Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18Avq

    10 yaşın mübarək!

    DSC_71581934-cü ildən “ Kolxozçuların varlanması ” uğrunda adı altında nəşrə başlayan Tərtər rayon qəzeti sonralar bir neçə dəfə müxtəlif adlarla –“ Qızıl bayraq “ Tərtər “ və “ Yeni Tərtər ” başlığı altında nəşr olunub. Qəzetimizin 80 illik yubleyi ötən il–2014-cü ildə geniş qeyd olundu.
    Yaxşı yadımdadı. 1998-ci ilin oktyabr ayında (o zaman qəzetin redaktoru rəhmətlik Hilal Bayramov idi ) əmək haqlarımızı alandan sonra bildirildi ki, abunə yazılmadığına görə qəzet bu gündən qeyri müəyyən bir vaxta kimi bağlandı. Bu dayanma 2005-ci ilin avqust ayınadək, yəni 7 il davam etdi.
    2005-ci ildə rayona yeni icra baş-çısı təyin olunandan 1 həftə sonra qəzetin sabiq əməkdaşlarını yanına dəvət etdi və qəti tapşırıq verdi ki, qəzet elə bu aydan–yəni avqustdan nəşrini davam etdirməlidi.
    O vaxtlar hamımızın yaxşı tanıdığı şair-publisist Tofiq Yusif redaktor təyin olundu. Mən Tofiq müəllimlə 1969-cu ildə “ Qızıl bayraq “ qəzetində birgə işləmişəm. Qəzet “Yeni Tərtər “ adı ilə nəşrə başlayanda nə redaksiya var idi, nə də oturmağa stullarımız. İcra başcısı dedi ki, siz işə başlayın, mən sizə hər cür köməklik göstərəcəm. Sağ olsun, dediyi kimi də elədi. İlk günlər redaktordan tapşırıq almaq üçün bələdiyyənin bir balaca darısqal otağına toplaşar, sonra evə gəlib materiallarımızı işləyərdik. ­Rayonumuzda mətbəə olmadığına görə qəzetimiz Mingəçevirdə çap olunurdu. Elə vaxt olurdu ki, Tofiq Yusif bir gündə Mingəçevirə 2 dəfə gedib-gəlirdi. Bəzən Mingəçevirdən gecə saat ikidə qayıtmışıq. Bax, “Yeni Tərtər “ in bugünkü mərtəbəyə qalxmasında belə çətinliklərdən keçmişik. İndi “ Yeni Tərtər “ qəzeti region mətbuatı arasında sayılıb-seçilən yerdə durur.
    Qəzetimizin əməkdaşları–baş redaktor Tofiq Yusif , baş redaktorun müavini Svetlana Bağırova respublikada keçirilən yazı müsabiqəsində dəfələrlə qalib olublar, diplomlar və pul mükafatları alıblar. Bu yaxınlarda isə baş redaktor Tofiq Yusif ölkə baçşısı möhtərəm İlham Əliyevin sərəncamı ilə “ Tərəqqi “ medalına layiq görülüb.
    Yeni nəşrə başlayanda əməkdaşların heç bir şəraiti yox idi. İndi redaksiya hər cür avadanlıqlarla təchiz olunmuş bir binada yerləşir. İş şəraitimiz də normaldır. Bütün bunlara görə ölkə Prezidenti möhtərəm İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk. Çünki, biz tərtərlilər ölkə başçısının Tərtərə və tərtərlilərə göstərdiyi qayğını öz üzərimizdə daim hiss edirik.
    Ulu Öndər çox gözəl deyib ki, “Tərtər Azərbaycanın gözəl təbiəti , bərəkətli torpağı, zəngin keçmişi olan və əməksevər insanların yaşadığı bir diyardır”.

    Əvəz NƏSİROV

    Müəllif: Redaktor, 10:38

    Teqlər:

İsmarıclar bağlıdır.