Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,977
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 02Mar

    Cəmi 5 il əvvəl açılan səhərlər Qaynaq kəndinin sakinlərinə gündəlik qayğılarla bərabər, həm də namərd qonşular təfindən gözlənilən təhlükə həyəcanı gətirirdi. Düzdür, insanlar daha buna alışmışdılar. Odur ki, adi günlərdəki kimi böyüklər mal-qaraya baxır, əkin əkir, uşaqlar məktəbə gedirdilər…
    Həsən Məmmədovun ailəsində də səhərlər belə açılırdı. İşin-gücün arasında tez-tez eşidilən avtomat səsləri onları qorxutmurdu. Həyatı çox sevirdilər. Kəndlərinə, öz torpaqlarına bağlıydılar.
    Həsən hər dəfə uşaqlarına baxanda ürəyi dağa dönürdü. Özü çox əziyyət çəksə də, onları dəblə geyindirir, dərslərinə fikir verir, çalışırdı ki, kənddə heç kimdən geri qalmasınlar. Atasını çox tez itirən Həsən uşaqla-rının həyatında öz arzularının çiçəkləndiyini görürdü. Hər axşam, nə qədər yorğun olsa da, övladları ilə həyat barədə, gələcək haqqında söhbətlər edirdi.
    Ailənin böyük övladı Arzu atasını belə xatırlayır:
    –Atam haqqında danışmaq həm kədərli, həm də qürurvericidir. O özü yanımızda olmasa da, varlığını daim hiss edirik. Hər addımımızla şəhid övladı adına layiq olmağa çalışırıq.
    Arzu deyir ki, atası sağlığında hər kəsin hörmətini qazanmışdı. Zəhmətsevərliyi, səmimiliyi, dürüstlüyü, həyat haqqında düşüncələri ilə. O, ali təhsilli deyildi. Ancaq dünyagörüşü vardı, ən çətin məqamlarda doğru məsləhət verməyi bacarırdı.
    –Atam ailəsində söz sahibi olan insan idi,– deyir Arzu. Onun ürəyində hər kəsə böyük mərhəmət vardı. Bu gün bizim ayaq üstə durmağımızın səbəbi də verdiyi tərbiyədir. Deyirdi ki, həyatda hər zaman inamlı, aydın məqsədli olun.
    Biz müharibə dövrünün uşaqlarıyıq. Yəni məktəbdə oxuduğumuz illərdə atəşkəs olsa da, kəndimizdə yaşamaq çətin idi. Bununla belə bacım Pərzad, qardaşım Zamiq və mən zəhmətə qatlaşıb oxuduq, hər üçümüz tələbə adını qazandıq. Heyif ki, atam bu günləri görmədi. Ancaq o bizə inanırdı.
    Həsən Məmmədov 44 günlük Vətən müharibəsi başlaması xəbərini çox təmkinlə qarşıladı. İlk mərmi qonşu Qapanlı kəndinə düşdü, sonra bütün cəbhəyanı kəndlər atəşə tutuldu. O isə deyirdi ki, bu dəfə müharibə qələbəmizlə bitəcək, torpaqlarımız işğaldan azad ediləcək. Təhlükəli olsa da, evindən-eşiyindən çıxmadı. Yalnız balalarını qorumağa çalışdı…
    Həsən 2020-ci il oktyabrın 6-da Azadqaraqoyunlu kəndinin yaxınlığına düşən artilleriya mərmisi nəticəsində şəhid olub. Tərtərin Xoruzlu kəndində, atasının yanında dəfn olunub.
    İndi Arzu Xəzər Universitetində tarixi öyrənir, Pərzad həmin universi-tetin ikinci kurs tələbəsidir, biologiya-kimya ixtisasını seçib. Zamiq isə Ağdamdakı kollecdə aqronomluq üzrə təhsil alır.
    Deyirlər ki, biz heç zaman özü-müzü tək hiss etməmişik: “Atamız bu torpaqda şəhid olub. Ölkə-mizin suverenliyi, torpaqlarımızın işğaldan azad edilməsi yolunda qurban gedib. O, bu vətənin övaldı idi, dövlətimiz də bizim-onun övladlarının qayğısını çəkir. Heç nədən ehtiyacımız yoxdur. Bizə olan münasibətdə gördüyümüz qayğıkeşlik, diqqət ölkəmizdə şəhidlərin ruhuna olan hörmətintəcəssümüdür. Kənddəki evimiz daim qonaqlı-qaralı olur. Biz yay tətilində olarkən ra-yon rəhbəri, ictimaiyyət nümayəndələri, Bakıdan gələn qonaqlar qapımızı döyüb vəziyyətimizlə maraqlanırlar. Bunun özü də ata-mıza görədir, onun daşıdığı yüksək şəhid adına görədir”.
    Ötən yay Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru Vaqif Abbasov, institutun alimləri və Milli Məclisin deputatı Anar Məmmədov mülki şəhid Həsən Məmmədovun ailəsinin qonağı olublar. Pərzada institutda könüllü kimi fəaliyyət göstərmək, oxuduğu ixtisas üzrə təcrübə qazanmaq təklif olunub, həm də ona elmi müəssisə tərəfindən təqaüd veriləcəyi bildirilib.
    Pərzad bu barədə belə deyir:
    – Atamın elmə, təhsilə böyük marağı vardı. Bizə deyirdi ki, atasını tez itirdiyindən oxuya bilməyib. Odur ki, bizim təhsil almağımız üçün, əlindən gələni etdi. Müharibə ona sonacan bu arzusunu yerinə yetirməyə imkan vermədi. Ancaq yanımızda dövlətimiz, xeyirxah insanlar oldu. İndi universitetdə mühazirələri dinləyərkən, elmi-tədqiqat institutunun laboratoriyasında çalışarkən düşünürəm ki, kaş atam bu günləri görəydi. Yəqin ki, indi onun da ruhu şaddır.
    Şəhid övladları yaşadıqları Qaynaq kəndindən də ürəkdolusu danışdılar. Söylədilər ki, müharibədən sonra kəndin özü də, sakinlər də dəyişib. İnsanlar tarlada, həyətdə-bacada qorxusuz işlərini görür, axşamlar evlərində rahat dincəlirlər. Kəndin şəraiti isə heç də şəhərdəkindən geri qalmır.

    Lazım QULİYEV
    “Azərbaycan”

     

     

     

     

     

     

     

    Cəmi 5 il əvvəl açılan səhərlər Qaynaq kəndinin sakinlərinə gündəlik qayğılarla bərabər, həm də na-mərd qonşular təfindən gözlənilən təhlükə həyəcanı gətirirdi. Düzdür, insanlar daha buna alışmışdılar. Odur ki, adi günlərdəki kimi böyüklər mal-qaraya baxır, əkin əkir, uşaqlar məktəbə gedirdilər…
    Həsən Məmmədovun ailəsində də səhərlər belə açılırdı. İşin-gücün ara-sında tez-tez eşidilən avtomat səsləri onları qorxutmurdu. Həyatı çox se-virdilər. Kəndlərinə, öz torpaqlarına bağlıydılar.
    Həsən hər dəfə uşaqlarına baxanda ürəyi dağa dönürdü. Özü çox əziyyət çəksə də, onları dəblə geyindirir, dərslərinə fikir verir, çalışırdı ki, kənddə heç kimdən geri qalmasınlar. Atasını çox tez itirən Həsən uşaqla-rının həyatında öz arzularının çiçəkləndiyini görürdü. Hər axşam, nə qə-dər yorğun olsa da, övladları ilə həyat barədə, gələcək haqqında söhbətlər edirdi.
    Ailənin böyük övladı Arzu atasını belə xatırlayır:
    –Atam haqqında danışmaq həm kədərli, həm də qürurvericidir. O özü yanımızda olmasa da, varlığını daim hiss edirik. Hər addımımızla şəhid övladı adına layiq olmağa çalışırıq.
    Arzu deyir ki, atası sağlığında hər kəsin hörmətini qazanmışdı. Zəhmət-sevərliyi, səmimiliyi, dürüstlüyü, hə-yat haqqında düşüncələri ilə. O, ali təhsilli deyildi. Ancaq dünyagörüşü vardı, ən çətin məqamlarda doğru məsləhət verməyi bacarırdı.
    –Atam ailəsində söz sahibi olan insan idi,– deyir Arzu. Onun ürəyində hər kəsə böyük mərhəmət vardı. Bu gün bizim ayaq üstə durmağımızın səbəbi də verdiyi tərbiyədir. Deyirdi ki, həyatda hər zaman inamlı, aydın məqsədli olun.
    Biz müharibə dövrünün uşaqları-yıq. Yəni məktəbdə oxuduğumuz il-lərdə atəşkəs olsa da, kəndimizdə yaşamaq çətin idi. Bununla belə bacım Pərzad, qardaşım Zamiq və mən zəhmətə qatlaşıb oxuduq, hər üçümüz tələbə adını qazandıq. Heyif ki, atam bu günləri görmədi. Ancaq o bizə inanırdı.
    Həsən Məmmədov 44 günlük Vətən müharibəsi başlaması xəbərini çox təmkinlə qarşıladı. İlk mərmi qonşu Qapanlı kəndinə düşdü, sonra bütün cəbhəyanı kəndlər atəşə tutuldu. O isə deyirdi ki, bu dəfə mühari-bə qələbəmizlə bitəcək, torpaqları-mız işğaldan azad ediləcək. Təhlü-kəli olsa da, evindən-eşiyindən çıxmadı. Yalnız balalarını qorumağa ça-lışdı…
    Həsən 2020-ci il oktyabrın 6-da Azadqaraqoyunlu kəndinin yaxınlığına düşən artilleriya mərmisi nəticə-sində şəhid olub. Tərtərin Xoruzlu kəndində, atasının yanında dəfn olunub.
    İndi Arzu Xəzər Universitetində tarixi öyrənir, Pərzad həmin universi-tetin ikinci kurs tələbəsidir, biolo-giya-kimya ixtisasını seçib. Zamiq isə Ağdamdakı kollecdə aqronomluq üzrə təhsil alır.
    Deyirlər ki, biz heç zaman özü-müzü tək hiss etmə-mişik: “Ata-mız bu torpaqda şəhid olub. Ölkə-mizin suve-renliyi, torpaqlarımızın işğaldan azad edil-məsi yolunda qurban gedib. O, bu vətənin övaldı idi, dövlətimiz də bizim-onun övladlarının qayğısını çəkir. Heç nədən ehtiyacımız yoxdur. Bizə olan münasibətdə gördüyümüz qayğıkeşlik, diqqət ölkəmizdə şəhid-lərin ruhuna olan hörmətintəcəssü-müdür. Kənddəki evimiz daim qo-naqlı-qaralı olur. Biz yay tətilində olarkən ra-yon rəhbəri, ictimaiyyət nümayən-dələri, Bakı-dan gələn qonaqlar qa-pımızı döyüb vəziyyətimizlə maraqla-nırlar. Bunun özü də ata-mıza görədir, onun daşı-dığı yüksək şəhid adına görədir”.
    Ötən yay Tərtər Rayon İcra Ha-kimiyyətinin başçısı Müstəqim Məmmədov, Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru Vaqif Abbasov, institutun alimləri və Milli Məclisin deputatı Anar Məmmədov mülki şəhid Həsən Məmmədovun ailəsinin qo-nağı olublar. Pərzada institutda könüllü kimi fəaliyyət göstərmək, oxuduğu ixtisas üzrə təcrübə qazanmaq təklif olunub, həm də ona elmi müəssisə tərəfindən təqaüd veriləcəyi bildirilib.
    Pərzad bu barədə belə deyir:
    – Atamın elmə, təhsilə böyük marağı vardı. Bizə deyirdi ki, atasını tez itirdiyindən oxuya bilməyib. Odur ki, bizim təhsil almağımız üçün, əlindən gələni etdi. Müharibə ona sonacan bu arzusunu yerinə ye-tirməyə imkan vermədi. Ancaq yanı-mızda dövlətimiz, xeyirxah insanlar oldu. İndi universitetdə mühazirələri dinləyərkən, elmi-tədqiqat institutunun laboratoriyasında çalışarkən düşünürəm ki, kaş atam bu günləri görəydi. Yəqin ki, indi onun da ruhu şaddır.
    Şəhid övladları yaşadıqları Qaynaq kəndindən də ürəkdolusu danışdılar. Söylədilər ki, müharibədən sonra kəndin özü də, sakinlər də dəyişib. İnsanlar tarlada, həyətdə-bacada qor-xusuz işlərini görür, axşamlar evlə-rində rahat dincəlirlər. Kəndin şəraiti isə heç də şəhərdəkindən geri qalmır.
    Lazım QULİYEV
    “Azərbaycan”

     

    Müəllif: Redaktor, 12:37

İsmarıclar bağlıdır.