Hörmətli Tofiq müəllim!
Sizi və rəhbərlik etdiyiniz kollektivi ölkəmizin paytaxtında yaşayan tərtərli ziyalılar adından əlamətdar ildönümü Tərtər rayon qəzetinin “Yeni Tərtər” adi ilə çıxmasının 10 illiyi münasibəti ilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, fədakar işinizdə uğurlar arzulayırıq. Daha ətraflı »
-
18AvqDigər Hər birimizin qəzeti üçün şərhlər bağlıdır
Teqlər: Digər
-
18AvqDigər “Yeni Tərtər”in 10 yaşı tamam olur üçün şərhlər bağlıdır
10 yaşın mübarək!
1934-cü ildən “ Kolxozçuların varlanması ” uğrunda adı altında nəşrə başlayan Tərtər rayon qəzeti sonralar bir neçə dəfə müxtəlif adlarla –“ Qızıl bayraq “ Tərtər “ və “ Yeni Tərtər ” başlığı altında nəşr olunub. Qəzetimizin 80 illik yubleyi ötən il–2014-cü ildə geniş qeyd olundu.
Yaxşı yadımdadı. 1998-ci ilin oktyabr ayında (o zaman qəzetin redaktoru rəhmətlik Hilal Bayramov idi ) əmək haqlarımızı alandan sonra bildirildi ki, abunə yazılmadığına görə qəzet bu gündən qeyri müəyyən bir vaxta kimi bağlandı. Bu dayanma 2005-ci ilin avqust ayınadək, yəni 7 il davam etdi. Daha ətraflı »Teqlər: Digər
-
18AvqDigər Bildiriş–məlumat üçün şərhlər bağlıdır
Hörmətli vergi ödəyicisi!
Fəaliyyətiniz zamanı vergi məsələləri ilə bağlı qarşılaşdığınız problemlərlə və vergi orqanları əməkdaşla-rının qanunazidd hərəkətləri ilə rastlaşdığınız halda aşağıdakı ünvanlara müraciət edə bilərsiniz:
Vergilər Nazirliyinin rəsmi internet səhifəsində (www.taxes.gov.az) “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə “Vergilər nazirinə məktub yaz” http://www.taxes.gov.az/vn/mektub/“Vergi orqanı əməkdaşlarının fəaliyyətində korrupsiya və digər hüquq pozma halları barədə məlumat ver”
http://www.taxes.gov.az/vn/korrupsiya/“Vergi orqanı əməkdaşlarının qeyri-etik davranması barədə məlumat ver”
http://www.taxes.gov.az/vn/etika/for/html
Vergi ödəyicilərinə xidmət mərkəzlərinə
Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1)
Vergilər Nazirliyi
Teqlər: Digər
-
18AvqDigər Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciəti üçün şərhlər bağlıdır
Son günlər respublika ərazisində havanın isti və quraq keçməsi nəticəsində biçilmiş taxıl, otlaq, kol-kos sahələrində, habelə, meşə massivlərində müxtəlif miqyaslı yanğınlar baş verir. Lakin aparılan araşdırmalar bu yanğınların baş verməsində insanların ehtiyyatsızlığının əsas səbəblərdən biri olduğunu üzə çıxarmışdır. Daha ətraflı »Teqlər: Digər
-
18AvqMədəniyyət Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü üçün şərhlər bağlıdır
1 avqust ölkəmizdə ən əziz günlərdən biri kimi qeyd olunur. Çünki milli varlığımızın əsas atributlarından olan Ana dilimizlə bağlıdır. Dil millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur. Daha ətraflı »Teqlər: Mədəniyyət
-
18AvqSəhiyyə HƏKİM MƏSLƏHƏTİ üçün şərhlər bağlıdır
Uşaqları zəhərlənmələrdən necə qoruyaq?
Yoluxucu xəstəliklər insanın ən geniş yayılmış patalogiyası olmaqla müxtəlif növ mikroorqanizmlər–bakteriyalar, viruslar, ibtidailər, göbələklər və s. tərəfindən törədilir.
Yay mövsümünün başlanması ilə havalar kəskin şəkildə istiləşir. Bu hava dəyişkənliyi də həmin xəstəlik törədən mikroorqanizmlərin aktivləşməsinə və xəstəliklərin kəskinləşməsinə gətirib çıxarır.
Bizim gələcəyimiz olan uşaqlar, xüsusən körpələr belə xəstəliklərə həssas olan qruplardan sayılır. Uşaqlar arasında yay möv Daha ətraflı »Teqlər: Səhiyyə
-
18AvqKənd təsərrüfatı Kənd təsərrüfatı dinamik inkişaf edir üçün şərhlər bağlıdır
2015-ci ilin birinci yarısında rayonda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 38 min 449,4 min manat təşkil etmişdir. Onun 26 milyon 628,8 min manatı bitkiçilik məhsullarının həcmi, 11 milyon 821,2 min manatı heyvandarlıq məhsullarının həcmi olmuşdur. Keçən ilin müvafiq dövrünə nisbətən kənd təsərrüfatı üzrə ümumi məhsul buraxılışının həcmi 8,4 faiz artmışdır Daha ətraflı »Teqlər: İqtisadiyyat
-
07AvqDigər Adam oğurluğu cinayətlərinin xüsusiyyətləri üçün şərhlər bağlıdır
“İnsan, onun həyatı, səhhəti, hüquq və azadlıqları Azərbaycan Respublikasının Konstitusiyası ilə ali dəyərlər olduğu bəyan edilir, belə dəyərlərin qorunması dövlətin ən başlıca vəzifəsi kimi təsbit edilir. Azərbaycan Respublikasının qüvvədə olan Cinayət Məcəlləsinin “Şəxsiyyət əleyhinə olan cinayətlər” adı altında “Xüsusi fəsil”ə daxil edilən normalarla insanın həyatı, səhhəti, şərəf və ləyaqəti, hüquq və azadlıqları müdafiə altına alınır. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq hazırlanan Cinayət Məcəlləsində bütün qorunan başqa dəyərlər içərisində insanın, onun hüquq və azadlıqlarının qorunması ön plana çəkilir. Daha ətraflı »Teqlər: Digər
-
07AvqXəbərlər GƏNC MÜƏLLİMLƏRLƏ GÖRÜŞ üçün şərhlər bağlıdır
Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir. Gənclərin təhsilinə dövlət tərəfindən daim qayğı və diqqət göstərilir. Eyni zamanda onların xalqımızın milli mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə edilməsi hazırda qarşıda duran başlıca vəzifələrdən biridir. Bütün bunlar barədə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun rayonun gənc müəllimləri ilə görüşündə söhbət gedib. Gənclər Mərkəzində keçirilən tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Elvin Umudov, baş referent Svetlana Əzizova və rayon təhsil şöbəsinin müdir əvəzi Surxay Mirzəyev iştirak ediblər. Daha ətraflı »Teqlər: Xəbərlər
-
07AvqXəbərlər Rayonun daha 4 kəndinə mavi yanacaq verildi üçün şərhlər bağlıdır
Rayonun Mamırlı, Poladlı, Kəngərli və Balakəngərli kəndlərinə təbii qazın verilməsi münasibətilə təntənəli mərasimlər keçirilib. Mərasimlərdə kənd İƏD üzrə nümayəndələr kəndlərin sosial-iqtisadi vəziyyəti haqqında məlumat vermişlər.
Sonda kənd ağsaqqalları, ziyalılar və digər sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıq ifadə etmişlər. Daha ətraflı »Teqlər: Xəbərlər


Yeni ismarıclar