Tərtər rayonunun iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıq məhsullarının istehsalı ilbəil artır.
2024-cü il iyul ayının 1-nə Tərtər rayonunda 33283 baş qaramal, 42079 baş qoyun və keçi mövcud olub. 2023-cü ilin müvafiq dövrünə nisbətən qaramalın sayı 4.1 faiz artmış, qoyun və keçilərin sayı 4.7 faiz azalmışdır.
2024-cü ilin yanvar-iyun ayları ərzində rayonda bütün təsərrüfat kateqoriyaları üzrə diri çəkidə 2139 ton ət, 15273 ton süd, 6825 min ədəd yumurta, 88 ton yun istehsal olunmuşdur. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə diri çəkidə ət istehsalı 4.1 faiz, süd istehsalı 1.5 faiz, yumurta istehsalı 2.6 faiz artmışdır.
Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların cins tərkibinin yaxşılaşdırılması mühüm rol oynayır. Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla davam etdirilir. 2024-cü ilin yanvar-iyun aylarında rayonda 955 baş inək və düyə süni yolla mayalandırılıb, 634 baş cinsi yaxşılaşdırılmış buzov alınıb. Mayalanma zamanı əsasən “Holştein-friz” və “Simmen-tal” cinslərdən olan buğaların toxumlarından istifadə edilir.
-
06Avq
Müəllif: Redaktor, 09:18