Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 03Okt

    “Çıx yaşıl düzə, qonaq gəl bizə”

    Mənə dünyanın harasındasa deyilsə ki, sən hansı ölkədənsən? Cavab verərəm ki, mən doqquz iqlim qurşağınım mərkəzindən – Azərbaycandanam!
    İqlimlərin yerləşdiyi Vətənim Qafqazın zümrüd qaşıdır. Ceyran qaçan, cüyür mələyən çox oylağım var mənim.Təbiətdən zövq ala-ala yaşanılası bir ölkə… yerin altı da, üstü də sərvətdir. Bol bəhrəli Muğan düzü, Mil düzü, bunların hamısı burada–Azərbaycandadır.
    Elə bir kənd, qəsəbə, şəhər yoxdur ki, yaşıllıqlar içində olmasın. Torpağı münbit və məhsuldardır. Torpağa düşməz havayı bir dən.
    Ölkəmizdə dünyamiqyaslı Beynəlxalq bir tədbirə ev sahibliyi edəcəyik. COP-29 İqlim dəyişikliyi tədbirinə. İqlim sözü varsa bu tədbirin məzmununda, onda seçim düzgündür – bura Azərbaycandır!
    Azərbaycan öz imsasını qoymuşdur bütün millətlərin imzası içinə.
    M. Hadı vaxtilə yazırdı:
    “Qoymuş hər millət imzasını imzalar içində,
    Yox millətimin xətti bu imzalar içində”.
    Artıq var imzamız – Azərbaycan!
    44 günlük müharibədə və 25 saatlıq antiterror əməliyyatında bütün dünya bizi tanıdı – Azərbaycanı tanıdı!
    İqlim dəyişikliyi nədir? Bu, qlobal bir problemdir. İçməli suyun azalması, ozon qatının deşilməsi, buzlaqların əriməyə başlaması, göllərin quruması, çay sularının azalması, Xəzərdə qurumanın artması, okean və dənizlərdə balıqların və digər canlıların ölməsi, sulara axıdılan çirkab suları və kimyəvi tullantılar. Saymaqla bitməz… Kimdir günahkar? Təbiət özümü, yoxsa insanmı? Əlbəttə, insan.
    Təbiəti çirkləndirir, suyu zəhərləyir, meşə yanğınlarına səbəb olur, şirin suyu israf edir. Daha nələr edir insane? Bunlar bizim laqeydliyimizin təzahürüdür. İnsan dünyanın ,,yaşıl ciyəri”ni – meşələri məhv edir. Hər il ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə minlərlə ağacəkmə kampanyası keçirilir. Meşə zolaqları salınır. Qoruya bilsək, Azərbaycan yaşıl vadi olar.
    İqlim dəyişikliyinin bir qurbanı da meyvə və tərəvəzlərdir. Faraş məhsul əldə etmək üçün kimyəvi maddələrdən həddən artıq istifadə qida məhsullarını da məhv etmişdir. İndi hər meyvəni də, tərəvəzi də orqanik kimi tapmaq çətin məsələdir. Ona görə də ölkədə tez-tez qida zəhərlənmələri baş verir.
    İqlimin heç bir günahı yoxdur. Yaradan bizə hər şeyin gözəlini bəxş etmişdir. İnsan öz əli ilə oturduğu budağı kəsməklə məşğuldur. İnanaq ki, COP29-un iştirakçıları maraqlı, vacib təklif paketi ilə gələcəklər. Dünyamız təmiz havanı ciyərlərinə çəkəcək. Almanlar əbəs yerə meşəni ,,yaşıl ciyər” adlandırmırlar.
    Biz də üzümüzü tutaq dünya vətəndaşlrına, ürək genişliyi ilə deyək:
    Çıx yaşıl düzə,
    Qonaq gəl bizə.

    Əsmər YUSİFLİ

    Müəllif: Redaktor, 09:07

İsmarıclar bağlıdır.