Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 27Sen

    Bizi düşməndən fərqləndirən vətən sevgisi və birliyimizdir

    Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dediyi kimi: “Azərbaycan xalqının igid oğulları Zəfər naminə, Azərbaycanın gələcəyi naminə canlarından keçib. Onların hər biri əsl qəhrəman, rəşadət və qorxmazlıq nümunəsidir.”
    Sevinirəm ki, 30 ildən sonra torpaqlarımız işğaldan azad oldu. Sevinirəm ki, qürurumuzu itirmədik, bütün dünya birliyimizi, cəsarətimizi, qətiyyətimizi gördü. Bu birliyimizin nəticəsi kimi bu il ilk dəfə olaraq 20 Sentyabr – Azərbaycanın Suverenliyi Gününü qeyd etdik və əbədi olaraq qeyd edəcəyik.
    Azərbaycan tarixi yenidən yazıldı, amma şəhidlərimizin qanı ilə, Ordumuzun cəsarəti, Prezidentimizin liderliyi və xalqın bir yumruq kimi birləşməsi nəticəsində. Torpaq sevgisi məhz elə budur – canı-qanı bahasına torpağını, vətənini qorumaq. Biz bizim olanı geri aldıq!
    Bizi düşməndən fərqləndirən o qədər çox cəhətimiz, fərqlərimiz var ki, saysaq bitməz. Ermənistan dünya səviyyəsində tanınan bir dövlət ola bilməz, çünki onun torpağı yoxdur, xalq birliyi, torpaq, vətən sevgisi yoxdur. Bizim onlardan ən birinci və böyük fərqimiz budur: Vətən sevgisi. Bu, bilirsiniz hansı Vətən sevgisidir–düşünmədən, ailəni, övladını, sevdiklərini tək qoyacağını bilə-bilə vətən üçün, xalq üçün, torpaq üçün döyüşə getmək. Yaralı əsgər yoldaşını döyüş meydanından çıxararaq, Şəhidlik zirvəsinə ucalmaq və Şəhid olmuş övladının tabutuna bükülmüş bayrağı əlinə alıb “Vətən sağ olsun!” deyib dimdik ayaqda durmaq. Vətən sevgisi oğulsuz, atasız, qardaşsız yaşamaqdır.Vətən sevgisi kiçiyindən böyüyünə kimi əsgəri üçün dua etməkdir, kiçik də olsa, nəsə etməyə çalışmaqdır.
    Biz Vətənimizi çox gözəl sevdik, sevirik və bunu da hər kəsə göstərdik.

    Əsmər Yusifli

    Müəllif: Redaktor, 11:19

İsmarıclar bağlıdır.