Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,822
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18Sen

    20 sentyabr – Azərbaycan Respublikasının Suverenliyi Günü və 27 sentyabr – Anım Günü ərəfəsində Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov Kəngərli kəndində Vətən müharibəsi şəhidləri Səbuhi Məmmədovun atası Zahid Məmmədov, anası Günay Məmmədova, Elmin Quluzadənin atası Şəmsi Quluyev, Qənbər Qənbərlinin atası Bəhruz Qasımov, Elşad Abbaszadənin atası Raqub Abbasov və ikinci dərəcəli müharibə əlili Elşad Məmmədovla görüşüb. Görüşdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Pərviz Hüseynov, xidmət təşkilatlarının rəhbərləri, mətbuat nümayəndələri iştirak ediblər.
    Əvvəlcə tədbir iştirakçıları kənddə şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstələri düzüblər.
    Görüşdə çıxış edən rayon rəhbəri Müstəqim Məmmədov bütün şəhidlərimizə Allahdan rəhmət diləyib və bildirib ki, biz onların ruhu qarşısında baş əyirik. Bugünkü xoşbəxt həyatımıza, suveren və müstəqil Azərbaycanın vətəndaşları olduğumuza görə onlara əbədi borcluyuq. Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev daim öz çıxışlarında göstərir ki, “Azərbaycan əsgəri , zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir.”
    Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəhid vali-deynlərinə, onların həyat yoldaşlarına, qazilərimizə münasibəti hər kəsə nümunədir.
    Görüşdə şəhid valideynləri və qazi Elşad Abbaszadə bildiriblər ki, rayon rəhbərinin, bütün rayon ictimaiyyətinin onlara qayğı və diqqətlə yanaşması şəhidlərimizin ruhuna böyük ehtiramdır. Şəhid ailələrinin hər bir müraciətinə həssaslıqla yanaşılır və tədbir görülür. Bu görüşdə də qaldırılan məsələlərlə bağlı əlaqədar təşkilatların rəhbərlərinə tapşırıqlar verildi.

    Müəllif: Redaktor, 12:20

İsmarıclar bağlıdır.