Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin mədəni irsinə, iqtisadiyyatımıza da ağır zərbə vurmuşdur. Ermənistan 30 il ərzində Azərbaycan ərazilərini acınacaqlı duruma salmış, şəhər və kəndlərimizi, abidələrimizi, hətta qəbristanlıqlarımızı dağıtmış, infrastrukturu məhv etmiş, ölkəmizə mənəvi itkilərlə yanaşı, milyardlarla dollar dəyərində maddi ziyan vurmuşdur.
Ermənistanın Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir. 44 günlük Vətən müharibəsi Ermənistanın işğalçılıq siyasətinə son qoydu, düşmənə unutmayacağı tarixi dərs verdi. Qəhrəman hərbçilərimizin misilsiz rəşadəti hesabına, cənnətməkan şəhidlərimizin müqəddəs qanı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müharibənin gedişində də çox fərqli dairələrdən gələn ardıcıl təzyiqlər, təhdidlər Azərbaycanı öz haqq yolundan döndərə bilmədi. Daha ətraflı »


27 Sentyabr – Anım Günü xalqımızın yaddaşında həm ağrı, həm də qürur hissi ilə yaşanan xüsusi bir gündür. Bu tarix 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin ilk gününü, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini yad etdiyimiz günü ifadə edir. Həmin gün başlayan 44 günlük müharibə Azərbaycanın tarixində böyük Zəfərlə nəticələndi.
27 Sentyabr – Anım Gününün altıncı ildönümünün qeyd olunması ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səhləbad kəndindən olan Antiterror əməliyyatları şəhidi Lalayev Ruslan Akif oğlunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.
27 Sentyabr – Anım Gününün altıncı ildönümünün qeyd olunması ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səhləbad kəndindən olan Vətən müharibəsi şəhidi Aslanlı Orxan Şahmar oğlunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.
27 Sentyabr – Anım Gününün altıncı ildönümünün qeyd olunması ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov İsmayılbəyli kəndindən olan şəhid Baxışlı Baxış Elşən oğlunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.
27 Sentyabr – Anım Gününün altıncı ildönümünün qeyd olunması ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov İsmayılbəyli kəndindən olan Vətən müharibəsi şəhidi Əlizadə Elşən Faiq oğlunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.
27 Sentyabr – Anım Gününün altıncı ildönümünün qeyd olunması ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səhləbad kəndindən olan Vətən müharibəsi şəhidi Ağayev İntiqam Hüseyn oğlunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.
27 Sentyabr – Anım Gününün altıncı ildönümünün qeyd olunması ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Evoğlu kəndindən olan şəhid Əhmədzadə Məftun Seymur oğlunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.
27 Sentyabr – Anım Gününün altıncı ildönümünün qeyd olunması ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Evoğlu kəndindən olan Vətən müharibəsi şəhidi Hacızadə Ceyhun İfrayıl oğlunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.
Yeni ismarıclar