Tərtər Rayon İcra Hakimiyyəti və Tərtər Peşə Məktəbinin təşkilatçılığı ilə məktəbdə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 6.9-cu bəndinin icrası çərçivəsində “Korrupsiyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə rayon icra hakimiyyətinin əməkdaşları,məktəbin rəhbər heyəti, müəllim-pedaqoji kollektivi, tələbələr və dəvət olunmuş qonaqlar iştirak ediblər.
Giriş sözü ilə çıxış edənrayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Zabil Paşayev ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən dövlət siyasətindən, şəffaflığın və hesabatlılığın artırılması istiqamətində görülən işlərdən bəhs edib. O, gənclərdə antikorrupsiya mədəniyyətinin və dürüstlük prinsiplərinin formalaşdırılmasının vacibliyini vurğulayıb.
Tərtər Peşə Məktəbinin direktoru Əli Babayev,məktəbin psixoloqu Altunə Bayramova,fənn müəllimi Rafət Məmmədova korrupsiyanın cəmiyyətin inkişafına vurduğu zərərlər, qanunvericilikdə nəzərdə tutulan məsuliyyət tədbirləri və vətəndaş mövqeyinin əhəmiyyəti barədə tələbələrə ətraflı məlumat verib.
Tədbir çərçivəsində mövzu ilə bağlı videoçarx nümayiş etdirilib, tələbələri maraqlandıran suallar cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb.

