Tərtərdə peşəkar həkimlərin fəaliyyət göstərdiyi və ən müasir avadanlıqlarla təchiz edilmiş “Tərtər Sağlamlıq Mərkəzi”nin açılışı olub.
Açılış mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, şəhid ailələri, qazilər, sağlamlıq mərkəzinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Klinikanın təsisçisi Yamən Cəfərov çıxış edərək qonaqları salamlayıb, sahibkarlara yaradılan şəraitə görə ölkə rəhbərinə minnətdarlığını bildirib. Qeyd edib ki, kollektivin ən böyük məqsədi sağlam gələcəyə gözəl və yüksək səviyyədə xidmət göstərməkdir. Klinikada vətəndaşlar üçün laboratoriya, ginekoloq, USM (ultrasəs müayinəsi), terapevt, stomatoloq, psixoterapevt və loqoped xidmətləri fəaliyyət göstərir. O, həmçinin şəhid ailələrinin klinikada növbədən kənar müayinə və müalicə oluna biləcəyini də vurğulayıb.
Rayon rəhbəri Müstəqim Məmmədov klinikanın açılışını əlamətdar hadisə kimi qiymətləndirərək, burada çalışan həkimlərin və tibbi heyətin vətəndaşlarımız üçün yüksək səviyyədə tibbi xidmət göstərəcəklərinə inandığını qeyd edib. RİH başçısı həmçinin qeyd edib ki, əvvəllər bəzi müayinə və müalicələr üçün qonşu rayonlara üz tutan rayon sakinləri bundan sonra yeni klinikanın xidmətlərindən istifadə edə biləcəklər. Peşəkar həkimlərin fəaliyyət göstərdiyi bu müəssisə deməyə əsas verir ki, qonşu rayonlardan da tibbi müayinələr üçün bura müraciət edənlər olacaq.
Çıxış edənlər YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, şəhid Qəhrəmanlı Yaqubun valideyinləri Abdulla Qəhrəmanov, Mətanət Qəhrəmanova və Birinci Qrabağ müharibəsinin əlilləri Tərlan Zeynalov, Eldəniz İbadov yeni tibb mərkəzinin istifadəyə verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Sonda tədbir iştirakçıları klinikanın imkanları ilə yaxından tanış olublar.


Prezident İlham Əliyev 31 iyul 2026-cı ildə Qırğızıstana dövlət səfəri zamanı mətbuata bəyanat verib. Ölkə başçısı bildirib ki, müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq. Biz bütün təşəbbüslərdə – həm beynəlxalq platformalarda, həm də iqtisadi-ticari sahədə və təhlükəsizliyin möhkəmləndirilməsində bir-birimizi bundan sonra da dəstəkləyəcəyik.
Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə Tərtər Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası rayon təşkilatının təşkilatçılığı ilə “dəyirmi masa” keçirilib.
Bəzən bir insanın həyatı təkcə öz taleyi deyil, bütöv bir xalqın qürur salnaməsinə çevrilir. Vətənin keşiyində dayanmaq, onun uğrunda canını təhlükəyə atmaq böyük cəsarət tələb edir. Bu cəsarətin ən gözəl nümunələrindən biri də qazilərimizdir. Cəfərli Elvin Hafiz oğlu Azərbaycanın igid oğullarından biridir. O, 1998-ci il iyun ayının 5-də Tərtər rayonunun Qapanlı kəndində anadan olub. Orta təhsillidir. Təhsilini başa vurduqdan sonra Vətənə xidmət etməyi özünə müqəddəs borc bilib. Vətən müharibəsi zamanı döyüşlərdə böyük şücaət göstərərək, torpaqlarımızın azadlığı uğrunda mərdliklə vuruşub. O, 2016-cı ildən 2020-ci ilin 5 oktyabrına qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edib. Ağdərə istiqamətində gedən döyüş əməliyyatlarında manqa komandiri vəzifəsində çalışıb. Müharibənin 10-cu günü, oktyabr ayının 5-də Suqovuşan istiqamətində yaralanıb.
“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda digər sahələrlə yanaşı tərəvəz istehsalının artırılması da nəzərdə tutulub.
Tərtər Rayon İcra Hakimiyyətinin müraciəti əsasında Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Proqram Koordinatorluğu ilə əldə olunmuş razılığa əsasən, rayonda aqrar sektorun inkişafına dəstək vermək, heyvandarlıqla məşğul olan yerli fermerlərin süd istehsalı potensialını artırmaq və onların gəlirlərinin yüksəldilməsini təmin etmək məqsədilə “Tərtərli Fermerlərə Süd Sağan Aparat Alınması” layihəsi icra olunub.
Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Anar Məmmədov və YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Bəyimsarov kəndində Vətən müharibəsi şəhidi, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Məmmədli Tural Aqil oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıblar.
Avqustun 4-ündə Aprel döyüşləri iştirakçısı, şəhid gizir Nicat İsgəndərovun 37 yaşı tamam oldu.
Əlizadə Elşən Faiq oğlu 1995-ci il avqustun 10-da İsmayılbəyli kəndində anadan olub. Valideynləri danışırlar ki, ürəkli, qorxmaz, boylu-buxunlu, ölümün gözünə dik baxan oğlanıydı.Vaxtilə kolxozda traktorçu, çilingər işləyən Faiq kişi övladlarını da zəhmətkeş böyütmüşdü. Oğlanları Elşən və Elçin uşaqlıqdan texnikaya maraq göstəriblər. Hər ikisi elə öz həyətlərində maşın təmiri ustası kimi çalışırdı. Onlar həm qardaş, həm də ayrılmaz dost, sirdaş idilər.
Yeni ismarıclar