Uşaqların ruhi və fiziki sağlamlığını qoruyaq!




Bu günlərdə şəhər 5 saylı tam orta məktəbdə Tərtər Rayon Polis Şöbəsinin, Təhsil Sektorunun təşkilatçılığı, polis əməkdaşlarının, rayon mərkəzi xəstəxanasının pisxoloqunun, məktəbin şagird və müəllim kolektivinin, valideynlərin iştirakı ilə narkomaniya və erkən nikahla mübarizə mövzusuna həsr olunmuş tədbir hər kəsin fəallığı şəraitində keçdi. Xüsusən də valideynlərin çoxluğu məktəbdə həmin mövzular ətrafında ciddi düşünməyin aktuallığından xəbər verirdi.
Həm məruzədə, həm də çıxışlarda qeyd olundu ki, nakomanlıq insanı ruhi cəhətlə yanaşı, fiziki cəhətdən də şikəst edir. Əlbəttə, heç kim bilə-bilə ömrünü qısaltmaq istəməz. Halbuki erkən yaşlarından narkotik aludəçisi olan şəxslərin ömrü 35-40 yaş arası təşkil edir.
Bəs, uşaqlar, yeniyetmələr bu yola niyə qədəm qoyurlar? Polis şöbəsinin rəisi, polis polkovniki Elçin Qasımov, Təhsil Sektorunun müdiri Oqtay Sarıkişiyev, psixoloq Hətəm Nuruzadə narkotikdən qorunmağın ən optimal yolları barədə şagirdləri maarifləndirməklə yanaşı, həm də valideynlərə mesaj verdilər. Araşdırmalar göstərir ki, narkotik maddələrdən istifadə edən gənclərin valideynləri əksər hallarda övladlarına lazımi qədər diqqət, qayğı, sevgi göstərməyən ana-atalardır. Ata-ananın övladına düzgün nümunə olmaması da belə problemlərin yaranmasına səbəb olur. Elə erkən nikahın törətdiyi fəasadların başlanğıcında övladının “xoşbəxtliyini” istəyən valideynlər dayanmırmı? Daha ətraflı »





1982-ci il yanvar ayının 1-də Tərtər şəhərində anadan olub. 1997-ci ildə 1 saylı tam orta məktəbin 9-cu sinfini bitirdikdən sonra Tərtər şəhərindəki Texniki peşə məktəbinə daxil olub. 2000-ci ildə həmin peşə məktəbini geniş profilli traktorçu-maşınçı, təmirçi-çilingər və avtomobil sürü-cüsü ixtisası üzrə bitirib. Yenidən 2003-cü ildə 96 nömrəli texniki peşə məktəbinin rabitə və elektrik montyoru, 2006-cı ildə “meyvə-tərəvəz” ustası ixtisasları üzrə bitirib.
Akif Lalayev I Qarabağ müharibəsi qazisi, şəhid atasıdır. Respublika Günü münasibətilə onunla görüşüb söhbət etdik. Şəhid atası dedi:
Tərtər Rayon İcra Hakimiyyətində rayon icra hakimiyyətinin və FHN-nin Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin birgə təşkilatçılığı ilə meşə, yaşıllıq və əkin sahələrində baş verə biləcək yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması, bu sahədə birgə əməkdaşlığın genişləndirilməsi mövzusunda tədbir keçirilib.


Üçüncü aydır ki, Laçın şəhərində, doğma evimizdə yaşayırıq. Erməni cəlladları malımızı, əşyalarımızı talan edib aparmışlar, ancaq evimiz, pis vəziyyətdə olsa da, dururdu.
Ölkəmiz mötəbər beynəlxalq məclisə – COP29-un keçirilməsinə hazırlaşır. Dünyanın müxtəlif yerlərindən bu tədbirdə iştirak edəcək insanlar iqlim dəyişikliyi ilə əlaqədar planetimizi gözləyən problemləri müzakirə edəcək, çıxış yolları müəyyənləşdirəcəklər.
Yeni ismarıclar