Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,053
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20May

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Kəngərli kəndində Birinci Qarabağ müharibəsinin ikinci qrup əlili Nağıyev Səxavət Çərkəz oğlunun atası, kənd ağsaqqalı, Qərbi Azərbaycan İcmasının üzvü Nağıyev Çərkəz Musa oğlunun yas mərasimində iştrak edib. O, mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verib.

    Yas mərasimində Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilatların kollektivləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri, eləcə də din xadimləri iştirak ediblər.

    Qeyd edək ki, Nağıyev Səxavət Çərkəz oğlu Birinci Qarabağ müharibəsi zamanı Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə iştirak edib. 1994-cü ildə düşmənin atdığı artilleriya mərmisinin yaxınlığına düşməsi nəticəsində yaralanmış və Ordu sıralarından ehtiyata buraxılmışdır. Səxavət Nağıyevə döyüşlərdə aldığı xəsarətlərə görə ikinci dərəcəli əlillik təyin edilmiş və o, dövlət tərəfindən fərdi evlə təmin edilmişdir.

    Səxavət Nağıyev və ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

     

    Müəllif: Redaktor, 10:38

İsmarıclar bağlıdır.