Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,822
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18Sen

    Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi, Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulluğu və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə təşkilatçılığı ilə şəhid, qazi və aztəminatlı ailələrdən olan 200 nəfər ibtidai sinif şagirdinə məktəbli ləvazimatları və çantalar hədiyyə olunub.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Recep Öztop və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı proqram koordinatoru Hayrettin Özçelik iştirak edib.
    Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məktəbliləri yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edib, onlara gələcək təhsillərində uğurlar diləyib. Türkiyənin həmişə Azərbaycanla birlikdə olduğunu, bir millət iki dövlət arasında səmimi və qarşılıqlı dostluq münasibətləri yaşandığını bildirib. Dövlətimizin bütün sahələrdə qardaş ölkənin daim yaxın dəstəyini hiss etdiyini vurğulayaraq, bu münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.
    Sonra Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Recep Öztop və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Ba-kı proqram koordinatoru Hayrettin Özçelik çıxış edərək məktəbliləri təbrik edib, onlara uğurlar arzulayıblar. Bildiriblər ki, Azərbaycan ilə Türkiyə arasındakı dostluq, qardaşlıq münasibətləri hər ötən gün daha da güclənir. Hazırda ölkələrimizin qardaşlığı və dostluğu bütün dünya üçün bir nümunədir.
    Şəhid atası Əhliman Hüseynov çıxış edərək şəhid ailələrinə, qazilərə, aztəminatlı ailələrə göstərilən yüksək qiqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.
    Sonda məktəblilərə məktəbli ləvazimatları və çantalar hədiyyə olunub.

    Müəllif: Redaktor, 11:54

İsmarıclar bağlıdır.