“Yeni Tərtər”in 90 illik yubileyi təntənəli şəkildə qeyd olunub
May ayının 3-də – Dünya Mətbuat Azadlığı Günündə “Yeni Tərtər” qəzetinin 90 illik yubileyi təntənəli şəkildə qeyd olunub.
Yubiley tədbirində qəzetin kollektivi ilə yanaşı rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, unversitetin Redakisiya – nəşriyyat işi kafedrasının dosenti, həmyerlimiz Rasim Süleymanov, Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova, Ahıl Jurnalistlər Birliyinin sədr müavini Əminə Yusifqızı, “Vətən Müharibəsi Qəhrəmanı”, şəhid polkovnik-leytenant Anar Əliyevin atası Vaqif Əliyev, yolu “Yeni Tərtər” qəzetindən keçən, imzası hər yerdə tanınan, hər birinin öz söz tribunası olan Qarabağ və Şərqi Zəngəzur üzrə “Azərbaycan” qəzetinin bölgə müxbiri Lazım Quliyev, İlham İsmayıl, Səbuhi Rəhimli, Təbriz Vəfalı, Bərdə, Zaqatala, Goranboy, Ağdam, Ağcabədi rayonlarının bolgə qəzetlərinin redaktorları, respublikanın tanınmış həkimi, həmyerlimiz, şəhid bacısı Məhəbbət Paşayeva, qəzetin keçmiş işçiləri, ştatdankənar müxbirləri, rayon ziyalıları iştirak ediblər.
Tədbir iştirakçıları öncə Ulu Öndərin Abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra redaksiyanın tarixini əks etdirən foto stendlərə, redaksiya əməkdaşlarının kitablarından ibarət sərgilərə baxıb, qəzetin müxtəlif illərdə nəşr olunmuş nömrələri ilə tanış olublar.
Yubiley tədbiri rayon icra hakimiyyətinin akt zalında davam etdirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra öz hakimiyyəti dövründə həmişə jurnalistlərin dostu olmuş Ümummilli lider Heydər Əliyevin, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçmiş şəhidlərin və vaxtı ilə “Yeni Tərtər”də işləyib, dünyasını dəyişmiş əməkdaşların ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin aparıcısı – 25 il rayon qəzetində çalışmış ”Qızıl Qələm” Mükafatı Laureatı Svetlana Əzizova qəzet, onun kollektivi haq-qında məlumat verərək, məruzə etmək üçün sözü “Yeni Tərtər”in redaktoru, Tərtərin ilk ali təhsilli qadın jurnalisti, fəaliyyəti ilə hər kəsə nümunə olan, 2 kitab müəllifi, ”Qızıl Qələm” Mükafatı Laureatı Svetlana Bağırovaya verib.
Qəzetin redaktoru rayon qəzetinin keçdiyi mənalı və qürurverici tarixindən danışıb. Qeyd olunub ki, 1934-cü ildə Tərtərdə nəşr olunmağa başlayan qəzet “Kol-xozçuların varlanması yolunda” adlanıb. Tərtər rayon MTS-in siyasi şöbəsinin orqanı idi. Həftədə bir dəfə kiçik tirajla çıxıb.
Qəzetin “Qızıl Bayraq” adı 1991-ci ildə dəyişdirilərək “Tərtər” qoyulub. Qəzet həftədə üç dəfə 5500 nüsxə tirajla nəşr edilib.
1998-ci ildən 2005-ci ilədək qəzetin fəaliyyəti müvəqqəti ola-raq dayandırılıb.
2005-ci ildən isə qəzet “Yeni Tərtər” adı ilə nəşr olunub.
Svetlana Bağırova qəzetin I Qarabağ və 44 günlük Vətən müharibəsi dövründəki fəaliyyətindən də söhbət açıb. Bunun nəticəsi olaraq rayon rəhbərinin redaktorluğu və maddi dəstəyi ilə “Tərtərin tarix yazan oğulları” kitabının ərsəyə gəldiyini bildirib.
Sonra Milli Məclisin deputatı Sahib Alıyev, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, unversitetin Redaksiya –nəşriyyat işi kafedrasının dosenti, həmyerlimiz Rasim Süleymanov, Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova, Ahıl Jurnalistlər Birliyinin sədr müavini Əminə Yusifqızı, “Vətən Müharibəsi Qəhrəmanı”, şəhid polkovnik-leytenant Anar Əliyevin atası Vaqif Əliyev, yolu “Yeni Tərtər” qəzetindən keçən, Qarabağ və Şərqi Zəngəzur üzrə “Azərbaycan” qəzetinin bölgə müxbiri Lazım Quliyev, İlham İsmayıl, Səbuhi Rəhimli, Təbriz Vəfalı, Bərdə, Zaqatala, Goranboy, Ağdam, Ağcabədi rayonlarının bolgə qəzetlərinin redaktorları, respublikanın tanınmış həkimi, həmyerlimiz, şəhid bacısı Məhəbbət Paşayeva, qəzetin keçmiş işçiləri, ştatdankənar müxbirləri, rayon ziyalıları çıxış edərək öz təbriklərini çatdırıblar. Çıxışlarda bölgə qəzetlərinin rastlaşdığı çətinliklərdən də söhbət açılıb, bu çətinliklər ucbatından bəzi rayon qəzetlərinin öz fəaliyyətini dayandırdığı, bəzilərinin çox az tirajla ayda bir dəfə nəşr olunduğu qeyd olunub. Bildirilib ki, bu qədər informasiya bolluğunda bütün çətinliklərə sinə gərərək öz fəaliyyətini davam etdirən “Yeni Tərtər”ə rayon rəhbərliyi tərəfindən həmişə diqqət və qayğı göstərilir. Bu maddi və mənəvi dəstək qəzeti susmağa qoymur.
Tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov yekunlaşdırıb. O, qəzetin kollektivini 90 illik yubileyləri münasibəti ilə təbrik edərək, əməkdaşlara uzun ömür, cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıb.
Sonra rayon icra hakimiyyətinin başçısı qəzetin əməkdaşlarına rayon icra hakimiyyətinin Fəxri Fərmanlarını təqdim edib. Res-publika Prezidentinin Sərəncamı ilə Svetlana Bağırovanın “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif olunduğunu bildirib və medalı ona təqdim edib.
Yubiley tədbirində iştirak edən Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid qəzetin redaktoruna Mətbuat Şurasının diplomunu, Milli Məclisin deputatı Sahib Alıyev, İlham İsmayıl, “Ağ-dam” qəzetinin redaktoru, Əməkdar jurnalist Baxşeyiş Hətəmoğlu, “Aran” qəzetinin redaktoru Məhsəti Musa, “Zaqatala” qəzetinin redaktoru İbrahim İbrahimli öz hədiyyələrini və gül dəstələrini təqdim ediblər.