Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,901
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 17Dek

    Tərtər rayon Həbib Hüseynov adına Mamırlı kənd tam orta ümumtəhsil məktəbində fəaliyyət göstərən “Təbiətə qayğı” və “Təbiətsevərlər” dərnəkləri öz ardıcıl və məqsədyönlü fəaliyyəti ilə seçilir. Hər iki dərnəyin üzvləri ilboyu təbiətin mühafizəsi ilə bağlı maarifləndirici tədbirlər, aksiyalar və ekoloji layihələr həyata keçirərək məktəb ictimaiyyətinin fəal hissəsinə çevriliblər.
    Dərnək üzvləri Nəzrin, Polad, Səmayə, Nurlan, Günel, Gözəl, Gülsüm, Emil, Həsən, Əli, Məhəm-məd, Atabəy, Asiman, Miryusif, Qasım, Məhəmməd, Nihad qarşıya qoyduqları məqsədlərə həmrəylik ruhunda nail olurlar. Onlar təbiətlə bağlı keçirilən bütün tədbirlərdə birlik nümayiş etdirir, ətraf mühitin qorunmasına ehtiramla yanaşırlar. Şagirdlər zibil toplama aksiyaları, ağacəkmə təşəbbüsləri, su hövzələrinin təmizlik kampaniyaları, ekoloji maarifləndirmə çıxışları ilə məktəbdə və kənddə təbiətsevər düşüncənin formalaşmasına ciddi töhfələr verirlər.
    Dərnəyin rəhbəri Səbuhi Kərimov bildirdi ki, bu günlərdə uşaqlar Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar keçirilən tədbirlərdə fəal iştirak ediblər.

    “YENİ TƏRTƏR”

    Müəllif: Redaktor, 13:05

İsmarıclar bağlıdır.