“YENİ TƏRTƏR” QƏZETİNİN 90 İLLİK YUBİLEY TƏDBİRİ İLƏ BAĞLI QEYDLƏR



Tərtər rayonu Zaqataladan yetəri qədər uzaqda yerləşir. Lakin bu uzaqlıq “Yeni Tərtər” qəzetinin dəvətini qəbul edib, qəzetin 90 illik yubileyində iştirakımıza əngəl ola bilməzdi. O gün həm də hava bir az yağışlı idi. Olsun, dedik, may ayının yağışı təbiətə bir az da təravət verir, gözəl Azərbaycanımızın gözəlliklərini bir daha seyr etmək imkanı qazanmış olarıq, deyərək yola çıxdıq. Nə yaxşı da etdik, bu səfər zamanı nəinki yol boyu seyr etdiyimiz gözəlliklərdən zövq aldıq, ən əsası rayon qəzetlərinin belə ağrılı vaxtında, qayğıdan uzaq düşdüyü, yaşamaq üçün son gücü və imkanları ilə mübarizə apardığı, işini tam dayandırmaq məcburiyyətini yaşadığı bir vaxtda Tərtərdə başqa bir mənzərə ilə qarşılaşdıq və bundan böyük zövq aldıq. Sən demə, Tərtərdə “Yeni Tərtər” qəzeti elə bir qayğı ilə əhatə olunub ki, buna ancaq həsəd aparmaq olar.
“Yeni Tərtər” rayon icra hakimiyyətinin təsisçiliyindən çıxıb, Media İnkişaf Agentliyindən reyestrdən keçərək müstəqil qəzet kimi fəaliyyət göstərir. Lakin burada İcra Hakimiyyəti ilə o qədər gözəl münasibətlər qurulub ki, bunu sözlə ifadə etmək çox çətindir. Hər ikisinin məqsədi, məramı birdir – Tərtərin dirçəlməsinə, çiçəklənməsinə xidmət etmək, tərtərlilərin həyatını günü-gündən yaxşılaşdırmaq. Müharibə Tərtərə o qədər ziyan vurmuşdu ki, bu dağıntının aradan qaldırılması, erməni vəhşiliyinin izlərini həm görüntü olaraq, həm də mənən təmizləmək üçün Tərtərdə bütün qurumların vahid işbirliyi təmin edilmişdi. Bu birlikdə mətbuat işçiləri ilə əlaqə, onların işləməsi üçün şəraitin yaradılması da əsas fəaliyyət istiqamətlərindən biri kimi götürülmüşdü. “Yeni Tərtər” qəzeti mütəmadi olaraq ayda 3 dəfə çıxır, qəzetin saytı demək olar ki, hər gün yenilənir. Bütün bunları görmək tədbirdə iştirak edən rayon qəzetlərinin redaktorları üçün həqiqətən çox xoş idi. Daha ətraflı »


Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə rayonumuzda keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin baş-çısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının, rayon Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələri, qazilər, veteranlar, idarə, müəssisə, təşkilatların kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə rayon icra hakimiyyətinin akt zalında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konfrans keçirilib.
Görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyev Vətəninə və xalqına ruhən bağlı bir şəxsiyyət olub, bütün fəaliyyəti dövründə Azərbaycanın mədəniyyətinə, ədəbiyyatına, tarixinə böyük dəyər vermişdir. Dahi rəhbər Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin ideoloji bazasının əsas sütunlarından birini məhz tarixi abidələrimiz təşkil edir desək, yanılmarıq. Heydər Əliyevə görə müasir dövrdə Azərbaycanın hərtərəfli inkişafı fonunda tarixi abidələrin qorunması qarşıda duran mühüm vəzifələrdən olmuşdur. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə maddi-mədəni irsimizin qorunması, tədqiqi və təbliği işi yüksək inkişaf səviyyəsinə çatmışdır. Ümummilli lider Heydər Əliyev mədəni irsin qorunub saxlanmasına, bərpasına, təbliğinə böyük önəm verirdi. Müdrik dövlət başçısı milli şüurun formalaşmasında, milli-mənəvi dəyərlərin aşılanmasında, vətənpərvər nəsillərin yetişdirilməsində tarixi keçmişin, maddi-mədəniyyət abidələrinin tərbiyəvi rolunu yüksək qiymətləndirmiş və vacib amil hesab etmişdir.
Mayın 10-da, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü günündə, Şuşaya qayıdan ilk şuşalılara evlərinin açarları təqdim olundu.
Tərtər Rayon İcra Hakimiyyətinin və Qarabağ Regional Mədəniy-yət İdarəsinin birgə təşkilatçılığı ilə təşkil olunan konsertdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, idarə, müəssisə, təşkilatların kollektivləri, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə rayon Mərkəzi xəstəxanasına yeni gətirilmiş laparoskopik xolesistektomiya cərrahiyyə aparatı ilə aparılan ilk əməliyyatı izləyib.
Azərbaycan çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan ölkədir. Burada əsrlər boyu ruslar, ukraynalılar, beloruslar, yəhudilər və digər millətlərin nümayəndələri azərbaycanlılarla birlikdə qardaşlıq mühitində yaşayırlar. Bunun bariz nümunəsi bizim Mozqovoylar ailəsidir.
Bu günlərdə Tərtər Rayon Polis Şöbəsinin rəisi polis pol-kovniki Elçin Qasımovun imzası ilə ünvanımıza daxil olan məktubda Azadqaraqoyunlu kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək!” mövzusunda növbəti tədbirin keçiriləcəyi barədə məlumat verilirdi. Deyilən tarixdə və saatda rayon polis şöbəsinin İTB-nın Yetkinlik yaşına çatmayanlar üzrə profilaktik işin təşkili qrupunun inspektoru Sirac Əlizadə redaksiyamızda oldu. Rayon Mərkəzi Xəstəxa-nasının psixoloqu Hətəm Nuruzadəni də götürüb, Azadqaraqoyunluya yola düşdük.
Tərtər Rayon İcra Hakimiyyətinin və Tərtər Rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə YAP Tərtər Rayon Təşkilatının inzibati binasında 15 may – “Beynəlxalq Ailə Günü” münasibəti ilə “Milli–mənəvi dəyərlərin, ailə dəyərlərinin qorunub saxlanılaraq gənc nəslə aşılanması” mövzusunda maarifləndirici tədbir keçirilib.
Yeni ismarıclar