Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,822
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18Sen

    Xalqımızı azadlığa, suverenliyə qovuşduran, torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsinin başladığı tarixdən 5 il ötür. Bu illər ərzində şəhid ailələrinin həyatında həm kədərli, həm sevincli hadisələr çox olub. Kiminin övladı ali məktəbə qəbul olub, kimininki ilk dəfə əlinə çanta alıb 1-ci sinfə gedib, hansısa ailədə yas mərasimi düşüb… Bütün bu hallarda şəhid valideynləri, onların yoldaşları tək olmayıblar. Prezident İlham Əliyevin, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bir vəzifə olaraq qarşıya qoyduqları tapşırıqları və hər kəsin qəlbindən gələn bir istəklə rayon rəhbəri Müstəqim Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayonun idarə və müəssisə rəhbərləri daim xeyirdə də, şərdə də onların yanında olub, narahatçılıq, problem yarananda aradan qaldırıb, kömək əllərini uzadıblar.
    Bütün bunlar barədə rayon rəhbəri Müstəqim Məmmədovun Qaynaq və Yuxarı Qapanlı kəndindən olan şəhid ailələri və qazilərlə keçirilən görüşdə söhbət gedib. Görüşdə rayon rəhbəri ilə birlikdə YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsi Tərtər Elektrik Şəbəkəsinin rəisi Vilayət Qafarov, Tərtər Regional Qaz İstismarı İdarəsinin Tərtər Xidmət Sahəsi üzrə rəis müavini Bilal Musayev, Tərtər Su Meliorasiya Sis-temlərinin İstismarı İdarəsinin rəisi Murad Zeynalov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Məşğulluq Agentliyinin Tərtər Rayon Xidmət şöbəsinin rəisi Ağamoğlan İsmayılov, “Yeni Tərtər” qəzetinin redaktoru Svetlana Bağırova, İƏD üzrə nümayəndə və bələdiyyə sədri iştirak ediblər.
    Əvvəlcə tədbir iştirakçıları kənddə şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstələri düzüblər.
    İcra başçısı Qaynaq kəndində Vətən Müharibəsi şəhidləri Rüstəm Hacıyevin atası Firqani Hacıyevi, Elməddin Əliyevin anası Samirə Əliyevanı, həyat yoldaşı Səadət Əliyevanı, Cahangir Surxayzadənin atası Hətəm Əliyevi, anası İltifat Qaraşovanı, Həsən Məmmədovun anası Xanım Məmmədovanı və üçüncü dərəcəli müharibə əlili Ümid Müzəffərlini diqqətlə dinləyib. Qaldırdıqları məsələlərin tez bir zamanda həll olunması üçün aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib.
    * * *
    Bu görüş zamanı diqqət çəkən məqamlardan biri şəhid Cahangir Surxayzadənin ailəsindəki iki uşaq oldu. Onlar şəhidin qardaşı uşaqları idi. Biri Cahangirin adını daşıyır və inşallah, böyüyüb əmisi kimi vətənpərvər oğul olacaq. Fatimə isə 44 günlük Vətən müharibəsi zamanı erməni faşistləri Bərdəni atəşə tutduğu gün bu şəhərdəki xəstəxanada dünyaya gəlib. Müharibənin yaşıdıdır. Adını da Cahangir özü qoyub. Söz verib ki, dinc insanlara qarşı törədilən bu vəhşiliyin intiqamını alacaq. Sözünə şərəflə əməl edib.

    Müəllif: Redaktor, 12:15

İsmarıclar bağlıdır.