“Konstitusiya və Suverenlik İli” və 27 sentyabr-Anım Gününün beşinci ildönümünün qeyd olunması ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyətnin başçısı Müstəqim Məmmədov Soyulan kəndində Vətən Müharibəsi şəhidi Əjdər Sabirlinin atası Xanlar Sarıyev, üçüncü dərəcə müharibə əlilləri Həsən Ağalarov və Ədalət Dadaşovla görüşüb.
Görüşdə YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Pərviz Hüseynov, rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsi Tərtər Elektrik Şəbəkəsinin rəisi Vilayət Qafarov, Tərtər Regional Qaz İstismarı İdarəsinin Tərtər Xidmət Sahəsi üzrə rəis müavini Bilal Musayev, Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Murad Zeynalov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Məşğulluq Agentliyinin Tərtər Rayon Xidmət şöbəsinin rəisi Ağamoğlan İsmayılov, İƏD üzrə nümayəndə və bələdiyyə sədri iştirak ediblər.
Görüşdə rayon rəhbəri tərəfindən şəhid ailələri və qazilər diqqətlə dinlənilib, onların qaldırdıqları məsələlərin tez bir zamanda həll olunması üçün aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib.
Şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib-lər.