Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,805
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 02Sen

      “Konstitusiya və Suverenlik İli” çərçivəsində 02 sentyabr 2025-ci il tarixdə YAP Tərtər  rayon təşkilatının  inzibati binasında “Vətənpərvərlik – milli birlik və həmrəyliyin əsasıdır” mövzusunda tədbir keçirilmişdir.

    Tədbirdə Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin  əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov bildirib ki,  vətənpərvərlik xalqımızın tarix boyu formalaşdırdığı ən müqəddəs dəyərlərdən biridir. Bu duyğu Azərbaycan xalqının qanında, yaddaşında və həyat tərzində həmişə mövcud olmuşdur. Vətənə olan sevgi, torpağa bağlılıq, milli-mənəvi dəyərlərə sadiqlik bizi bütün dövrlərdə birləşdirən əsas güc olmuşdur. Tarix göstərir ki, xalqımız çətin günlərdə, ağır sınaqlarda məhz vətənpərvərlik ruhu ilə birləşərək qalib gəlmişdir. Bu gün də milli həmrəyliyimizin, möhkəm birliyimizin təməlində məhz vətən sevgisi dayanır.

    Qarabağ Zəfəri buna ən bariz nümunədir – xalq, ordu və dövlət bir amal uğrunda birləşdi və tarixi Qələbəyə imza atdı.Vətənpərvərlik yalnız müharibə zamanı deyil, gündəlik həyatımızda da özünü göstərməlidir. Ordumuzun zəfər yürüşləri xalqımıza qol-qanad verdi. Xalqımızın Vətən müharibəsində tarixi qələbəsi böyük milli potensialımızı üzə çıxardı. Reallıq göstərdi ki, Azərbaycan müstəqillik dövründə dövlətçilik dəyərlərimizə bağlı, tarixi yaddaşı qoruyub saxlayan, vətənpərvər və əzmkar bir nəsil yetişdirib.

    Sonra çıxış edən partiya veteranlarından Arif Mahmudov, Məzahir Mahmudov və partiya fəalı Taleh İsazadə  çıxışlarında. Azərbaycan gəncliyi tariximizin qüdrətli dövrünün müəllifinə çevrildiyini bildirmişlər. Qeyd edildi ki, 44 günlük  tarixi qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, ordumuzun şücaəti hesabına qazandıq. Ona görə 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq əbədi  qalacaqdır.

    Çıxışlardan sonra  yubiley yaşı tamam olmuş bir qrup partiya veteranına  YAP  Tərtər rayon təşkilatı tərəfindən qiymətli hədiyyələr təqdim edilmişdir.

    Partiya veteranları ilə çay süfrəsi  təşkil edilmiş və xatirə şəkli çəkilmişdir.

    Partiya veteranları göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

    Müəllif: Redaktor, 12:19

İsmarıclar bağlıdır.