Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin imzaladığı regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramları Azərbaycanın inkişafına böyük təkan verib. Regionlarda həyata keçirilən sürətli və davamlı inkişaf strategiyası sosial problemlərin həllində özünü aydın surətdə göstərir. Həyata keçirilən uğurlu, məqsədyönlü siyasət nəticəsində respublikamızın bütün bölgələrində olduğu kimi Tərtər rayonunda da quruculuq, abadlıq işləri sürətlə davam etdirilir, şəhərin küçələri memarlıq tələblərinə uyğun olaraq yenidən qurulur.
2025-ci ildə əsaslı təmiri nəzərdə tutulan Tərtər şəhərinin şəhidlərin adını daşıyan 9 küçəsində son tamamlama işləri aparılır, digər 3 küçədə isə səkilərin salınma-sı işləri nəzərdə tutulub ki, hazırda Cavanşir küçəsində işlər davam etdirilir.
Tərtər Rayon İcra Haki-miyyətinin başçısı Müstəqim Məmmədov şəhid Məftun Əhmədzadə və Cavanşir küçələrində aparılan təmir-tikinti işləri ilə yerində tanış olub, aidiyyəti şəxslərə öz tövsiyə və tapşırıqlarını verib.
Qeyd edək ki, təmir aparılan küçədə istinad divarları hörülüb hündürləşdirilir, qəzalı vəziyyətdə olan divarlar sökülüb yenisi ilə əvəz olunur, divarlar aqlay və bəzək daşları ilə üzlənir. Səkilərdəki köhnə bardyorlar sökülərək yenisi ilə əvəz olunur, səkilər asfalt örtüyü qoyulması üçün hazır vəziyyətə gətirilir, kommunikasiya, işıq, telefon xətləri səliqəyə salınır, ağaclar budanır, təmizlik işləri aparılır.
Bu günlərdə rayon rəhbəri təmir işləri aparılan küçədə sakinlərlə görüşərək, onları narahat edən məsələləri yerində dinləyib, sakinləri əmin edib ki, şəhərdə abad-lıq-quruculuq işlərinin uğurla davam etdirilməsi üçün bütün lazımi imkanlardan istifadə ediləcək.
-
18Sen
Müəllif: Redaktor, 11:49