Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,725
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 07Noy
    Şəhidlər Bizə yazırlar üçün şərhlər bağlıdır

    Şəhidlərimizin həyatı nümunədir

    44 günlük Vətən müharibəsində bizə Qələbə sevincini bəxş edən igidlərimizi xalqımız heç zaman unutmayacaq. Biz məktəblilər üçün də onlar nümunədir.
    Şəhidlərimizin həyatını daha yaxından öyrənmək üçün biz onların ailələrində olur, valideynlərilə görüşür, söhbət edirik. Bu yaxınlarda tarix müəllimi Kifayət Kərimova və İlahə müəllimlə birlikdə şəhid Xəyal Aslanovun evində olduq. Öyrəndik ki, bu ailə ötən əsrin 90-cı illərinin əvvəllərində Ağdərə rayonunun İmarət Qərvənd (Kərəmli) kəndindən məcburi köçkün düşmüşdü. Xəyalın ən böyük arzusu işğal altında olan bütün torpaqlarımızı, o cümlədən öz kəndlərini düşməndən azad etmək idi. O, bu yolda döyüşdü və şəhid oldu.
    İndi Xəyalın və bütün şəhidlərimizin ruhu şaddır. Çünki torpaqlarımız separatçılardan təmizlənib. Az müddət keçəcək, keçmiş məcburi köçkünlər öz yurd-yuvalarına dönəcəklər.

    Hüseyn İsayev,
    şəhər 3 saylı məkrəbin
    VII sinif şagirdi

  • 07Noy

    Digər üçün şərhlər bağlıdır

    Qızların müasir texnologiyaya marağı artırılır

    Bakıda “Women In Tech Azərbaycan” STEAM İnnovasiya Mərkəzində Tekla Festivalı keçirilib.
    Tekla beynəlxalq tədbiri İsveç İnstitutu, Kral Texnologiya İnstitutu və İsveçin Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub. Tədbirin əsas məqsədi qızların texnologiyaya cəlb edilməsi və STEAM sahəsində olan problemlərin və disbalansın müzakirəsi idi.
    Qonarlar və qız valideynləri məzmunlu müzakirələrdə iştirak ediblər, tədbirə dəvət olunan 11-15 yaşarası qızlar isə tərəfdaşlar tərəfindən təşkil olunan master klasslara qatılıblar.
    Tekla Festivalında, Tərtər Qadın Resurs Mərkəzinin dəstəyi ilə, məktəbimizin 5 qız şagirdi iştirak edib. Sonda qızlarımız sertifikatla təltif olunublar. Sertifikatlar İsveçin Azərbaycandakı səfiri Tobias Lorentzso və “Women In Tech” in Azərbaycandakı səfiri Leyla Seyidzadə tərəfindən təqdim olunub.

    Ziyafət Rüstəmova,
    Tərtər şəhər 1 saylı tam orta
    məktəbin direktor müavini

  • 06Noy
    Digər “Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir” üçün şərhlər bağlıdır

    Noyabrın 3-də Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü keçirilib. Yubiley Zirvə görüşü Türk dünyasında əlaqələrin daha da genişləndirilməsi və möhkəmləndirilməsi niyyətinin növbəti nümunəsidir.

    Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu zirvə toplantısı həm əvvəlki dövrdə atılan addımları dəyərləndirmək, həm də bu addımlara əsasən gələcək prioritetləri müəyyənləşdirmək baxımından əhəmiyyətlidir. Ötən 10 ilə nəzər yetirdikdə vacib işlərin həyata keçirildiyini demək mümkündür. Birincisi, Türk dünyasının dərin inteqrasiyası həyata keçirilir. İkincisi, Türk Şurası Türk Dövlətləri Təşkilatına çevrilib.

    Türk dövlətlərinin siyasi, iqtisadi və hərbi də daxil olmaqla bütün sferalarda əməkdaşlığı dərinləşdirilib. Xüsusilə Azərbaycan və Türkiyənin ən yüksək səviyyədə mövcud olan qardaşlıq münasibətlərinə digər türk dövlətlərinin də qoşulması ən vacib uğurlardan biridir. Əgər əvvəllər Mərkəzi Asiya coğrafiyasındakı türk dövlətləri bu prosesdə müəyyən qədər geridə qalırdılarsa, bu gün mənzərə tamamilə dəyişib. Həm ikitərəfli əlaqələr, həm də TDT çətiri altında əməkdaşlıq güclənib. Mərkəzi Asiyadakı türk dövlətləri öz aralarındakı problemlərin də artıq həllinə nail olurlar. Misal üçün, Özbəkistanla Qırğızıstanın sərhədin delimitasiyası məsələsində razılaşması belə nümunələrdən biridir. Problemlərin həllinin danışıqlar yolu ilə tapılmasında TDT çərçivəsindəki əməkdaşlıq böyük rol oynayıb. Bununla yanaşı, Türkiyənin Azərbaycanla hərbi müstəvidə əməkdaşlıq təcrübəsini digər türk dövlətləri ilə münasibətlərdə də tətbiq etməsi ən vacib məqamlardan biridir. Daha ətraflı »

  • 04Noy
    Tərtər RİH-də Tərtərdə 2023-cü ilin 9 ayının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətində rayon icra hakimiyyəti başçısı aparatının, inzibati ərazi dairəsi üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin, idarə, müəssissə və təkilat rəhbərlərinin iştirakı ilə yığıncaq keçirilib.

    Tədbirdə Ümummilli liderin və torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra  2023-cü ilin 9 ayında  görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək bildirib ki, 2023-cü ilin 9 ayı ərzində rayonda  ümumi məhsul buraxılışının həcmi 199 milyon 862.4 min manat olub. 2022-ci ilin müvafiq dövrünə nisbətən məhsul buraxılışının həcmi 3.0 faiz artıb.

    Hesabat dövründə kənd təsərrüfatı istehsalı 11.4 faiz artaraq 96 milyon 275.0 min manat, informasiya və rabitə xidmətlərinin həcmi 5.1 faiz artaraq 706.0 min manat  olmuşdur. Əhaliyə göstərilən ödənişli xidmətlər 11.9 faiz artaraq 23 milyon 231.5 min manat, ictimai iaşə xidmətləri 12.2 faiz artaraq 3 milyon 320.6 min manat olub. Nəqliyyat sektorunda yük daşınması 18.9 faiz artaraq 250.0 min ton, sərnişin daşınması 8.7 faiz artaraq 5 milyon 11 min nəfər təşkil etmişdir.

    Rayon əhalisinin məşğulluğunun təmin edilməsi məqsədi ilə hesabat dövründə 163 yeni iş yeri açılmışdır. Həmin yeni iş yerlərinin 40-ı yeni yaradılmış müəssisə və təşkilatlarda, 123-ü mövcud müəssisə və təşkilatlarda açılmış, yeni yaradılmış fərdi sahibkarlıq subyektlərinin sayı 525 olmuşdur. Daha ətraflı »

  • 04Noy
    Kənd Təsərufatı Tərtər rayonunda kənd təsərrüfatı məhsulunun ümumi həcmi 11.4 faiz artıb üçün şərhlər bağlıdır

    2023-cü ilin yanvar-sentyabr ayları ərzində Tərtər rayonunda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 96 milyon 275.0 min manat təşkil etmişdir. Məhsul buraxılışının 61 milyon 558.5 min manatı və ya 63.9 faizi bitkiçiliyin, 34 milyon 716.5 min manatı vəya 36.1 faizi heyvandarlığın hesabına formalaşmışdır. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 11.4 faiz artmışdır.
    Tərtər Rayon Statistika İdarəsi

     

  • 04Noy
    Kənd Təsərufatı 2023-ci ilin yanvar-sentyabr aylarında Tərtər rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı 5.8 faiz artıb   üçün şərhlər bağlıdır

    2023-cü ilin yanvar-sentyabr aylarında Tərtər rayonunda iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 204 milyon 544.4 min manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 5.8 faiz çoxdur. Məhsul və xidmətlərin 75.8 faizi istehsal sahələrinin, 24.2 faizi xidmət sahələrinin payına düşmüşdür.

    2023-ci ilin yanvar-sentyabr aylarında 20983.5 min manatlıq və ya ümumi məhsulun 10.3 faizi qədər sənaye sektorunda, 96275.0 min manatlıq (47.1%) kənd təsərrüfatı sahəsində, 37739.0 min manatlıq (18.4%) tikinti-quraşdırma işləri yerinə yetirilmiş, 47204.6 min manatlıq (23.1%) ticarət və xidmət sahəsində, 1636.3 min manatlıq (0.8%) nəqliyyat və anbar təsərrüfatı sahəsində, 706.0 min manatlı (0.3%) informasıya və rabitə sahələrində məhsul və xidmətlər istehsal olunmuşdur.

    Kənd təsərrüfatı istehsalı 11.4 faiz, tikinti-quraşdırma işləri 10.7 faiz, informasiya və rabitə xidmətləri 5.1 faiz artmışdır.

                                                                                       

                                                                       Tərtər Rayon Statistika İdarəsi

     

     

     

     

  • 04Noy
    Tərtər RİH-də Tərtərdə Zəfər Gününə həsr olunan sərgi keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin və Qarabağ Regional Təhsil İdarəsinin Tərtər Rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin şagirdlərinin  və Tərtər Peşə məktəbinin tələbələrinin  8 Noyabr – Zəfər Gününə həsr olunan rəsm və əl işlərindən ibarət sərgisi təşkil edilib.

    Sərgidə  məqsəd məktəblilərə Şanlı Azərbaycan Ordusunun 44 gündə qazandığı böyük qələbənin mahiyyətini aşılamaq, onların vətənpərvərlik ruhunda tərbiyəsi, istedadlarının üzə çıxarılması və yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsi işinə töhfə vermək  olub.

    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Təhsil Sektorunun müdiri Oqtay Sarıkşiyev, ümumtəhsil məktəblərinin şagirdləri, Tərtər Peşə Məktəbinin tələbələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Daha ətraflı »

  • 31Okt
    Digər Azərbaycan xarici investisiyalar üçün çox açıq ölkədir üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyevin cari ilin 26 oktyabr tarixində 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxış edib.

    Ölkə başçısı çıxışında bildirib ki, təxminən ilyarımdan bir qədər çox müddət ərzində Abşeron yarımadasının boş hissəsinin yaşıl enerji mənbəyinə çevrildiyini görəndə qürur duyuruq. Bu, əlamətdar nailiyyətdir. Birləşmiş Ərəb Əmirlikləri ilə tərəfdaşlığımız və dostluğumuz artım dinamika ilə inkişaf edir. Qaradağ Günəş Elektrik Stansiyası regionda ən böyük günəş elektrik stansiyasıdır və bu, sadəcə, əməkdaşlığın başlanğıcdır. Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri uğurla inkişaf etməkdə davam edəcək. Daha çox layihələr olacaq. 1 qiqavat bərpaolunan enerji istehsalına yol açacaq üç investisiya sazişinin imzalanması Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında qardaşlıq əlaqələrinin parlaq nümunəsidir.

    Azərbaycana etibar edən və Azərbaycanın yaşıl gündəliklə bağlı hədəflərə çatmasına imkan yaradacaq “Masdar” şirkəti bərpaolunan enerjiyə böyük həcmdə investisiya yatırmağı qərar verib. Birgə əməkdaşlıq təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə öz töhfəsini verəcəkdir. Mərhələlərlə 10 qiqavata qədər bərpaolunan enerji istehsal etmək üçün birgə işləməyi planlaşdırırıq və bu, regionun enerji inkişafında tam bir inqilab olacaq, çünki Azərbaycan dünyada ilk dəfə XIX əsrin ortalarında neftin istehsal olunduğu ölkədir. Dənizdəki yataqlardan ilk neft ötən əsrin ortalarında istehsal olunub. İndi bizim zəngin yanacaq ehtiyatlarımızın olduğunu nəzərə alaraq, biz yaşıl gündəliyə doğru irəliləyirik. Daha ətraflı »

  • 28Okt
    Digər “HEYDƏR ƏLİYEV İLİ”–2023 üçün şərhlər bağlıdır

    SİYASİ VARİSLİK ƏNƏNƏLƏRİNİN TƏNTƏNƏSİ

    Ümummilli lider Heydər Əliyevin bizlərə ərmağan etdiyi zəngin dövlətçilik irsi və həyat fəlsəfəsi hələ uzun müddət diqqət mərkəzində olacaqdır. Çünki Ulu Öndərin həyat və yaradıcılıq fəlsəfəsi öz xalqına həmişə sədaqətlə xidmət etmək, Azərbaycan Respublikasını müstəqil bir dövlət kimi formalaşdırmaq və onu dinamik inkişaf yoluna qoymaq olmuşdur. Məhz  Heydər Əliyevin həyat və yaradıcılıq yoluna nəzər saldıqda Ulu Öndərin fəaliyyətinin  ilk dövründən başlayaraq ömrünün sonuna kimi gördüyü işlərin bu fəlsəfəni həyata keçirmək məqsədi daşıdığının şa-hidi oluruq. Ona görə də Heydər Əliyev irsini daim  öyrənmək, qorumaq, təbliğ və tətbiq etmək bugünkü və gələcək nəsillərin qarşısında duran ən vacib və aktuallı-ğını heç vaxt  itirməyən qlobal məsələdir.
    Müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli ir-si tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir. Daha ətraflı »

  • 28Okt
    Digər Bayrağımız Xankəndidə ucalır üçün şərhlər bağlıdır

    30 il işğalda olan torpaqların həsrətilə yaşayan, bir milyondan artıq qaçqın və köçkünü olan bir xalq üçün bundan böyük sevinc ola bilməz.
    Bu sevinci isə bizə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, bizim igid oğullarımız bəxş etdilər.
    Mən özüm ötən əsrin 70- ci illərində Xankəndi Pedaqoji Universitetində təhsil almışam. Bu şəhəri çox sevirəm. İndi burada Prezident İlham Əliyev tərəfindən qaldırılan Azərbaycan bayrağının dalğalanması qəlbimi qürur hissi ilə doldurur.
    Ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün tam bərpası uğrunda şəhid olanları heç zaman unutmayacağıq. Prezidentimizə isə möhkəm cansağlığı, xalqımızın xoşbəxtliyi naminə işində uğurlar arzulayırıq.

    Məlahət Quliyeva,
    təqaüdçü müəllim, şəhərin Famil Qulami küçəsinin sakini