Xumar həkim olmaq istəyir
Martın 9-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanında Qarabağın 10 şagirdi 280 baldan yuxarı nəticə göstərib. Ən yüksək göstərici–297.3 bal Tərtər şəhər 6 saylı orta məktəbin şagirdi Xumar Həsənliyə məxsusdur.
Qeyd edək ki, Xumarla “Yeni Tərtər”in tanışlığı 2024-cü ildən başlayıb. O zaman Xumar ölkə üzrə IX sinfin buraxılış imtahanlarından maksimum bal toplayan 16 şagirddən biri olmuşdu.
Bu istedadlı şagird IX sinifdə oxuyarkən demişdi: “Müəllimlərimizin, ailəmizin üzərimizdə zəhməti ölçüyəgəlməzdir. Ancaq hər birimiz həyatımızın memarıyıq. Odur ki, gələcək yolumuzun necə olması həm də özümüzdən asılıdır. Gəlin elə yaşayaq ki, həmişə başımız uca, alnımız açıq olsun”.
Xumarın məqsədyönlü, zəhmətsevər, eləcə də çox istedadlı olması bu imtahanlarda da başını uca edib. Həm də rayonumuza, təhsil aldığı məktəbə uğur qazandırıb.
Xumar Həsənli I Qarabağ müharibəsi şəhidi Teyyub Həsənovun nəvəsidir. Hər iki valideyni Tərtər Mərkəzi Rayon Xəstəxanasında çalışır. Anası tibb bacısıdır. O özü isə həkim olmaq istəyir.
Məktəbin direktoru Rüfət İsmayılov bildirdi ki, Xumar yalnız dərs əlaçısı deyil, onun fənn olimpiadalarında, digər yarışmalarda qazandığı nailiyyətlər daim bu təhsil ocağına uğur gətirib. O, həm yoldaşlarının, həm də müəllimlərin böyük hörmətini qazanıb.
Qarşıda isə yeni imtahanlar, yeni zirvələr var. Arzu edirik ki, növbəti müsahibəni tələbə Xumardan götürək.
“Yeni Tərtər”


Bu il yazın həddindən artıq yağmurlu keçməsi kəndlərimizdən keçən suvarma arxlarında lillənməyə səbəb olub.
Tərtər Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri kimi şura üzvləri ilə birlikdə bəzən ailə münaqişələri zamanı yaranan problemlərin həllində iştirak edirik. Bu zaman bizi ən çox incidən və narahat edən qocalara və uşaqlara olan münasibətdir. Çünki həm yaşlılar, həm də uşaqlar qayğıya, köməyə daha çox ehtiyac duyurlar. Bu sahədə dövlətimiz kifayyət qədər iş görsə də, əsas məsuliyyət ailələrin üzərinə düşür.
Tərtərdə ilin bütün fəsilləri gözəldir, ancaq yazda insanlar daha çox şəhərdə gəzmək, söhbətləşmək istəyirlər. Xüsusən də müharibə veteranlarının, şəhid ailələrinin bir-birinə deməyə sözü çoxdur.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Tərtər şəhəri ərazisində növbəti abadlıq və təmizlik işləri görülüb.

Azərbaycan dövlətinin idmana və idmançılara göstərdiyi yüksək diqqət və qayğı növbəti tarixi uğurla taclanıb. Tiranada keçirilmiş Avropa çempionatında həm sərbəst, həm də yunan-Roma güləşi üzrə milli komandamızın komanda hesabında birinci yeri tutması ölkəmizin idman qüdrətinin növbəti nümayişi oldu. Bu möhtəşəm qələbə münasibətilə idmançıları qəbul edən Prezident İlham Əliyev qazanılan uğuru yüksək qiymətləndirərək, bu zəfərin bütün xalqımıza böyük qürur hissi bəxş etdiyini vurğuladı.
Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin və Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib.
Dövlət başçısı deyib:
Yeni ismarıclar