1972-ci il avqust ayının 4-də Tərtər rayonunun Sarov kəndində anadan olub. Həmin kənddə orta məktəbi bitirib. 1990-cı ilin noyabr ayından 1992-ci ilin əvvəlinədək keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. SSRİ-nin dağılması ilə əlaqədar olaraq Sovet Ordusu sıralarından qayıtdıqdan sonra erməni işğalçılarına qarşı mübarizə aparmaq üçün Milli Orduya daxil olub. 703 saylı hərbi hissədə Tərtər batalyonunun tərkibində Ağdərə bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak edib. 1992-ci il noyabr ayının 17-də Ağdərə bölgəsinin Vəng kəndi ərazisində gedən döyüşlərdə şəhid olub. Həmin gün onun cəsədini döyüş yerindən götürmək mümkün olmamışdı. Digər 13 nəfərlə birlikdə 2 ay sonra, 17-18 yanvar 1993-cü il tarixdə bu ərazi düşməndən azad edildikdən sonra onun cəsədi oradan götürülüb doğma kəndə gətirilib orada torpağa tapşırıldı. Sarov kənd qəbiristanlığında dəfn edilib.
Subay idi. Valideynləri Tərtər rayonunun Sarov kəndində yaşayıblar.