Tərtər şəhər qəbiristanlığında keçirilən dəfn mərasimində rayon icra hakimiyyətinin əməkdaşları, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.
Mərhumənin ruhuna dualar oxunub, məzarı önünə gül dəstələri düzülüb.
Qeyd edək ki, Əsədov Mahir Yelmar oğlu 1976-cı il yanvar ayının 15-də Tərtər rayonunda anadan olub. Qarabağ müharibəsi başlayan zaman könüllü olaraq milli ordu sıralarına qoşulub, ağır və şərəfli döyüş yolu keçib. O, 1993-cü il iyul ayının 22-də Ağdərə rayonunda gedən döyüşlər zamanı artilleriya atəşi nəticəsində şəhid olub. Şəhid Tərtər şəhər qəbiristanlığında dəfn edilib və yaşadığı küçə onun adını daşıyır.
Dəfn mərasimindən sonra yas evinə gedilərək ailə üzvlərinə başsağlığı verilib, mərhuməyə Allahdan rəhmət dilənib.
Şəhidin ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

