Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,522
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19Noy

       Bu gün müasir Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılan, Azərbaycan dövlətçiliyinin həyatında önəmli rol oynayan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 32 ili tamam olur. 32-ci ildönümünü qeyd etdiyimiz Yeni Azərbaycan Partiyası xalqımızın ən ağır və faciəli günlərində, Azərbaycanın ölümlə üz-üzə dayandığı, respublikamızın dünya xəritəsindən silinməsi təhlükəsinin mövcud olduğu bir zamanda yaranmış və vətənimiz Azərbaycanın gələcək taleyini müəyyən etmişdir. YAP yarandığı ilk gündən Azərbaycan xalqının rifahının yaxşılaşdırılması, dövlətçiliyin qorunub saxlanılması, müdafiə qüdrətinin yüksəldilməsi, ölkə iqtisadiyyatının durğunluqdan sürətli inkişaf yoluna çıxarılması üçün gərgin fəaliyyət göstərmişdir. İndi partiyanın və müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, partiyamızın Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz beynəlxalq aləmdə nüfuzunu daha da möhkəmləndirərək, Azərbaycan dövlətinin sürətli inkişafı, xalqımızın güzəranının durmadan yaxşılaşdırılması məqsədi ilə sıralarında olan 730 mindən artıq partiya üzvlərini səfərbər edərək, özünün ümumxalq partiyası statusunu qoruyub saxlamaqdadır.

    Prezidentimiz İlham Əliyevin sədrliyi ilə uğurla fəaliyyət göstərən YAP nəinki Azərbaycanın, eləcə də bölgənin ən güclü siyasi partiyasına çevrilib. Bu partiya Azərbaycanın ictimai-siyasi həyatında hər zaman alternativsiz siyasi təşkilat kimi nüfuzunu gündən-günə artırır, daha da güclənir, yeni-yeni nailiyyətlər əldə edir. Fəxrlə demək olar ki, ölkəmizin ictimai-siyasi, sosial va mədəni hayatında əldə olunan hər bir uğur, məhz Yeni Azərbaycan Partiyasının iqtidar partiyası olaraq dünyada və regionda baş verən hadisələri real qiymətləndirərək, realist siyasət həyata keçirməsi nəticəsində əldə olunmuşdur.

    Partiyamızın yarandığı 32 il zaman baxımından o qədər böyük müddət sayılmır. Lakin bu illər ana vətənimiz Azərbaycanımız üçün XX əsrin mürəkkəb, ən faciəli, eyni zamanda ən dinamik dövrü olmuşdur. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qaydışı ilə hakim partiyaya çevrilən YAP-ın işləyib hazırladığı və həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin təntənəsi nəticəsində sosial-iqtisadi və hərbi qüdrətini möhkəmləndirən Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində işğaldakı torpaqlarımızı azad edərək nigarançılağa son qoymuşdur. Ümummilli liderimiz Heydər Əliyevin siyasi strategiyasından güc alan Prezidentimiz İlham Əliyev tərəfindən irəli sürülmüş sürətli və kompleks inkişaf proqramı müvəffəqiyyətlə həyata keçirilir. Xalqın Ümummilli lider Heydər Əliyevə olan inamı isə tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi. Yeni Azərbaycan Partiyası ötən 32 il ərzində böyük siyasi nüfuz, ictimai dayaq qazanmışdır. YAP saf amallar üzərində qurulmuş və milli mənafelərə xidmət edən partiya kimi öz tarixi missiyasını uğurla yerinə yetirir.

    Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin gərgin zəhməti və müdrik siyasəti nəticəsində Azərbaycanda müşahidə edilən müsbət dəyişikliklərdə, qazanılmış diplomatik uğurlarda, ǝsl vətəndaş cəmiyyətinin formalaşmasında YAP-ın özünəməxsus rolu vardır.

    Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu xilaskarlıq, quruculuq və milli dirçəliş kursuna sadiq olan YAP ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətçiliyinin tarixində həmişə həlledici söz sahibi olaraq yaşayacaqdır. Yeni Azərbaycan Partiyasının yaranması ilə respublikamızın ictimai-siyasi həyatında yeni tarixin əsası qoyulub. Ümummilli lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan partiya keçdiyi 32 il ərzində özünü bütün mənalarda təsdiq edərək, tarixin yeni çalarlarını özündə birləşdirməyi bacardı. Biz, Yeni Azərbaycan Partiyasının üzvləri heç vaxt unutmamalıyıq ki, Ulu Öndərimiz, partiyamızın banisi bizlərə müstəqil Azərbaycan Respublikasını, Yeni Azərbaycan Partiyasını əmanət qoyub getmişdir. Biz onların hər ikisini göz bəbəyi kimi qorumalı, ümummilli liderin ideyaları ətrafında sıx birləşməklə Möhtərəm Prezidentimizə, YAP sədrinə arxa olmalıyıq. Partiyamızın Sədri cənab İlham Əliyevin dediyi kimi, Yeni Azərbaycan Partiyasının bayrağını həmişə uca tutmalıyıq.

    Yaşasın Heydər Əliyev ideyaları!

    Yaşasın Yeni Azərbaycan Partiyası!

     

    Eldar Əsədov,

    YAP Tərtər rayon təşkilatının sədri

    Müəllif: Redaktor, 09:25

İsmarıclar bağlıdır.