
Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Təhlükəsizlik şuraları katiblərinin 5-ci iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbir iştirakçılarını qəbul edərək görüşdə geniş, proqram xarakterli və məzmunlu nitq söyləyib. Dövlətimizin başçısı öz çıxışında TDT-nin beynəlxalq məkandakı artan nüfuzu, regional təhlükəsizlik, enerji və nəqliyyat koridorları, milli-mənəvi dəyərlər, gənclər siyasəti, eləcə də müasir dövrdə ideoloji təhdidlərə qarşı birgə mübarizə kimi strateji məsələlərə ətraflı diqqət çəkib.
Dövlət başçısı təşkilatın 2009-cu ildə Naxçıvanda keçirilmiş tarixi Zirvə görüşündən sonra ötən dövr ərzində böyük inkişaf yolu qət etdiyini xüsusi vurğulayıb. Qeyd olunub ki, TDT mühüm məsələlərin həlli və üzv ölkələr arasında qarşılıqlı əlaqələrin inkişafı, eləcə də beynəlxalq arenadakı mövqeyinin möhkəmləndirilməsi üçün öz potensialından maksimum istifadə edir. Ölkələrimizin böyük coğrafi məkanı əhatə etdiyini, mühüm nəqliyyat və enerji dəhlizlərinin üzərində yerləşdiyini bildirən Prezident İlham Əliyev TDT-nin yalnız öz regionu üçün deyil, daha geniş coğrafiya üçün müsbət rol oynayan və qlobal gündəliyə təsir edən güclü beynəlxalq təşkilata çevrildiyini diqqətə çatdırıb. Daha ətraflı »


“Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamında deyilir: “Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir”.
Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci ildir ki, qeyd olunur.

Azərbaycan tarixinin mühüm və əlamətdar günlərindən biri olan 20 Sentyabr – Dövlət Suverenliyi Günü xalqımızın dövlətçilik tarixində xüsusi əhəmiyyət daşıyır. Bu əlamətdar gün Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyinin tam bərpa olunmasının tarixi-siyasi əhəmiyyətini özündə əks etdirir. Dövlət suverenliyi xalqın öz taleyini müəyyən etmək, ərazisi üzərində hakimiyyətini həyata keçirmək, dövlət sərhədlərinin toxunulmazlığını təmin etmək və milli maraqlarını qorumaq hüququnun əsas ifadəsidir.
Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov Dövlət Təhlükəsizlik Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Rəşad Nadirov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, rayon polis şöbəsinin qərərgah rəisi Ruslan Allahverdiyevlə birlikdə Birinci Qarabağ müharibəsi şəhidi Qurbanov Knyaz Cümşüd oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıblar.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Dövlət Təhlükəsizlik Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Rəşad Nadirov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayon polis şöbəsinin qərərgah rəisi Ruslan Allahverdiyevlə birlikdə 343 şagirdin təhsil aldığı Seydimli kənd tam orta məktəbində mövcud şəraitlə yaxından tanış olub, məktəbin pedaqoji və şagird kollektivi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
Yeni ismarıclar