Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18Avq

    Grain_2711122015-ci ilin birinci yarısında rayonda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 38 min 449,4 min manat təşkil etmişdir. Onun 26 milyon 628,8 min manatı bitkiçilik məhsullarının həcmi, 11 milyon 821,2 min manatı heyvandarlıq məhsullarının həcmi olmuşdur. Keçən ilin müvafiq dövrünə nisbətən kənd təsərrüfatı üzrə ümumi məhsul buraxılışının həcmi 8,4 faiz artmışdır.

     

    BİTKİÇİLİK

    Rayonda yazlıq bitkilərin əkini əsasən başa çatmışdır. İyunun 24-ü vəziyyətinə olan məlumatlara görə 5974 hektar sahədə yazlıq bitkilər, o cümlədən 208 hektarda dənli və dənli paxlalılar, 571 hektarda kartof, 972 hektarda tərəvəz, 178 hektarda qarğıdalı, 724 hektarda pambıq, 928 hektarda dən ücün günəbaxan, 724 hektarda şəkər çuğunduru, 1840 hektarda çoxillik bitkilər əkilmişdir.
    Yazlıq bitkilərin strukturunda yazlıq dənli və dənli paxlalılar (qarğıdalı da daxil olmaqla) 6,4 faiz, texniki bitkilər 36,9 faiz, kartof, tərəvəz və bostan bitkiləri 25,9 faiz, yem bitkiləri 30,8 faiz təşkil etmişdir.
    Rayonda taxıl biçini başa çatmışdır. 10 min 842,7 hektar taxıl sahəsi biçilmiş və həmin sahələrdən 38 min 867,7 ton taxıl məhsulları toplanmışdır. Hər hektardan orta hesabla 35,8 sentner məhsul əldə edilmişdir. Biçilmiş 5609,7 hektar buğda sahəsindən 20 min 837,4 ton buğda, 5233 hektar arpa sahəsindən 18 min 30,3 ton arpa məhsulu yığılmışdır. Hər hektardan orta məhsuldarlıq buğda üzrə 37,1 sentner, arpa üzrə 34,5 sentner olmuşdur. Məhsuldarlıq keçən illə müqayisədə 1,8 faiz artmışdır.

    Mövsümün əvvəlindən bəri 393,6 ton qarğıdalı, 5736,3 ton kartof, 11 min 324,5 ton tərəvəz, 761 ton lobya, 1532,8 ton meyvə istehsal edilmişdir. Tərəvəz üzrə hər hektarın orta məhsuldarlığı 0,2 sentner artaraq 127,8 sentnerə, kartof üzrə 0,3 sentner artaraq 110,1 sentnerə çatmışdır.

    HEYVANDARLIQ

    Cows_200808Kənd təsərrüfatında heyvandarlıq bitkiçiliyə nisbətən daha stabil olması ilə xarakterizə edilir. Son illər bu sahə daha dinamik və intensiv inkişaf edir. İlkin məlumatlara görə 2015-ci ilin birinci yarısında diri çəkidə 1827,4 ton ət, 9510,7 ton süd, 6 milyon 690 min ədəd yumurta istehsal edilmiş və 123,6 ton qoyun yunu qırxılmışdır. 2014-cü ilin birinci yarım ilinə nisbətən diri çəkidə ət istehsalı 33,4 ton və ya 1,9 faiz, süd istehsalı 189,9 ton və ya 2 faiz, yumurta istehsalı 110 min ədəd və ya 1,7 faiz, yun istehsalı 0,9 ton və ya 0,7 faiz artmışdır.
    İyulun 1-i vəziyyətinə keçən ilin eyni tarixi ilə müqayisədə qaramalın sayı 1,6 faiz artaraq 26 min 282 başa, qoyun və keçilərin sayı 1,4 faiz artaraq 72 min 103 başa çatmışdır. İribuynuzlu mal-qaranın 46,9 faizini inək və camışlar təşkil edir.
    Mal-qaranın ümumi sayında əhalidə olan mal-qaranın xüsusi çəkisi iribuynuzlu mal-qarada 99,2 faiz, qoyun və keçilərdə 97,9 faiz təşkil edir.

    Tərtər Rayon
    Statistika İdarəsi

    Müəllif: Redaktor, 09:41

    Teqlər:

İsmarıclar bağlıdır.