Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18Avq

    Uşaqları zəhərlənmələrdən necə qoruyaq?

    1371895529_xesdelikYoluxucu xəstəliklər insanın ən geniş yayılmış patalogiyası olmaqla müxtəlif növ mikroorqanizmlər–bakteriyalar, viruslar, ibtidailər, göbələklər və s. tərəfindən törədilir.
    Yay mövsümünün başlanması ilə havalar kəskin şəkildə istiləşir. Bu hava dəyişkənliyi də həmin xəstəlik törədən mikroorqanizmlərin aktivləşməsinə və xəstəliklərin kəskinləşməsinə gətirib çıxarır.
    Bizim gələcəyimiz olan uşaqlar, xüsusən körpələr belə xəstəliklərə həssas olan qruplardan sayılır. Uşaqlar arasında yay mövsümündə ən çox yayılmış xəstəliklərdən sayılan qida zəhərlənməsidir.
    Bu zəhərlənmələr müxtəlif mikroblar və onların toksinləri tərəfindən törədilən, mədə-bağırsaq pozğunluğu verən və adətən sağalma ilə qurtaran kəskin xəstəlikdir.
    Qida zəhərlənməsini törədən mikroblar təbiətdə müxtəlif ərzaq məhsullarını çirkləndirirlər. Əlverişli şərait yarandıqda onlar sürətlə artıb çoxalırlar və güclü ekzotoksin əmələ gətirirlər. Qida zəhərlənməsinin törədicilərinin ifraz etdiyi bu ekzotoksinlərdən endotoksin əmələ gəlir ki, bu da mədə və bağırsaqlarda maye və duzların sekresiyasını gücləndirir, epitel hüceyrələrin membranını zədələyir və zülal sintezini pozur. İnfeksiya mənbəyi insandır.
    Yayda əlverişli temperatur şəraiti mikrobların sürətlə çoxalmasına və daha geniş miqdarda zəhərlənməyə səbəb olur. Buna görə də valideynlər hər zaman, xüsusilə də yay aylarında uşaqların qida rasionuna diqqət yetirməlidirlər. Qida zə-hərlənməsinin əlamətləri barədə hər kəsin məlumatı olmalıdır. Xəstəliyin kliniki mənzərəsi törədicinin növündən və tipin-dən asılı olur. Xəstəlik 30 dəqiqədən 24 saata qədər davam edən qısa inkubasiya dövründən sonra qəflətən baş-layır. İlk simptomlar ürəkbulanma, qusma, mədə nahiyyəsində ağrı olur. Bundan sonra ishal başlayır.
    Zəhərlənmənin elə forması da var ki, yüngül keçir, simptomlar təsadüf olunmur. Lakin bəzən xəstələrdə ardı-arası kə-silməyən ishal və qusma, su-elektrolit və turşu-qələvi müvazinətinin pozulmasnı, dehidratsiya, metobolik asioz, əzələlərdə qıcolma baş verir.
    Xəstəliyin diaqnozu ilk saatlar ərzində müəyyən edilməlidir ki, xəstələnməyə səbəb olan ərzaq məhsulları tapılıb zərərsizləşdirilsin.
    Belə hallarm baş verməməsi üçün hər kəs özünün gigiyenik qaydalarına riayət etməlidir.
    Müstəqil respublikamızın hər bir vətəndaşı çalışmalıdır ki ekologiyamız təmiz olsun və bu təmizliyi hər kəs qorumalı, saxlamalıdır. Təmizlik olan yerdə sağlamlıq da var. Mən hamıya Allahın verdiyi ömrü sağlam yaşamağı, heç xəstələnməməyi və gələcəyimiz olan körpələrin sağlam olmasını arzulayıram. Çünki körpələr gələcəyimizdir.

    Yeganə SƏFƏROVA,

    rayon uşaq xəstəxanasının həkimi

    Müəllif: Redaktor, 09:50

    Teqlər:

İsmarıclar bağlıdır.