzinin birgə təşkilatçılığı, Mingəçevir Şəhər İcra Hakimiyyətinin və “ASAN Könüllüləri” Təşkilatının dəstəyi ilə “Bilimdən Zəfərə” layihəsi baş tutub.
Uzun illərdən bəri ANAMA ilə Tərtərdə müxtəlif layihələr gerçəkləşdirən BAMF-ın rəhbəri rayonda çıxan “Yeni Tərtər” qəzeti ilə sıx əməkdaşlığın mina maarifləndirməsində önəmli rol oynadığını söylədi. Umud Mirzəyev ərazidə mina təhlükəsizliyinə verdiyi informasiya dəstəyinə görə redaksiya kollektivini Azərbaycan Mətbuat Şurası adından təbrik edərək, yubilyar nəşrə BAMF-ın diplomunu təqdim etdi. O, yarım əsrdən artıq bu qəzetdə çalışan baş redaktor Svetlana Bağırovanın bölgə mediasının tanınmış, cəfakeş qələm sahiblərindən olduğunu söylədi.
Yeni ismarıclar