Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,744
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 13İyn

    MÜSTƏQİLLİYİMİZİN XİLASI GÜNÜ

    1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası tarixdə ikinci dəfə müstəqilliyini elan etdi. Lakin bu müstəqillik çox kövrək idi. Ölkədə özbaşınalıq hökm sürürdü, orduda vəziyyət ağır idi. Erməni təcavüzü nəticəsində torpaqlarımız işğal olunurdu. Ölkə əhali-sinin sosial durumu getdikcə ağırlaşırdı. Belə bir vəziyyətdə hamı yaxşı anlayırdı ki, mövcud hakimiyyət xalqı bu bəlalardan qurtarmaq iqtidarında deyil və yenicə müstəqillik qazanmış ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəx-siyyət Heydər Əliyevdir.
    Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Bununla da ölkəmizdə vətəndaş müharibəsinin qarşısı alındı, qarşıdurma və gərginlik aradan götürüldü.
    Sonralar həmin dövrü xatırlayan Ümummilli Lider Heydər Əliyev deyirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bu-nun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyununda hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.
    Müdrik və uzaqgörən Liderin hakimiyyətə gəlişi ölkəmizi xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan qurtardı. İlk növbədə Azərbaycanda sabitlik yarandı və ölkə müstəqil, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı.
    Ulu Öndərin şəxsi nüfuzu və həyata keçirdiyi xarici siyasət nəticəsində gənc respublikamız dünya səviyyəsində tanınmağa başladı.
    Azərbaycanın milli mənafelərini qorumağa qadir ordunun yaradılması istiqamətində uğurlu addımlar atıldı. Atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salındı, bunun da nəticəsində 1994-cü ilin mayında atəşkəsə nail olundu.
    Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə xalq bir çox bəlalardan xilas oldu. Məhz buna görə də 15 iyun müasir Azərbay-can dövlətinin tarixinə Milli Qurtuluş günü kimi daxil olub. 15 iyun –Qurtuluş Günü Milli Məclisin qərarı ilə 1997-ci ilin 27 iyununda rəsmləşdirildi. Milli Məclisin həmin qərarında deyilir: “Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Bu, sözün əsl mənasında, “ömrümün qalan hissəsini də xalqıma qurban verirəm” deyib meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi.”
    Bu gün qürur hissi ilə deyə bilərik ki, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa edib. Müstəqil və qüdrətli bir dövlətə çevrilib. Ümummilli Li-derimiz başa çatdıra bilmədiyi işləri onun siyasıi varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev başa çatdırıb. Vaxtilə Ulu Öndər demişdir: “Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlin-dən ala bilməz. Bundan sonra heç bir qüvvə Azərbaycan dövlətçiliyini məhv edə bilməz.” 44 günlük Vətən müharibəsindəki möhtəşəm Qələbəmiz, bundan sonrakı lokal antiterror əməliyyatında qazanılan uğur bunun parlaq sübutudur.
    Bu gün Azərbaycan dünya nizamında müstəqil siyasət yürüdən bir ölkə kimi öz laiqli yerini tutur. Dünya dövlətləri ilə əlaqələr günü-gündən möhkəmlənir. Azərbaycan bir çox beynəlxalq tədbirlərə uğurla evsahibliyi edir. Bütün bunlar Ulu Öndər Heydər Əliyevin vəsiyyətlərinin və arzularının reallaşması deməkdir.

    “YENİ TƏRTƏR”

    Müəllif: Redaktor, 10:10

İsmarıclar bağlıdır.