Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,897
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 17Dek

    Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar ehsan süfrəsi açılıb.
    Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayon Ağsaqqallar Şurasının sədri və Qərbi Azərbaycan İcmasının Tərtər üzrə nümayəndəsi Faiq Məmmədov, Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov, QMİ-nin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, ziyalılar və idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
    Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Ardınca QMİ-nin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov tərəfindən Ulu Öndərin əziz xatirəsinə “Qurani-Kərim”dən ayələr və Yasin surəsi oxunub.
    Sonra Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək Ümummilli Liderin həyat və fəaliyyətinin Azərbaycan üçün müstəsna əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
    Daha sonra Vətən Müharibəsi şəhidləri Rəşad Mirzəlinin anası Afidə Mirzəyeva, Elnur Abbasovun atası Yaşar Abbasov, rayon Ağsaqqallar Şurasının sədri və Qərbi Azərbaycan İcmasının Tərtər üzrə nümayəndəsi Faiq Məmmədov, Tərtər Təhsil Sektorunun müdiri Oqtay Sarıkişiyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycanın formalaşmasında və inkişafında oynadığı tarixi roldan danışıblar.

    Müəllif: Redaktor, 13:15

İsmarıclar bağlıdır.