Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadənin elçilik və nişan mərasimində iştirak edib. Hər iki gənci təbrik edərək onlara gələcək həyatda uğurlar diləyib, xoşbəxtlik və firavanlıq arzulayıb, valideynlərinə gözaydınlığı verib. Sonra gənclərə xatirə hədiyyəsi təqdim edib.
Qeyd edək ki, Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadə 18 fevral 2001-ci ildə Tərtər rayonunun Cəmilli kəndində anadan olub. 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. N saylı hərbi hissədə tankçı kimi xidmət edib. Tər-xis olunmağına 3-4 gün qalmış Vətən müharibəsi başlayıb. Tankçı kimi Füzuli, Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib. Cəbrayılın Hacılı kəndi uğrunda gedən döyüşlərdə oktyabrın 11-də tankları vurulur və ağır yaralanır.
Azər Abdullazadə döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə Vətən Müharibəsi Qəhrəmanı adı, “Cəbrayılın azad edilməsinə görə”, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı və Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadə onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.
-
18Sen
Müəllif: Redaktor, 11:30