Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 27Sen

     

     

     

     

     

     

    Daha bir il keçdi. Dörd ildir ki, evlərdən onların səsi gəlmir. Məqamları uca, yerləri cənnətdir şəhidlərimizin.
    Şəhid qanına boyanmış o torpaqlarda bitən gül-çiçəklərə indi düşmən ayağı dəymir. Qarabağ doğmalarına qucaq açıb. Evlər tikilib, universitet açılıb, məktəblər fəaliyyətə başlayıb. Yollar çəkilir, hava limanları tikilir, dünyada analoqu olmayan layihələr icra olunur.
    Sinələrini sipər edib bu qalibiyyəti, Zəfəri bizlərə yaşadan şəhidlərimiz isə unudulmur və heç zaman unudulmayacaq.
    Anım Günü ilə əlaqədar rayonumuzdakı Şəhidlər Xiyabanını, şəhərimizdəki və kəndlərdəki şəhid məzarlarını ziyarət edənlərin ardı-arası kəsilmir. Rayon İcra Hakimiyətinin Başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Anar Əliyev ictimaiyyət nümayəndələri, rayon sakinləri ilə birlikdə hər bir şəhid ailəsini yad edir, onların dərdinə şərik olur, şəhidlərimizin məzarlarını ziyarət edirlər. Rayonumuzdan kənarda– paytaxtımızda, digər rayonlarda torpağa tapşırılan tərtərlilər də unudulmayıb. Vətən Müharibəsi qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin Bakıda Şəhidlər Xiyabanındakı məzarı xalqımızın müqəddəs ziyarətgahına çevrilib.

    Bu gün Azərbaycanımızın hər bir guşəsində şəhidlərin ruhuna dualar oxunur. Vətənimizin bütövlüyünü, suverenliyini, azadlığımızı bizlərə bəxş edən qəhrəmanlar xalqın ürəyində əbədi yaşayır.

    Müəllif: Redaktor, 11:32

İsmarıclar bağlıdır.