31 – dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə Tərtər rayon İcra Hakimiyyətinin və “Səma və Eko” sosial-iqtisadi inkişafa Yardım İctimai Birliyinin təşkilatçılığı ilə Tərtər İstirahət Mərkəzində Vətən müharibəsi şəhidlərinin və əlillərinin övladları üçün bayram şənliyi keçirilib.
Tədbirdə öncə Azərbaycanın Dövlət Himni səsləndirilib, sonra Ümummilli Liderin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Yeni il şənliyində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, Sosial Xidmətlər Agentliyinin Qarabağ Regional Filialının direktoru Elnur Həsənov, “Səma və Eko” sosial-iqtisadi inkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova, Vətən müharibəsi şəhidlərinin və əlillərinin övladları iştirak ediblər. Daha ətraflı »
-
11YanTərtər RİH-də Vətən müharibəsi şəhidlərinin və əlillərinin övladları üçün Yeni il şənliyi keçirilib üçün şərhlər bağlıdır
-
11YanMədəniyyət Şuşa: milyonların bir döyünən ürəyi üçün şərhlər bağlıdır
Medianın İnkişafı Agentliyi tərəfindən Yeni ilqabağı regionlarda fəaliyyət göstərən jurnalistlərin Şuşaya təşkil olunan səfəri bizlər üçün ən böyük hədiyyə oldu. Səfərdə Azərbaycanımızın hər tərəfindən – şimal, cənub, qərb bölgələrindən 100-ə yaxın media nümayəndəsi iştirak edirdi. Biz əvvəllər də müxtəlif tədbirlərdə – Bakıda, Gəncədə, digər şəhərlərdə bir yedə olmuşduq. Ancaq heç vaxt Şuşadakı kimi bir-birimizə bu qədər yaxın, doğma deyildik, ürəklərimiz bir ahənglə vururdu, fikirlərimiz, hisslərimiz eyni idi. Bu, gözəl Şuşamızın ovsunundan irəli gəlirdi.
Bu sətirləri yazarkən tez-tez televiziyadan, mətbuatdan eşitdiyim bir fikir yadıma düşdü. Deyirlər ki, müxtəlif ən güclü dövlətlərin hərbi məktəblərində Azərbaycan Ordusunun Şuşa əməliyyatı öyrənilir. Bu, mümkündür. Onlar əməliyyatın keçirilməsinin müxtəlif detallarını, taktikasını bizdən götürə bilərlər. Ancaq mənimsəyə bilməyəcəkləri bir şey olacaq ki, o da Şuşamızın bizi birləşdirmək sehridir, vətənin bütövlüyü uğrunda öz canından belə tərəddüdsüz keçmək istəyidir. O sıldırım qayalara baxanda hər birimiz bir daha buna əmin olduq ki, sonsuz vətən məhəbbəti, yenilməz birlik mümkünsüzü mümkün etməyə qadirdir. Və nə qədər böyük Vətən məhəbbəti, necə güclü birlik lazımdır ki, insan inanılmaz möcüzə göstərsin. Müzəffər Ali Baş Komandanın əmrini alan o oğullar bunu bacardılar.Yuxarıda Allah, aşağıda Şuşanın timsalında vətən eşqi onlara bu işdə kömək oldu.
İşğaldan azad edilmiş torpaqlara ayaq basdığımız ilk dəqiqələrdən bu yerləri bizə yenidən qaytaran igidlərə sonsuz təşəkkür hissi qəlbimizi bürüdü. İlk dualarımız da elə onlar üçün idi – “dəmir yumruq” ətrafında xalqımızı birləşdirən Ali Baş Komandana, cənnətdən boylanan şəhid ruhlarına, qazilərimizə və hər bir Azərbaycan əsgərinə, zabitinə.
Yəqin ki, Şuşa azad ediləndən sonra televiziya ekranlarında gördüyümüz Gövhər ağa məscidinin ürəkağrıdan görkəmi heç birimizin yadından çıxmayıb. Vəhşi ermənilər müqəddəs məkanda hansı oyunlardan çıxmamışdılar? İndi isə… Gördüyümüz mənzərə o qədər möhtəşəm idi ki! Bu yerdə məscidi tikdirən Gövhər ağa haqqında eşitdiyim bir söhbət yadıma düşdü. Deyilənə görə, o, iki dəfə ailə qurmuş, lakin övladı olmamışdı. Özünün maddi dəstəyi ilə məscid tikdirən Gövhər ağa şuşalılara bu müqəddəs məkanın onun övladı olduğunu söyləmiş və qorumağı tapşırmışdı. Daha ətraflı » -
06YanDigər Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi üçün şərhlər bağlıdır
Prezident İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində 2023-cü ilin ölkəmizin həyatında bir çox önəmli hadisələrin baş verdiyini, dövlət suverenliyimizin bərpasının Azərbaycan xalqının yaddaşında əbədi qalacağını bildirib.
Bildirib ki, ötən il birgünlük antiterror tədbirləri nəticəsində Azərbaycanın öz dövlət suverenliyini tam bərpa etməsi, işğalçı qüvvələrin beynəlxalq hüquqla tanınan ərazilərimizdən çıxarılması, separatizmə son qoyulması və düşmən ordusunun məhv edilməsi fonunda yekun qələbənin təmin edilməsi müasir dünya təcrübəsində nadir rast gəlinən nümunədir. Daha ətraflı »
-
29DekTərtər RİH-də 31 dekabr–Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni iliniz mübarək! üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il Bayramı münasibəti ilə tərtərlilərə
T Ə B R İ K İƏziz tərtərlilər!
Sizi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Yeni təqvim ilinin başlanması və Böyük Zəfər–respublikamızın ərazi bütövlüyünün tam bərpası münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.
2023-cü il Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə “Heydər Əliyev İli” elan olundu. Bu münasibətlə respublika Prezidenti 28 noyabr 2022-ci il tarixində “ Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili“ elan edilməsi ilə bağlı Tədbirlər Planı“ təsdiq edilməsi haqqında” daha bir sərəncam imzaladı.
Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş onlarla tədbirlər –elmi konfranslar, “dəyirmi masa”lar, yazı müsabiqələri, əl işlərindən, rəsmlərdən, fotolardan, kitablardan ibarət sərgilər keçirildi, rayonumuzdakı Heydər Əliyev Mərkəzini minlərlə tərtərli və rayonumuzun qonaqları ziyarət etdi.
Rayonda keçirilən yubiley tədbirlərində tərtərlilərlə yanaşı respublikamızın hər yerindən olan qonaqlar iştirak etdilər. O cümlədən Ulu Öndərin məzunu olduğu Bakı Dövlət Universitetinin professor-müəllim heyətinin rayonumuza gəlişi, keçirdikləri tədbirlər, söylədikləri mühazirələr yaddaşımızda dərin iz qoydu.
“Heydər Əliyev İli”ndə sentyabrın 19-da keçirilən lokal xarakterli antiterror əməliyyatlarından sonra Möhtərəm Ali Baş Komandan,məğlubedilməz sərkərdə cənab İlham Əliyev işğaldan azad edilmiş Xankəndi,Xocalı ,Xocavənd və digər ərazilərdə öz əli ilə Azərbaycan Bayrağını dalğalandırdı.Azərbaycan xalqına verdiyi bütün vədlərə və ata vəsiyyətinə əməl etdi.Məhz “Heydər Əliyev İli”ndə Müstəqil Azərbaycanımız öz suverenliyinə, tam ərazi bütövlüyünə qovuşdu. Daha ətraflı » -
29DekDigər “Heydər Əliyev ili – 2023” tarixə qovuşur üçün şərhlər bağlıdır
“Heydər Əliyev ili” çərçivəsində keçirilmiş yaradıcılıq festivallarının, müxtəlif nominasiyalar üzrə müsabiqələrin qalibləri mükafatlandırılıb
Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində keçirilmiş yaradıcılıq festivallarının, müxtəlif nominasiyalar üzrə müsabiqələrin qaliblərinin mükafatlandırılması münasibəti ilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq Mərkəzi meydanda abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Tədbir rayon icra hakimiyyətinin inzibati binasında davam etdirilib.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, sonra Ümummilli Liderin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açıb. Rayon rəhbəri öz çıxışında bildirib ki, 2023-cü il Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə “Heydər Əliyev ili” elan olundu və ölkə rəhbərinin 28 noyabr 2022-ci il tarixli sərəncamı ilə “Heydər Əliyev ili” ilə bağlı tədbirlər planı, həmin tədbirlər planı əsasında isə rayon icra hakimiyyəti tərəfindən keçiriləcək tədbirlərin təqvim planı təsdiq edildi. Həmin təqvim planına əsasən bu günədək rayonumuzda Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş onlarla tədbirlər – elmi konfranslar, “dəyirmi masa”lar, yazı müsabiqələri, əl işlərindən, rəsmlərdən, fotolardan, kitablardan ibarət sərgilər keçirildi, rayonumuzda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzini minlərlə tərtərli və rayonumuzun qonaqları ziyarət etdi. Daha ətraflı » -
29DekDigər Ağbirçək sözü üçün şərhlər bağlıdır
Biz ailəlikcə sevimli Prezidentimizə səs verəcəyik
2023-cü il ölkəmiz üçün çox düşərli oldu. 2020-də qazandığımız Böyük Zəfərimiz “Heydər Əliyev” ilində daha da böyük qələbə ilə nəticələndi–sentyabrın 19-20-də keçirilən antiterror əməliyyatları nəticəsində torpaqlarımızın işğalına tamamilə son qoyuldu, suverenliyimiz bərpa edildi. Bu döyüşlərdə mənim yaxınlarımdan 4 gənc iştirak edib. Onlardan biri – qardaşımın nəvəsi Fuad Məhərrəmli şəhidlik zirvəsinə ucaldı, qalanları isə düşmənlə mübarizədə qəh-rəmanlıq nümunələri göstərərək qazi kimi ailələrinə döndülər. Dövlətimiz, Prezidentimiz tərəfindən onların igidliyi yüksək qiymətləndirilib, müxtəlif medallara və digər mükafatlara layiq görülüblər.
2023 bizim üçün həm də ona görə qiymətlidir ki, dünya siya-sətçilərinin birincisi Heydər Əliyev ilidir. Mən özümü xoş-bəxt sanıram ki, Ulu Öndərin rəhbərlik etdiyi ölkədə oxuyub işləmişəm. O dahi insan gənclərin oxuması üçün çox gözəl şərait yatarmışdı. Mən özüm gündüz işləyərək, texnikumun axşam şöbəsində oxumuşam. Sonra Gəncə Dövlət Universi-tetini bitirmişəm. 40 il Tərtər şəhər 1 saylı tam orta məktəbində müəllim işləmişəm. Dərs dediyim müddətdə çalışmışam ki, uşaqlara bilik verməklə yanaşı, onların vətənpərvər ruhda böyümələrinə kömək edim. Daha ətraflı » -
29DekDigər MAARİFLƏNDİRİCİ TƏDBİR üçün şərhlər bağlıdır
Tərtər şəhər Əsəd Məmmədov adına 1 saylı tam orta məktəbində keçirilən tədbirdə Tərtər rayon İcra Hakimiyyəti Başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Tərtər rayon Polis şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun inspektoru, polis leytenantı Sirac Əlizadə, Vətən müharibəsi qazisi Təhmuraz Muradov, Tərtər Təhsil Sektorunun metodisti, psixoloq Gülxar Abbasova, Tərtər rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis leytenantı Sənan Kazımov, Tərtər Rayon Mərkəzi Xəstəxanasının psixoloqu Təranə Əmiraslanlı, Tərtər şəhər 1 saylı tam orta məktəbinin direktoru Amil Hüseynov və şagirdlər iştirak ediblər.
Vətən müharibəsi qazisi gənclər arasında vətənpərvərliyin mahiyyəti, vətənə məhəbbət mövzusunda şagirdlərlə öz dü-şüncələrini bölüşmüşdür. Daha ətraflı » -
29DekDigər “Heydər Əliyev ili – 2023” tarixə qovuşur üçün şərhlər bağlıdır
Allah birliyimizi qorusun
Möhtəşəm bir ili –2023-ü, “Heydər Əliyev ili”ni yola salırıq. Xalqımız çox qürürlu, çox sevinclidir. Hər evdə, hər ailədə bayram əhval-ruhiyyəsi var. Bu il yeni təqvim ilinin gəlişi Azərbaycanın bütün ərazilərində, işğaldan azad olunmuş şəhərlərdə, kəndlərdə qeyd olunacaq. Artıq Prezident İlham Əliyevin qayğısı və həyata keçirdiyi tədbirlər nəticəsində bu yerlərə Böyük Qayıdış başlayıb. Keçmiş məcburi köçkünlərin bir hissəsi öz doğma torpaqlarına ayaq basıb, uzun illərin həsrətinə son qoyublar. Kəndlər, obalar erməni vandalizminin vurduğu yaralardan xilas olaraq, yenidən tikilir, qurulur.
Bu evlərdə yaşayan insanlar sanki yenidən həyata doğulublar. Hər kəsin dilindən dualar, alqışlar eşidilir: “Allah şəhidlərimizə rəhmət eləsin! Allah Prezidentimizi qorusun, Allah ona cansağlığı versin”. Ata vəsiyyətinə şərəflə əməl edən dövlətimizin başçısı 30 ildən artıq bir zamanda milyonların ürəyində yalnız arzu, istək kimi yaşayan fikirləri reallaşdırdı, həqiqətə çevirdi və bununla da xalqımızın əbədi sevgisini qazandı.
Məhz Ulu Öndərin ötən əsrin 90-cı illərinin əvvəlində başladığı ordu quruculuğu siyasəti 2020-ci ildə möhtəşəm nəticələri ilə bütün dünyanı, nəhəng ölkələri heyran qoydu. Bu siyasət nəticəsində Ordumuz həm güclü, müasir texnika ilə təchiz olundu, həm də vətənpərvər, doğma torpağa, xalqa bağlı gənclər yetişdi. Bu gənclər üçün öndə Vətən, torpaq sevgisi oldu, onlar bu yolda qəhrəmancasına döyüşdülər, düşməni ildırım sürəti ilə məhv etdilər, şəhid oldular, yaralandılar. Xalqımız bütöv Azərbaycan uğrunda şəhidlik zirvəsinə ucalan övladlarını unutmur və heç zaman unutmayacaq. Şəhid ailələri, qazilər Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, bütün xalqın qayğı və məhəbbəti ilə əhatə olunublar. Daha ətraflı » -
29DekDigər “Qayıdacağımıza inanırdıq, çünki Prezidentimizə inanırıq” üçün şərhlər bağlıdır
Yeniilqabağı günlərdə Tərtərdən Laçının Zabux kəndinə daha bir köç yola düşdü. Düyərli kəndində məskunlaşan İlhamə Qədirova ilə elə əşyalarını maşına yükləyərkən görüşdük. Çox sevincliydi. Köməyə gələn qonşuların da əhval-ruhiyyəsi yüksək idi. Axı, söhbət Vətənə qayıdışdan gedir. Bundan gözəl nə ola bilər?
İlhamə Quliyeva özü bu barədə belə dedi:
–Zabuxdan çıxanda 18 yaşım vardı. Atam, anam, 6 uşaq böyüyüb boya-başa çatdığımız kəndi göz yaşları içində tərk etdik. Ayrılığın nə qədər çəkəcəyini heç kim bilmirdi. Buna baxmayaraq, hər birimizin ürəyində bir ümid qığılcımları közərirdi. Bu ümidi yaşadan Ümummilli Lider Heydər Əliyevin “Biz o yerlərə qayıdacağıq” söz-ləri və sevimli Prezidentimiz İlham Əliyevə olan inam idi.
İlhamə xanım daha sonra bildirdi ki, məcburi didərginlik dövründə onların ailə üzvləri Azərbaycanın müxtəlif şəhər və rayonlarında məskunlaşmışdılar. Çox çətin şəraitdə yaşayırdılar. Bu günü görmək isə atasına nəsib olmadı. O, dünyasını dəyişdi. Tərtər qəbiristanlığında dəfn olunub. İndi onun da ruhu şaddır. Çünki balaları, nəvələri cənnəti xatırladan Laçına dönürlər. Daha ətraflı » -
29DekDigər Doğma ocaqda bayram sevinci üçün şərhlər bağlıdır
Balaca Zəhra Böyük Qayıdışdan sonra Talış kəndində dünyaya gələn ilk uşaqdır. Atası Anar Camalov bu barədə belə deyir:
–Uzun illər ailəmiz məcburi köçkün həyatı yaşayıb. İndi şükürlər olsun ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət və Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində doğma torpaqlarımıza qayıtmışıq. Burada üçotaqlı rahat mənzillə təmin olunmuşuq. Novruz bayramı günlərində dövlət başçısı özü kəndimizin qonağı olub, bizə xeyir-dua verdi.
Talış kəndində ailələrin rahat yaşaması üçün lazımi infrastruktur yaradılıb. Camalovlar ailəsinin daha 2 övladı – Yusif və Tuncay, biri məktəblidir, biri isə kənddəki uşaq bağçasına gedir.
Qarşıdan gələn Yeni ili ailə yüksək əhval-ruhiyyə ilə qarşılayır. Artıq yeni mənzildə şam ağacı da bəzədilib.
ANAMA-nın əməkdaşı olan ata deyir ki, işimiz çətin və məsuliyyətli olsa da, böyük həvəslə işləyirik. Axı, torpaqlarımız düşmənin hər addımda basdırdığı minalardan nə qədər tez təmizlənsə, bizim kimi digər məcburi köçkünlər də öz doğma ocaqlarına qovuşa biləcəklər. Yeni ildə hər bir ailəyə sülh, əmin-amanlıq, cansağlığı və ruzi-bərəkət arzulayırıq.“YENİ TƏRTƏR”
Yeni ismarıclar